Netflix: çoxmillətli ABŞ əyləncə şirkəti

Netflix — seriallar və filmlərin video axın şəkildə təchizçisi olan ABŞ transmilli şirkəti.

Netflix
Loqonun şəkli
Netflix: Beynəlxalq genişlənməsi, Təsiri, İstinadlar
Ümumi məlumatlar
Məhsulları OTT
Təsis tarixi 29 avqust 1997
netflix.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq genişlənməsi

Şirkət xarici ölkələrdə video axını təklif etməyə 2010-cu ildən başladı. Həmin ilin sentyabrın 22-dən bu xidməti Kanadada əlçatan etdilər. O vaxt kanadalılar üçün aylıq abunə haqqı $7.99 idi. Şirkətin baş icraçı direktoru Heystinqsin sözlərinə görə, bu dünya boyunca qoyduğumuz ən minimal, ən aqressiv qiymət (the lowest, most aggressive price we’ve ever had anywhere in the world) idi. Lakin, Kanadada filmlərin və serialların sayına məhdudiyyət qoyulmuşdu. 2012-ci ildə Coş Loiuen Canadian Business Online üçün araşdırma çərçivəsində öyrəndi ki, ABŞ Netflix kitabxanasında unikal filmlərinserialların sayı 10,625 Kanadada isə 2,647 idi. Eyni zamanda, Kanadadaki Netflix ABŞ-yəda Netflix saytında mövcud olmayan bəzi filmləri və serialları təklif edirdi. Məsələn, Running Wilde ABŞ televiziyasındda yayımlamağa başlayarkən, Kanadada Netflix saytında mövcud idi, ABŞ-də isə yox idi. Ölkədə bir ildən qısa müddətdə million adam sayta abunə oldu, bu Kanada əhalinin təxminən 3 %-ni təşkil edirdi.

2011-ci ilin iyulun 5-də Netflix video axın xidmətini Latın Amerikaya gətirmək planı olduğunu açıqladı. O vaxt, bu Netflix üçün ən böyük genişlənmə idi və artıq ABŞ və Kanadada 23 million abunəçisi var idi.

2011-ci ilin sentyabrda şirkət Mərkəzi və Cənubi Amerika və Karib hövzəsinin 43 ölkə və əraziyə İngilis, İspan və Portuqal dilində film və serialları təklif edərək genişləməsiyi başlayıb. Sentyabrın 5-də Braziliya xidmət açıldığı ilk Latın Amerika ölkəsi olub. Ordaki aylıq abunə haqqı $BR 14,99 idi (Bu isə $9,10 edir; yəni, ABŞ və Kanadadan daha çox).

Xidmətin Latın Amerikasına gəlməsi şirkətin istədiyi qədər uğurlu olmadı. Baxmayaraq ki, onun Kanadadakı kimi bu regionun bazarında rəqibi olmayıb, orada genişzolaqlı internetin inkişaf olmadığı sürətli artmasına mane olub.

Netflix Avropada genişləməsini 2012-ci ilin yanvarın 4-də Birləşmiş Krallıq və İrlandiyadan başlayıb. Həmin ilin sentyabrın 18-də, o artıq Danimarka, Finlandiya, Norveç və İsveçə genişləndirilib. 2013-cü ilin sentyabrın ayında Netflix saytında artıq Channel 4, ITV və BBC proqramları var idi.

2013-cü ildə Forbes jurnalın ehtimalına görə, ABŞ-dən kənar baxışlar şikətin dəyərinin 15%-i təsis edirdi. ABŞ-nin özündə isə evlərin 30%-i Netflix xidmətinə yazılıb.

Britaniya və Skandinaviyadan sonra, Netflix 2013-cü ilin sentyabrın 11-də Niderlanda genişlənib. Bu, Netflix o ildə genişləndiyi yeganə ölkə idi, çünki şirkət yazılma qiymətləri idarə etmək üçün genişlənməsini yavaşdırmağa qərar verib.

2014-cü ilin sentyabrın 19-da, Netflix artıq Avstriya, Belçika, Fransa, Almaniya, Lüksemburq və İsveçrəyə genişləndirilib. Fransadan başqa Netflix Avropada yaxşı qarşılandı. Buna görə şirkət Marseille adlı fransız dilli serialı yaratmağa qərar vermiş. O, House of Cards serialın remeyki olub. Orijinal serialın məzmunu Fransa kontekstinə qoyulub. Bu Netflix üçün ingilis dildə olmayan ilk tamaşadır.

