HƏMAS (Ərəbcə: حماس, Tam adı: حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) — Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya.
HƏMAS حركة المقاومة الاسلامية | |
---|---|
Sədri | İsmail Həniyə |
Qurucu | Əhməd Yasin |
Quruluş tarixi | 1987 |
Baş qərargah | Qəzzə, Fələstin |
İdeologiya | Sünni, İslam |
Üzvlüyü |
|
Saytı | hamas.ps |
Vikianbarda əlaqəli mediafayllar |
1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən İlk intifadanın başlanğıcında Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub.
1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli Müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxardı.
1992-ci ilin sonunda Qəzzədə 600 məscid vardı. Həmas öz təsir gücünü univerisitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı. 2004-cü ildə başlayan yerli siyasi müqaviməti genişlətdirməzdən əvvəl zəkat və xəyir işləri ilə ətrafını gücləndirirdi.
Həmas təşkilatı tərəfindən həyata keçirilən əməliyyat hadisələri:
Təşkilatın quruluş məqsədi 1948-ci ildən əvvəl İsrailin işğal etdiyi Qərb sahili və Qəzzə zolağı torpaqlarını azad edib yenidən Fələstin İslam dövlətini qurmaqdır. Səudiyyə Ərəbistan Həmasa maliyyə yardımı göstərir. ABŞ Xarici İşlər Nazirliyinə istinadən təşkilat xaricdə yaşayan fələstinlilər, İran hökuməti və Ərəb ölkələrindən gələn yardımlarla maliyyələşdirilməkdədir.
6 may 2005-ci il seçimində FƏTH (Fələstin Azadlıq Təşkilatı) səslərin 56 faizini, Həmas isə 33 faizini aldı. FƏTH 84 yerdən 45-nin səsini qazandı. Həmas 23 yerin seçimini qazandı. Bunlar arasında üç böyük şəhər də var: Kalkilya, Refah və Beyt Lahiya. Avropalı proqnozçuların 'adil və demokratik' olaraq qiymətləndirdiyi seçkidə 400 min fələstinli səs verdi. Seçkidə iştirak Qəzzədə 80 faiz Qərb sahilində 70 faiz oldu. Xristian qalası olan Beytüllahimdə 15 yerli parlamentin müsəlmanlara ayrılan 7 yerinin 5-ni Həmas qazandı. 16 dekabr 2005-ci ildə Qərb sahilində keçirilən parlament seçkilərində Həmas qələbə qazandı.
This article uses material from the Wikipedia Azərbaycanca article HƏMAS, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.