Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir.
Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir.
1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir.
Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
This article uses material from the Wikipedia Azərbaycanca article Coğrafi koordinat sistemi, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.