Sirkə

Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye.

Sirkə
Nanə ilə doldurulmuş sirkə

Ümumi məlumat

Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir.

Hazırlanma qaydası

Sirkə təbabətdə

Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır. Qızıl yel, dəri şişləri, təzə yaraların şişməsi, qızdırma ilə müşahidə olunan baş ağrısı, qaşınma və s. hallarda onu sürtdükdə faydalıdır, həşərat dişləməsi və od yanığı zamanı müsbət təsir göstərir. Sirkədə bişən əncir təpitməsini bədənin ağrıyan nahiyələrinə sürtdükdə ağrını sakitləşdirir. Onu gül yağı ilə sürtdükdə gündəymədən olan baş ağrısını kəsir. Arpa unu ilə təpitməsi difteriya, döş şişi, qulaq dibi şişi, gül ilə təpitməsi isə soyuq şişlər üçün faydalıdır. Bədən orqanlarının keyləşməsində və oynaqların ağrısında üzərlik ilə təpitməsi xeyirlidir. Öd yolları xəstəliklərini, hamamdan sonra yaranan baş ağrısını sakitləşdirmək üçün gülabla qaynadır, parçanı isladaraq başa qoyurlar.

Xronik baş ağrısı, öskürək və qrip zamanı möhkəm qızdırılmış daşın üzərinə sirkə səpir, başı onun buxarına verirlər. Əncir və kişmişi sirkədə isladıb yedikdə dalaq üçün xeyirlidir. Zirə və kəklikotunu sirkədə qaynadıb diş ağrısı zamanı ağızı qarqara edirlər. Bu, damaq yarası üçün də faydalıdır. Qulağı və burunu onun buxarına vermək qulaq uğultusunu aradan qaldırır, qulaq və burun tutulmasını açır.

Qocalara, sinir sistemi xəstəlikləri, təzə və quru öskürəyi, oynaq ağrıları olanlara sirkə ziyandır. Çox sirkə işlətmək bəzən bədəndə su yığlımasına səbəb ola bilər. gözə zərərdir, adamı arıqladır.

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

ZəlzələAftandil İsrafilovYeraltı sularBeynəlxalq təşkilatSəməndər RzayevAllahşükür PaşazadəAzərbaycan Silahlı QüvvələriAzərbaycanın iqtisadi rayonlarıİspaniyaCəbəllüttariqSinan OğanAfrikaMəhəmməd Əmin Rəsulzadəİncəsənət xadimiHüseyn MəhəmmədoğluZərflikÜrək (insan)TamamlıqQurban bayramıPortağalKondensator (elektrik)Akvarium balıqlarıİbn SinaQara YanvarNaxçıvanİsmayıllı rayonuBeynəlxalq Qızıl Xaç və Qızıl Aypara HərəkatıNataliya SinişinDünyanın yeddi möcüzəsiAzərbaycan əhalisiSeimone AugustusMuxtar QasımlıZöhr namazıEv pişiyiEhtirasDinKənd təsərrüfatıÇin Milli Kosmik AgentliyiAlqoritmSintaktik əlaqələrSilindrHeydər Əliyev MərkəziLimonVətən uğrunda medalıMicrosoft Wordİslam peyğəmbərləriTəvəssül duasıNitq hissəsiMaşa və Ayı (cizgi filmi)Cavad xanMirvariŞahmatAtlantik okeanArif MansurovGeno AuriemmaƏfşar imperiyasıQonur ayıAzərbaycan Futbol Federasiyaları AssosiasiyasıŞizofreniyaMəsdərYerAzərbaycan - İsveçrə futbol oyunuQarabağ xanlığıVoleybolDeizmMark TvenLeksikaNəqli cümləMübariz İbrahimovMəhəmmədHörümçəklərİngilis diliI AbbasLeyliTürkiyəAzərbaycan Qızıl Aypara Cəmiyyəti🡆 More