Deizm

Deizm (lat.

Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir.


Din

Deizm

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.

Kəhanət, möcüzə və digər buna bənzər demaqoq ideyaları o cümlədən savab, günah, cənnət, cəhənnəm, axirət günü, vəhy, alın yazısı, zühur, cihad, mələk, cin və şeytan kimi mövhumları da inkar edir. Təkbir, şəhadət, namaz, oruc, qibtə, ibadət və dua etməyin, Məhərrəmlik, Qurban, Ramazan bayramı, Pasxa və Pentekostun qeyd olunması kimi hadisələrin önəm kəsb etməsini təkzib edir. Deistlər yaxşı insan olmaq üçün cəhənnəm əzabı qorxusuna ehtiyac görmür. Deistlər humanizmin insanın vicdanında təzahür etdiyini düşünürlər.

Deizm Tanrının bütün kainatı təbiət qanunları ilə vəhdət halında yaratdığını, insanlara həqiqəti dərk etmək üçün ağıl verdiyini iddia edir. Bu fəlsəfi cərəyanın hansısa ciddi qanunları olmadığından deizmin sərhədlərini də müəyyən etmək mümkünsüzdür. İxtiyari təməl qaydaları özündə cəmləşdirərək insanları onlara inanmağa məcbur edən dinlər yerinə, deizm azad düşüncə yolu ilə həqiqətə çatmağımızın mümkünlüyü fikrini önə sürür. Bu səbəblə deistlər kainat haqqında fərqli inanclara və düşüncələrə sahib ola bilərlər. Məsələn, təkamülün doğru olub-olmaması fikri deistə görə dəyişir. eyni sözləri ruh haqqında söyləmək də olar. Deizm anlayışının müəyyən bir istinad mərkəzi, təmsilçi və yaxud nümayəndəsi, ya da diqqətə çarpan qanunları olmadığı üçün bir çox dəyişik dünyagörüşünə malikdir. Bir sözlə, bu inanc sistem Deizm İncil, Quran, Tövrat və digər dini kitabların ilahiliyini qəbul etmir. Meyarlardan biri ondan ibarətdir ki, ənənəvi dinlər onlara xidmət edənləri cəhənnəm əzabları və digər anlayışlarla qorxudur və insanları azad düşüncədən və dünyanı dərketmədən məhrum edir.

Deistlərin dinlərdə olduğu kimi "müqəddəs" tikililəri, deizmə xidmət edənlər kimi anlayışları yoxdur. Sadəcə olaraq deistlərin kluba bənzər yığışa biləcəyi yığıncaqlar olur.

Deistik inanclar

Deizmin xüsusi qanunlarının olmamasına baxmayaraq, bütün deistlərin inancını təşkil edən bir neçə ortaq müddəa mövcuddur.

  • Kainatı yaradan bir (və ya bir neçə) Tanrı mövcuddur.
  • Bu Tanrı hadisələrə fəal müdaxilə etmir.
  • Vəhy olunduğu müdafiə edilən bütün dinlər, eyni zamanda ənənəvi dinlər insan məhsuludur.
  • Möcüzələr, kəhanətlər, alın yazısı və buna bənzər dini doqmalar yalandır.
  • Dinlərdə təbliğ edilən mələk, şeytan, cin kimi naməlum elementlərin heç bir elmi əsası yoxdur.
  • Yalnız məntiq və idraki düşüncə bizi doğrulara yönəldə bilər.

Müxtəlif fəlsəfi görüşlər

Qeyd etdiyimiz kimi deizmin azad düşüncəyə açıq olması bərabərində bir sıra fərqlilikləri də özüylə gətirmişdir. Belə ki, bu fəlsəfi inanc sisteminin bir neçə altqrupları və branşları mövcuddur: pandeizm, panendeizm, spiritual deizm, amorian deizm, pastafarian deizm, polideizm, jesuist deizm, moralistik deizm, terapiotik deizm və s. Deistlər arasında bir sıra fikir ayrılıqları mövcududr. Lakin, deistlər digərlərinin düşüncə və inanclarına humanistik mövqedən yanaşmalı olduqlarına düşündükləri üçün adətən aralarında elə də böyük bir münaqişə yaşanmır. Ümumiyyətlə, deistlərin Tanrı, ölümdən sonrakı yaşam və s. kimi mövzularla bağlı fikirləri sadəcə təsəvvür mahiyyəti kəsb etdiyindən ortada bir diskriminasiyanın mövcud olmasına da gərək yoxdur. Deistlər arasındakı bəzi fikir ayrılıqları bunlardır:

Ruhun varlığı

Bəzi deistlər ruh qavramının heç bir elmi əsasa dayanmadığını irəli sürərək ruhun mövcudluğu fikrini təkzib edirlər. Bir sıra deistlər isə ruhun var olduğu fikrini irəli sürürlər. Onlar ölümdən sonra yaşayışın davam edəcəyini düşünürlər. Ruhun var ola biləcəyini düşünən, lakin bu mövzuda qəti fikir irəli sürməyən və yaxud belə bir fikrin irəli sürülə bilməyəcəyini iddia edən deistlər də vardır. Onlar bu suala yalnız insanın fiziki ölüm təcrübəsindən sonra cavab tapa biləcəyini düşünürlər.