Avstraliya və Yeni Zelandiyaya genişlənməsi 2015-ci ilin martın 24-də baş verib. Həmin ilin fevralın 4-də elan olunub ki, Yaponiyaya genişlənmə 2015-ci ilin payızında olacaq, mayında isə Netflix Cek Manın Wasu Media Holding və başqa partnyorları ilə Çin onlayn video bazarına girmək üçün danışıqlar apardığını açığlayıb.

Netflix: Beynəlxalq genişlənməsi, Təsiri, İstinadlar 
2016-cı ilin yanvarında Netflix video axın xidmətinin dünyada mövcudluğu:
  Mövcuddur
  Mövcud deyil

2015-ci ilin iyunun 6-da Rid Hestinqs Portuqaliyanın Expresso qəzetində elan edib ki, həmin ilin oktyabırında Netflix İtaliya, Portuqaliya və İspaniya bazarlarına girəcək.

Həmin ilin sentyabrın 9-da Netflix elan edib ki, o ərkən 2016-cı ildə Asiyaya , o cümlədən Pakistan, Honkonq, Sinqapur, Cənubi Koreya və Tayvana, yaxın gələcəkdə isə, Cənub-Şərq Asiya və Filippinə qədər genişlənəcək.

2016-cı ilin yanvarın 6-da Consumer Electronics Show-da Netflix ən böyük olan, 130 yeni ölkəyə genişlənməsini elan edib. Beləliklə, şirkətin dediyinə görə, xidməti Çin və ABŞ sanksiyaların altında olan Krım, Suriya və Şimali Koreya kimi bölgələrdən , "dünyanın " mövcud olacaq.

2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra, 4 mart 2022-ci ildə Netflix Rusiyadan gələcək bütün layihələri və satınalmaları dayandırdığını elan etdi İki gün sonra, 6 mart 2022-ci ildə Netflix Rusiyadakı xidmətini dayandıracağını elan etdi.

Təsiri

Rusiya Mədəniyyət Naziri, Vladimir Medinski fikirinə görə "ABŞ Netflix vasitəsi ilə hər bir evə, hər bir televizora, televizordan isə dünyanın hər sakinin başına girir".

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Tags:

Netflix Beynəlxalq genişlənməsiNetflix TəsiriNetflix İstinadlarNetflix Həmçinin baxNetflix Xarici keçidlərNetflixTransmilli şirkət

🔥 Trending searches on Wiki Azərbaycanca:

FransaQızılgülTaktikaTabeli mürəkkəb cümləFonetikaAzərbaycan gerbiHemofiliyaLayihəKosmik fəzaVoleybolDüzbucaqlı paralelepipedMaralgölŞamaxıAzərbaycan Dövlət İqtisad UniversitetiMançester Siti FKMonarxiyaKonstitusiyaYuri QaqarinAnemiyaModal sözlərAna səhifəÜrək (insan)Vulkan püskürməsiBəylər EyyubovErotikaQan qrupuRabitəbankƏmir TeymurDövlət quruluşu formalarıHüseynbala MirələmovZaur BaxşəliyevUzunluq (fizika)Aynur SofiyevaPortuqaliyaBeynəlxalq təşkilatMənsubiyyət (qrammatika)Rütubətli ekvatorial meşələrMaterikMüxbirSehrli xalat (film)I OrxanTaunQuba xanlığıAzərbaycanlılarŞirvanşahlar sarayıZəfər Günü (Azərbaycan)NorveçYeni KaledoniyaDünya əhalisiQuba rayonuVergülKenquruAzərbaycandakı çayların siyahısıQarabağda döyüşlər (2023)Nanə AğamalıyevaSayİnformasiya cəmiyyətiHemoqlobinDədə QorqudNurlana Əliyeva (filoloq, 1946)Biq BenLeyli və MəcnunDolça (astrologiya)Tatarlı (Goranboy)Sadə ədədRövşən LənkəranskiƏdədi silsiləOrqazmTeymurilərin Azərbaycana yürüşləriViravulMasturbasiyaYerin quruluşuLionel Messi17 aprelMübariz İbrahimovAntonimİosif StalinBronxitSunami🡆 More