Twitter: Sosial şəbəkə

Twitter (azərb.

Tvitter‎) və ya dəyişdirilmiş adı ilə X (azərb. İks‎) — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən sayt. Onun vasitəsilə istifadəçilər 140 işarəlik "tvit" adlandırılan mətn sms-ləri göndərə bilirlər.

Twitter
X
Twitter
Loqonun şəkli
Twitter: Tarixi, Rəhbərlik, Loqo
URL twitter.com
Tipi Sosial şəbəkə
Dilləri çoxdilli[d]
Proqramlaşdırma dili JavaScript, Ruby, Scala, Java
Müəllif (lər)
Açılma tarixi 21 mart 2006
Alexa reytinqi
  • 38 (25 iyul 2021)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Qısa müddətdə sürətlə məşhurlaşan Twitterin, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olmuş və "İnternetin SMS-i" kimi tanınmışdır. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilirlər.

Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır.

25 aprel 2022-ci ildə Twitter direktorlar şurası İlon Maskın 44 milyard dollara almasına razılaşdı.

Tarixi

Yaradılması və ilkin reaksiya

Twitter: Tarixi, Rəhbərlik, Loqo 
2006-cı ildə Cek Dorsi tərəfindən çəkilmiş SMS əsaslı sosial şəbəkə yaradılması eskizi.

Tvitterin mənşəyi Odeo tərəfindən podkastinq edilən "gün ərzində beyin fırtınası sessiyası"na əsaslanır. Hələ Nyu-York Universitetində tələbə olduğu dövrdə Dorsi şəxsi SMS sistemini yoldaşları ilə bölüşməyə başlamışdı. Layihənin sonradan Noy Qlassa aid edilən kod adı "twttr" Vilyams tərəfindən yaradılmış, Flickr və beş hərfli Amerika qısa SMS kodlarından təsirlənmişdir. Layihənin hazırlanması zamanı ilkin olaraq qısa kod kimi "10958" nəzərdə tutulsa da, sonradan daha yaddaqalan olması üçün "40404" qısa koduna üstünlük verilmişdir. Layihə üzərində işlər 21 mart, 2006-cı ildə başlamış və 9:50 PM-də (PST) Dorsi ilk tvitini ataraq "mənim twttrimin yaradılmasına başlanıldı" demişdir:

Twitter: Tarixi, Rəhbərlik, Loqo  “…biz 'twitter' sözü üzərində dayanmaq qərarına gəldik və bu ən yaxşı variant idi. Tərif olaraq 'ardıcıl olmayan informasiyaların qısa partlayışı' və 'quşların cikklitisi' ifadələrini fikirləşdik. Bu isə həqiqətən də istehsal etməyə çalışdığımız məhsulu izah edirdi.”
Cek Dorsi.
Twitter: Tarixi, Rəhbərlik, Loqo 

Twitterin ilk prototipi Odeo işçilərinin daxili istifadəsi üçün nəzərdə tutulmuş və 15 iyul 2006-cı ildə tam versiya təqdim edilmişdir. 2006-cı ilin oktyabrında Biz Stoun, Evan Vilyams, Cek Dorsi və keçmiş Odeo üzvlər də daxil olmaqla, layihənin əsas iştirakçıları "Obvious Corporation" adlı şirkətdə birləşirlər və bu şirkət Odeo.com və Twitter.com da daxil olmaqla Odeonun bütün aktivlərinə sahib olur. Vilyams, 2011-ci ilə qədər Twitterdəki hissələri haqqında susan Qlası işdən uzaqlaşdırır. 2007-ci ilin aprelindən Twitter onun şəxsi kompaniyasının tərkibinə daxil olur.

Twitterin məşhurlaşmasında 2007-ci ildə keçirilən "South by Southwest Interactive" (SXSWi) konfransı mühüm təsirə malik olur. Tədbir günlərində istifadəçilərin sayı artmaqla yanaşı, gündəlik tvit sayı 20.000-dən, 60.000-ə çatır.

