Böyük Şəhərin Işıqları

Böyük şəhərin işıqları (ing.

Böyük şəhərin işıqları
ing. City Lights
Böyük Şəhərin Işıqları
Janr romantik komediya
Rejissor Çarli Çaplin
Prodüser Çarli Çaplin
Ssenari müəllifi Çarli Çaplin
Baş rollarda Çarli Çaplin
Virciniya Çerrill
Florens Li
Herri Mayers
Allan Qarsiya
Operatorlar Qordon Pollok
Roland Totero
Mark Marklett
Bəstəkarlar Çarli Çaplin
Çiçəkli qızın musiqisi: Coz Padilla
Orkestr: Artur Conston
Alfred Nyumen
Montajçı Çarli Çaplin
İstehsalçı United Artists
Distribütor Netflix
İlk baxış tarixi 30 yanvar 1931
Filmin digər adı Böyük şəhərin işıqları
Filmin növü bədii film
Müddət 87 dəqiqə
Büdcə $1,5 milyon
Gəlir $5 milyon
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 1931
Rəng ağ-qara
IMDb ID0021749
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur. Mütəəssir olmuş avara qıza qalxmağa kömək edir.

Bir gün avara sərxoş vəziyyətdə özünə qəsd etmək istəyən ekssentrik milyonçunun həyatını xilas edir. Lakin avara milyonçuda çox qəribə bir xüsusiyyət müşahidə edir. Milyonçu sərxoş olanda avaraya ən yaxın dostu kimi yanaşır. Ancaq ayılandan sonra onu tanımır və öz evindən qovur.

Avara öyrənir ki, Vyanadakı göz klinikasında əməliyyat qızın görməsinə səbəb ola bilər. Bunun üçün pul əldə etmək istəyən avara müxtəlif yollara əl atır. Küçələri gəzir, rinqdə boksla məşğul olur. Lakin təsadüfən sonra yenidən sərxoş və son dərəcə əliaçıq milyonçu ilə rastlaşır. Bədbəxtlikdən milyonçu ona pulları evinə oğrular girən vaxt verir. Artıq götürdüyü pulları gülsatan qıza çatdıran avaradan oğurluq etdiyi ilə bağlı şübhələnməyə başlayırlar. Onu həbsxanaya atırlar.

Avara isə həbsxanadan əvvəlkindən də pis vəziyyətdə çıxır. Bütün bu vaxt ərzində artıq gözlərinin müalicəsi uğurla başa çatmış qız gül dükanı açıb. Gülsatan qız heç vaxt öz "xilaskar"ının üzünü görməyib və həmişə bunun arzusundadır. Qız onu xəyalında varlı və gözəl təsəvvür edir. Həbsdən çıxmış avara təsadüfən həmin gül dükanının qarşısından keçir və sevinclə artıq gözləri açılmış qıza tamaşa edir. Qız yaxınlaşıb ona qəpik və gül vermək istəyəndə o, qaçmağa çalışır. Çünki avara öz görkəmindən utanır, qızla danışmaqdan çəkinir. Lakin qız əlinə toxunanda onu tanıyır. Onlar diqqətlə br-birinə baxırlar. "Siz?" – deyə qız təəccüblənir. Başı ilə təsdiq edən avara: "Artıq siz görürsünüz?" – deyə ondan soruşur.

Filmin həmin final səhnəsi dünya kinematoqrafiyasının tarixində ən kəskin və heyrətə layiq sonluqdur.

Film haqqında

    • Bu film pantomim formasında çəkilmiş romantik komediyadır.
    • Filmdə avara ilə gülsatan qızın ilk görüş səhnəsi, yəni avaranın ilk dəfə qızın kor olduğunu bilməsi səhnəsi düz 5 günə çəkilmişdir.
    • Filmin büdcəsi 1,5 milyon dollar təşkil edir.
    • Filmin çəkilişləri 31 dekabr 1927-ci ildə başlamış və təxminən 3 il davam etmişdir. Film üzərində iş böyük böhran vaxtına təsadüf etmişdi. O zaman artıq bir neçə il idi ki, səsli kino yaranmışdı. Elə buna görə də Çaplin öz filmlərində musiqidən istifadə etmək imkanı əldə etmişdi. Film 22 yanvar 1931-ci ildə başa çatdırıldı. Ekran işinin ilk nümayişi 30 yanvar 1931-ci ildə Los-Ancelesdə olmuşdu.

Filmin heyəti

Filmin üzərində işləyənlər

Rollarda

İstinadlar

Xarici keçidlər

Video

İzlə

YouTube

Azərbaycan dilində

Tags:

Böyük Şəhərin Işıqları MəzmunBöyük Şəhərin Işıqları Film haqqındaBöyük Şəhərin Işıqları Filmin heyətiBöyük Şəhərin Işıqları İstinadlarBöyük Şəhərin Işıqları Xarici keçidlərBöyük Şəhərin IşıqlarıKomediya (film janrı)Romantik filmSəssiz filmÇarli Çaplinİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əsrin müqaviləsiQubad İbadoğluSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiGöygölMehdi HüseynzadəBabəkDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Elektrik cərəyanıAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıHidrogenUkraynaSıra sayıƏməliyyat sistemiAprel işğalıÇernobıl faciəsi25 aprelZəngəzurKarbonAzərbaycan musiqisiUşaq hüquqlarıMuğamTəyinGüc (fizika)MəxmərəkAzərbaycan Sovet Sosialist RespublikasıQondarma Dağlıq Qarabağ RespublikasıQaraqoyunlularZərf (qrammatika)QaçışTonzillitMoskvaMart soyqırımı5 manatlıq əsginasDövlət Sərhəd Xidməti (Azərbaycan)Qara YanvarNatural ədədlərŞəki xan sarayıSınıqlarMasturbasiyaNyuton qanunlarıAzərbaycan Quru QoşunlarıƏdəbiyyatUnitar dövlətNeftçi PFKİnflyasiyaKompüter şəbəkəsiNəsli kəsilməkdə olan növlərQaraciyərİnformatikaAnar ƏləkbərovSinir sistemiSifət (qrammatika)MeşəŞuşa rayonuİnsanın tənəffüs sistemiAmoksisillinVasif TalıbovSöhbətül-əsmarCümlənin ikinci dərəcəli üzvləriİranArif HeydərovAfrikaFuad NəcəfliRum rəqəmləriAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıQarabağAzərbaycan manatıReal Madrid FKDüzbucaqlı üçbucaqPənahəli xanKvadratKəmalüddövlə məktublarıƏli ƏhmədovMüdafiə Nazirliyi (Azərbaycan)QazaxıstanEnerji🡆 More