Təyyarə

Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi.

Təyyarə
Sərnişin tutumuna görə ən böyük təyyarə (Airbus A380)
Təyyarə
Hərbi təyyarə F-16C "Fighting Falcon"
Təyyarə
Ulduzformalı mühərrik
Təyyarə
Turbin reaktorunun kompressoru
Təyyarə
Yerdən təyyarənin uçuşunun görünüşü

Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir.

Tipləri

Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər.

    Təyinatına görə
    Sərnişin
    Hərbi
    Qırıcı
    Qırıcı-bombardmançı
    Bombardmançı
    Raketdaşıyıcılar
    Hücumçular
    Kəşfiyyat
    Korrektəçilər
    Çoxməqsədli və xüsusi
    Nəqliyyat
    Desant
    Havada yanacaq dolduranlar
    Hava təyyarə daşıyıcısı
    Mülki təyyarələr
    Sərnişin nəql edənlər
    Nəqliyyat (yüklərin daşınması)
    Poçt
    Kənd təsərrüfatında kübrələrin işlənməsi
    Tədris-təlim
    İdman
    Sanitar
    Geoloji-kəşfiyyat
    Yanğısəndürmə
    Mühərriklərin tipinə görə
    Porşenli
    Turbinli
    Turbinreaktorlu
    Mühərriklərin sayına görə
    bir mühərrikli
    iki mühərrikli
    üç mühərrikli
    dörd mühərrikli
    altı mühərrikli
    səkkiz mühərrikli
    Sürətinə görə
    Səs sürətinə qədər
    Səs sürətindən yuxarı
    Hipersəs
    Eniş orqanlarına görə
    Quruda
    Gəmidə
    Hidrotəyyarələr
    Uçan gəmilər
    Uçuş və enişə görə
    Şaquli
    Qısa
    Adi
    Çəkmə mənbəyinə görə
    Vintli
    Reaktiv
    İdarəetmə növünə görə
    Pilotlu
    Avtomatlaşdırılmış, Pilotsuz

Yaranma tarixi haqqında

Təyyarə 
Otto Lilienthalın uçduğu model
Təyyarə 
Rayt təyyarəsi
Təyyarə 
"Junker 1" təyyarəsi

Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar. 1894-cü ildə Maksim adlı rus ixtiraçısı qanadlarının açılışı 32 m və çəkisi 3,5t olan nəhəng bir təyyarə düzəldir. Bu maşın elə ilk sınaq zamanı sınmışdır. Sonra məlum olur ki, əsas problem uçuş zamanı stabilliyin yaradılmasından ibarətdir. 1870-ci ildə fransız mühəndisi Peno sınaq məqsədilə bir neçə kiçik təyyarə modelləri düzəldir. Onun apardığı tədqiqatlarda təyyarənin hərəkətinin quyruq hissəsi ilə stabilləşdirməyin mümkünlüyü araşdırılır. 1890-cı ildə alman mühəndisi Otto Liliental düzəltdiyi planerdə 2 mindən artıq uçuş keçirmişdir. O, planeri öz bədəni ilə tənzim edərək havada 30 saniyə ərzində 100 m yol qət edir. Öz sonuncu uçuşu zamanı əsən külək Lilenthalın tarazlığını pozaraq onun qəzaya düçar olmasına səbəb olmuşdur. Sonralar planerlərin düzəldilməsi ilə amerikalı Rayt qardaşları məşğul olmuşlar. Onlar ilk dəfə olaraq vertikal və eninə idarə sistemləri tətbiq etmiş, qanadları süni verilən havanın köməyi ilə yükləmiş və düşən yükü ölçmüşlər. Rayt qardaşlarının düzəltdiyi planer stabil idarə olunaraq havada bir dəqiqə qala bilirdi. 1903-cü ildə Rayt qardaşları planerə benzinlə işləyən mühərrik qoşurlar.

1903-cü il martın 14-də Uilbur Rayt ilk motorlu uçuş həyata keçirərək, 32 m məsafə qət edir. Həmin ilin 17 dekabr tarixindəki uçuşda o, 260 m yol qət edir. Bu, dünyada aparılan ilk təyyarə uçuşunun sınağı idi. Tədricən mühərriklərin gücünü artıraraq Rayt qardaşları öz təyyarələrini təkmilləşdirirlər. 1905-ci ildə onlar havada 38 dəqiqə qalaraq 39 km yol qət edirlər. Buna baxmayaraq Rayt qardaşlarının nailiyyətləri dövlət tərəfindən diqqətsiz qalır. Buna görə də, onların sınaqlarını yarımçıq saxlayırlar.