Twitter: Tarixi, Rəhbərlik, Loqo  “Twitter”i təmsil edən gəclər ağıllı hərəkət edərək konfrans zallarına gedən dəhlizlərdə saytdakı tvit yenilənmələrinin göstərildiyi 60 dinoqanallı monitorlar yerləşdirmişdirlər.” deyə “Newsweek”dən Stiven Levi qeyd edir. “Yüzlərlə konfrans iştirakçısı bu və ya digər şəkildə öz tvitterləri ilə daimi ünsiyyət saxlayırdılar. Panelçilər və çıxışçılar tez-tez Twitter haqqlnda bəhs edir, bloggerlər isə sürətlə öz hesablarını yaradırdılar.” Twitter: Tarixi, Rəhbərlik, Loqo 

Konfransda yeni sayta göstərilən reaksiya olduqca pozitiv idi. Blogger Skot Beyl qeyd edir ki, Twitter konfransı "tamamilə ələ almışdı". Sosial proqram tədqiqatçısı Dana Boyd qeyd edir ki, Twitter konfransa "sahiblənmişdi". Twitter heyəti konfransın Web Award mükafatını almış və qeyd edilmişdir ki, "140 işarəli və daha qısa mətnlərə görə onlara təşəkkür edilir."

Yer kürəsindən kənardan ilk tvit NASA astronavtı T. J. Kramer tərəfindən Beynəlxalq Kosmik Stansiyadan 22 yanvar, 2010-cu ildə atılmışdır. 2010-cu il, noyabrın sonlarından astonavtlar tərəfindən göndərilən tvitlər @NASA_Astronauts akkauntu altında toplanmağa başladı. Həmçinin NASA 25 "tweetup" təşkil etmişdir ki, burada NASA obyektlərinə VIP baxış təmin edilməklə, natiqlərə NASA-nın sonrakı təbliğat işlərində sosial şəbəkələrin imkanlarından istifadə etmək imkanı verilmişdi.

2010-cu ilin avqustunda "News Corp. Fox Audience Network"dən Adam Beyn kompaniyanın maliyyə işləri üzrə rəhbəri təyin edildi. 14 sentyabr 2010-cu ildə Twitterin, loqo da daxil olmaqla yeni dizaynı təqdim edildi.

İnkişafı

Kompaniya qısa zamanda çox sürətlə genişlənməyə başladı. 2007-ci ildə artıq rüblük 400.000 tvit göndərilirdi. 2008-ci ildə bu göstərici artaraq rüblük 100 milyon tvitə çatmışdı. 2010-cu ilin fevral ayında artıq gündəlik 50 milyon tvit göndərilirdi. 2010-cu ilin martında 70.000 tətbiqlə kompaniya rekorda imza atmışdır. 2010-cu ildə gün ərzində 65 milyon tvit göndərilirdi ki, bu da saniyədə 750 tvit deməkdir. 2011-ci ilin martında bu nəticə daha da inkişaf edərək, gündəlik 140 milyon tvitə çatmışdı. Compete.com-un açıqlamasına görə, Twitter əvvəl 22-ci yerdə olsa da, çox sürətlə genişlənərək, 2009-cu ildə dünyanın üçüncü ən geniş sosial şəbəkəsinə çevrilmişdir.

Twitterin göstəriciləri dünyada məşhur tədbirlər zamanı daha da artır. Məsələn, 2010-cu il FIFA Dünya Çempionatı zamanı, 14 iyun 2010-cu il tarixində baş tutmuş Yaponiya-Kamerun qarşılaşması zamanı fanatlar hər saniyə ərzində 2940 tvit göndərirdilər. 2010-cu il NBA yarışları zamanı "Los Angeles Lakers" komandasının qələbə qazanmasından sonra record yenilənmiş və saniyədə 3085 tvit göndərilmişdir. Yenidən Dünya Çempionatında Yaponiyanın Danimarka üzərində qələbə qazanması zamanı saniyədə 3283 tvitlə record yenilənmişdir. 2011-ci ildə Qadınlar arasında FIFA Dünya Çempionatı zamanı, Yaponiya-ABŞ qarşılaşması zamanı record yenilənmiş və saniyədə 7196 tvit göndərilmişdir. 25 iyun 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra insanların "Michael Jackson" sözü yazılmış statuslar paylaşmasından sonra, bir saatda 100.000 tvit qəbul edən Twitter serverləri xarab olmuşdu. 1 yanvar 2013-cü ildə Yapon Standart Zaman Qurşağında yaşayan bütün insanların yeni il başlaması münasibətiylə statuslarını yeniləməsi yeni rekordun yaranmasına səbəb olmuş və saniyədə 33.388 tvit yazılmışdı.

11 aprel 2010-cu ildə Twitter, proqram inkişaf etdiricisi olan Atebitsi əldə etmişdir. Atebits "Apple Design Award" mükafatı laureate olab Twitter müştərisi "Tweetie" tərəfindən Mac və iPhone üçün yaradılmışdır. Proqram hazırda "Twitter" adlandırılır və Twitter tərəfindən iPhone, iPad və Mac üçün azad yekləməyə təqdim edilir.