Ölümdən sonrakı həyat

Ruhun varlığını təkzib edən deistlər bir qayda olaraq ölümdən sonrakı həyata inanmırlar. Ruhun varlığına inanan deistlər insanın bu dünyadakı ömrünü başa vurduqdan sonra hər hansı bir formada öz yaşamını davam etdirəcəyini düşünürlər. Bu mənada bir sıra dəyişik fikir və ideyalar önə sürülür. Belə ki, ölümdən sonra Tanrının bizi etdiyimiz yaxşılıqlara görə mükafatlandıracağını və etdiyimiz pisliklərə görə cəzaya tabe tutulacağımızı düşünən deistlərin sayı kifayət qədərdir. Qeyd edək ki, bu inancın İbrahimi dinlərdə bəhsi keçən cənnət və cəhənnəm kimi mövhumatlarla sırf bağlılığı yoxdur. Bununla yanaşı, Tanrının onun varlığına inanmyanları cəzalandırması fikri də deizmdə yoxdur. Deistlər əsl imtahanın insanın dünyaya gəldiyi andan etibarən öz zehni təkamülünü keçirməsi, kamilləşməsi, o cümlədən, ağıl və vicdana dayanaraq yaxşı ilə pisi ayırd etməsi olduğunu düşünür və bu mənada insanların Tanrıya inanması və ona ibadət etməsinin Tanrını maraqlandırmadığını iddia edirlər. Ölümdən sonra yaşama inanan deistlərin önə sürdüyü bir digər fikir də reinkarnasiyadır. Reinkarnasiya insanın ölümündən sonra ruhun bədəni tərk edərək yenidən başqa bir bədəndə həyata qayıtmasıdır. Deizmdə tənasühə dayalı reinkarnasiya mümkünsüzdür. Ruhun öz təkamülü çərçivəsində daha ali mərtəbəyə doğru addımladıqlarını düşünən deistlər reinkarnasiya nəticəsində insanın yalnız insan formasında dünyaya gələcəyini düşünürlər. Tənasühdə isə insanın it, pişik və s. kimi canlıya dönüşərək dünyaya gələ biləcəyi fikri əks olunur. Reinkarnasiyada karma və random fəlsəfəsi mövcuddur. Bu fikri müdafiə edən bir qrup deistlər bu prosesə karmanın təsir etdiyini söyləyir. Belə ki, bu həyatda etdiyimiz yaxşılıq və pisliklər növbəti həyatımıza təsir edir. Digər qrup reinkarnasiya müdafiəçiləri isə bu prosesinin təsadüfi formada cərəyan etdiyini düşünür. Yəni bu həyatda etdiyimiz yaxşılıq və pisliklər müəyyən bir formada mükafat və cəza ilə nəticələnir, daha sonra insan yeni bir həyata qədəm qoyur.

Deizmin yaradıcısı Herbert Çerberi (1583–1648) hesab edilir. Onun çiçəklənməsi "Maariflənmə dövrü"nə təsadüf edir (18-ci əsr). Yayılmasında İllüminatlar ordeninin böyük xidməti olmuşdur.

Bəzi məşhur deistlər

İstinadlar

Həmçinin bax

Tags:

Deizm Deistik inanclarDeizm Müxtəlif fəlsəfi görüşlərDeizm Bəzi məşhur deistlərDeizm İstinadlarDeizm Həmçinin baxDeizmLatın dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

LeykozProtokolHadi RəcəbliArTərəzi (astrologiya)XəmsəRombİosif StalinİrəvanAprel döyüşləriOmonimLimit (riyaziyyat)Vüqar BiləcəriMürəkkəb cümləSilisiumGəmiKöməkçi nitq hissələriBərdə rayonuŞuşa qalasıTürkmənçay müqaviləsiÖlkə paytaxtlarının siyahısıTelekinezQız qalasıAzərbaycan Respublikası yol nişanlarıTriqonometriyanın əsas düsturlarıVərəmII MehmedKolizeyİtaliyaZarina Qurbanova (aktrisa)Missioner pozasıVerilənlər bazasıEkoloji problemlərTaunQulançarMurovdağCəmiyyətİnformasiya prosesləriHemoqlobinYarasalarGöygölAyBalaəliSakit okeanQərbi Azərbaycan mahallarıYazMolla Pənah VaqifŞəkilçiİrəvan xanlığıAzərişıqNida cümləsiƏli Nağıyev (general)Vulkan püskürməsiÇobanyastığıÜmumdünya cazibə qanunuTürkiyəKompüter qurğularıİkinci Dünya müharibəsiAzərbaycan teatrıLeyli və Məcnun (Nizami)Hacı ŞahinFatiməVulkanBeynəlxalq təşkilatAzərbaycan coğrafiyasıAzərbaycan Quru QoşunlarıMaşınAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)VitaminlərFeilTürkdilli dövlətlərİqtisadiyyatQara YanvarZolaqlı kaftarVenera (planet)İslamHəsən bəy ZərdabiYunanıstan🡆 More