1907-ci ildə Fransa Rayt qardaşlarının işlərinə maraq göstərir. Bu işdən xəbər tutan Amerika dövləti Rayt qardaşlarına 100 min dollar məbləğində sifariş verir. 1908-ci ildə onların düzəltdikləri təyyarə 2,5 saat havada qalır. Verilən sifarişləri yerinə yetirmək üçün Nyu-Yorkda "Wright" təyyarə fabriki yaradılır. Ancaq Rayt təyyarələrinin quyruq hissəsində qanadların olmaması səbəbindən onlar geniş tətbiq tapa bilmir. Bu təyyarələrlə bir sıra qəzalar baş verir. Təyyarədə quyruq idarə sisteminin vacibliyinə Penonun işlərindən bələd olan fransızlar Rayt qardaşlarının təyyarələrinin bazasında yeni təyyarə düzəldərək böyük nailiyyətlər əldə edirlər. 1908-ci ildə fransız mühəndisi Lui Blerua (fr. Louis Bleroit) uzun sürən tədqiqatlardan sonra praktikada tətbiq oluna buləcək təyyarəni "Bleroit XI"-i düzəldir. O, 1909-cu ildə La–Manş üzərindən uçaraq keçir. Sonralar fransız təyyarə konstruktoru Anri Faman (fr. Henri Faman) 1912-ci ildə təyyarə layihələndirmə firmasını yaradır. Burada o, ilk aeroplanı düzəldir və onun kütləvi istehsalını təşkil edir.

Onu da qeyd etmək lazımdır ki, bu təyyarələrin hamısı qeyri metaldan hazırlanırdı. Yalnız alman mühəndisi Huqo Yunkersin səyləri nəticəsində 1915-ci ildə ilk tam metaldan hazırlanmış təyyarəni "Junker J1"-i düzəltmək olur. Yunkers təyyarələrinin konstruksiyaları təyyarəqayırmada yeni mərhələnin başlanğıcını qoyur. Bundan sonra təyyarələr metaldan hazırlanır.

Mənbə

  • Bölkow, Ludwig (Hrsg.) – Ein Jahrhundert Flugzeuge. Geschichte und Technik des Fliegens, VDI-Verlag, Düsseldorf 1990, ISBN 3-18-400816-9
  • R. G. Grant – Fliegen. Die Geschichte der Luftfahrt, Dorling Kindersley, Starnberg 2003, ISBN 3-8310-0474-9
  • Götsch, Ernst – Einführung in die Flugzeugtechnik, Deutscher Fachverlag, Frankfurt 1971, ISBN 3-87234-041-7
  • Götsch, Ernst – Luftfahrzeugtechnik, Motorbuchverlag, Stuttgart 2003, ISBN 3-613-02006-8
  • mənim adım sadiq

İstinadlar

Həmçinin bax

Tags:

Təyyarə TipləriTəyyarə İstinadlarTəyyarə Həmçinin baxTəyyarəHava gəmisi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanda yayılmış balıqların siyahısıSəyyad ƏlizadəAzərbaycan Hərbi Dəniz QüvvələriFüzuli kantatasıVideosexBöyük Səlcuq imperiyasıSual cümləsiƏfsanəBakı kəndlərinin siyahısıSayKlaviaturaPənahəli xanAlqoritmBəxtiyar VahabzadəHəzm sistemiAlbert EynşteynFərid QayıbovLitrBronxial astmaƏdədi silsiləMöminə Xatun türbəsiBakı Dövlət UniversitetiQrup seksAzərbaycan xanlıqlarıİngilis diliLeyla ƏliyevaOperativ yaddaş qurğusuNapoleon BonapartBMWİsaak NyutonQaraqanUşaqlıq (anatomiya)Göygöl (göl)Dünya ölkələrinin pul vahidləriAzərbaycan Memarlıq və İnşaat UniversitetiFikrət ƏmirovQədim Roma təqvimiPolşaSovet Sosialist Respublikaları İttifaqıAzərbaycanın Qırmızı KitabıKonstitusiyaŞamaxıAzərbaycan ədəbiyyatıMetyu BrayzaSəttar BəhlulzadəİnformatikaNeftçi PFKEtimologiyaQızlıq pərdəsiCəlilabad rayonuHadi RəcəbliNazirlər Kabineti (Azərbaycan)Qara YanvarII MuradAzərbaycandakı şəhərlərin siyahısıÖzbəkistanZərifə ƏliyevaQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriQasım bəy ZakirRozmarinRövşən CavadovMürəkkəb sözlərBitkiAzərbaycan meşələriVauçerAzərbaycan Texniki UniversitetiTəbii fəlakətHüseyn CavidKoroğluGöbələklərGülçöhrə MəmmədovaMürəkkəb cümləMart soyqırımıİqlimKvadratCavanşir MəmmədovRus əlifbası🡆 More