2010-cu ilin sentyabr-oktyabr aylarında kompaniya twitter.com ünvanında "Yeni Twitter" adı ilə saytın yenilənmiş versiyasını təqdim etmişdir. İstifadəçilərə səhifəni tərk etmədən linkə klikləməklə YouTube və Flickr də daxil olmaqla başqa saytlardan keçid verilmiş media fayllara baxmaq, həmçinin twitter.com-un "blek bar"ında yerləşdirilmiş düymələr vasitəsiylə "Mesajlar" və "Hesabdan çıxma" əməliyyatları yerinə yetirmə, '@mentions' və "Retvitlər" vasitəsiylə interfeysi tamamlama imkanları verilmişdir. 1 noyabr 2010-cu ildə kompaniya "Yeni Twitter təcrübəsi"ni bütün istifadəçilər üçün açıq elan etmişdir.

5 aprel 2011-ci ildə Twitter yeni əsas səhifənin teztsinə başlamış və tədricən "Köhnə Twitter" sıradan çıxarılmışdır. Lakin yeni əsas səhifənin istifadəyə verilməsindən sonra bir müddət problem yaşanış və parallel olaraq köhnə əsas səhifə də istifadə edilmiş, yeni əsas səhifə 20 apreldə təkrarən daxil edilmişdir.

8 dekabr 2011-ci ildə Twitterin gələcəyə "Uçuş" mövzusunda dizayının işlənməsinə başlandı və bu dizaynın saytdan yeni istifadə etməyə başlayanların işini asanlaşdıracağı bildirildi. Əlavə olaraq Ev, Əlaqə və Kəşf et düymələri də təqdim edildi, tvitlərin xronologiya dizaynı yeniləndi. Saytın yeni görünüşü Facebook ilə müqayisə edildi.

21 fevral 2012-ci ildə Twitter və Yandexin əməkdaşlıq haqqında razılığa gəldikləri elan edildi. Rusiya axtarış sistemi olan Yandex, Twitterin real xəbərlərindən istifadə etdiyi müddətdə öz dəyərini daha da artırdı. Twitterin biznesin inkişafı üzrə direktoru bildirdi ki, istifadəçilərin getdiyi yerdə Twitter məzmunlarının olması mühümdür.

21 mart 2012-ci ildə Twitter 6 yaşını qeyd etdiyi gündə istifadəçilərin sayının 140 milyona, gündəlik tvit sayının isə 340 milyona çatdığı elan edildi. 2011-ci ilin sentyabrında istifadəçilərin sayı 100 milyon olmuş və keçmiş bir il ərzində bu say 40 faiz artmışdı.

2012-ci ilin aprelində Twitter məşhur brendlər və reklam agentlikləri ilə birgə işləmək üçün Detroytdə ofisin açılacağını elan etdi. Həmçinin Twitterin Dublin ofisi də genişləndirildi.

5 iyun 2012-ci ildə şirkət bloqu vasitəsiylə Twitterin yeni simvolu təqdim edildi ki, bu simvolda, yazılar yığışdırılmış, əvəzinə saytın simvolu olan quş rəsmi böyüdülərək yerləşdirilmişdi.

5 oktyabr 2012-ci ildə Twitter, Vine adlı video şirkətini aldı və 2013-cü ilin yanvar ayından onun istifadəsinə başladı. 24 yanvar 2013-cü ildə Twitter Vineı müstəqil, istifadəçilərə 6 saniyəlik videolar çəkmək və paylaşmaq imkanı verən xidmət kimi təqdim etdi. Paylaşılan Vine videoları birbaşa istifadəçinin Twitter hesabında da görünür. Lakin uyğunsuz mətnli videoların axını səbəbiylə hazırda Vine Apple App storeda 17+ olaraq yayılır.

18 dekabr 2012-ci ildə aylıq 200 milyon aktiv istifadəçinin olması elan edildi. 2011-ci ilin sentyabrında isə aylıq 100 milyon aktiv istifadəçinin olması elan edilmişdi. 18 aprel 2013-cü ildə "Twitter Music" adı ilə iPhone üçün musiqi proqramı buraxıldı. 28 avqust 2013-cü ildə Trendrrə sahibləndiyini elan etdi.

Rəhbərlik

Baş icraçı direktor olaraq Dorsi şirkətin maliyyələşdirilməsinin ilkin iki mərhələsini, onu dəstəkləyən şirkətlərlə birgə həyata keçirmişdi. 4 oktyabr 2010-cu ildə Vilyams şirkətin baş meneceri vəzifəsindən imtina etdi.

Əvvəllər Twitterin baş əməliyyatçı direktoru olmuş Dik Kostolo isə baş menecer vəzifəsində çalışmağa başladı. Twitter bloqunda verilən məlumata görə, 4 oktyabr 2010-cu ildə Vilyams hələdə vəzifəsində qalmış və şirkət strategiyasını tamamilə nəzarətində saxlamışdır.

"The New York Times"a görə "Mr. Dorsi və Mr. Kostolo Vilyams uzaqda olduğu müddətdə razılığa gəlmişdilər." "PC Magazine" isə qeyd edir ki, Vilyams şirkətdən uzaqlaşmaq fikrinə o qədər də yaxşı baxmırdı. O, yeni inkişaf layihəsi üzərində işə başlamaq istəyirdi, lakin Twitterin rəhbər direktorlarından biri vəzifəsinə gətirildi və "mümkün qədər kömək etməyə çalışdı." Stoun hələ də Twitter üçün çalışır, lakin könüllü işlər və filantropiya işlərini həyata keçirir.

2011-ci ilin martında məhsul inkişafına yönlənmiş icraçı sədr kimi Dorsi yenidən Twitter üçün çalışmağa başlamışdır. Aradakı vaxtında isə o ofisi Twitter in San Fransisko ofisi ilə yaxında yerləşən "Square"də (icraçı director kimi) çalşmağa davam edirdi.

2011-ci ilin sentyabrında şirkətin idarə heyətinin üzvləri və investorları olan Fred Vilson və Bican Sabet Twitterin idarə heyətindən uzaqlaşdılar. 2012-ci ilin oktyabrında Twitter, "Google"un keçmiş icraçı direktoru olan Met Derella ilə biznesin inkişaf etdirilməsi üzrə cavabdeh rəhbər vəzifəsinin icrası haqqında razılıq əldə edilməsi haqqında açıqlama verdi.

Loqo

Twitter bütün dünyada özünəməxsus quş loqosu ilə tanınmaqdadır. Bu loqo 2006-cı ilin martında saytın fəaliyyətə başlamasından, 2010-cu ilin sentybarına kimi istifadə edilmişdir. Sayt yenidən dizyn edildikdə, loqo da bir qədər dəyişdirilərək, yeni dizaynda təqdim edilmişdir.

27 fevral 2012-ci ildə şirkətin işçilərindən birinin şirkətin loqosunun təkmilləşdirilməsi haqqında yazdığı tvitdən sonra şirkətin kreativ direktoru ilə açılmış müzakirə zamanı bəlli olmuşdur ki, loqodakı "Quş Larri" NBA-nın Boston Celtics komandasının oyunçusu Larri Bördün şərəfinə adlandırılıb. Bu məlumat sonradan, 2011-ci ilin avqustunda Boston Celticsin mətbuatla əlaqələrə cavabdeh rəhbərinin Twitterin yaradıcılarından biri Biz Stounla bu haqqda danışması zamanı bird aha təsdiqlənmişdi.

5 iyun 2012-ci ildə Twitterin loqosu yenidən dizayn edildi, "Quş Larri" sadəcə "Twitter quşu" adlandırıldı və yazı yığışdırılaraq, sadəcə quşdan ibarət loqo təqdim edildi. Bir müddət sonra bu quş loqosu şirkətin əsas simvolu kimi qəbul edildi. Twitterin dizayneri olan Duqlas Boumana görə, yeni loqo qaratoyuqlar dəstəsindən Mavi Lazar quşunun təsviridir.

15 iyul 2006 -
14 sentyabr 2010
14 sentyabr 2010 -
5 iyun 2012
5 iyun 2012 -
bu günə kimi

Xüsusiyyətlər

Twitter: Tarixi, Rəhbərlik, Loqo 
Vikipediyanın rəsmi Twitter hesabı.

Tvitlər

Tvitlər istifadəçi tərəfindən yazılmış və dərc edilmiş qısa mətnlərdir ki, həmin mətnlər digər Twitter istifadəçiləri tərəfindən görülür, lakin həmin mətnləri görən istifadəçilərin sayı istifadəçini izləyən istifadəçilərin sayı ilə məhdudlaşır. İstifadəçilər tvitlərini Twitter vebsaytı və ya ölkələrində fəaliyyət göstərən Qısa Mesaj Servisləri (SMS) vasitəsiylə yaza bilərlər.. Xidmət pulsuz olsa da, mobil operator mesajı Twitterə çatdırmaq üçün balansdan məbləğ çıxa bilər.

İstifadəçilər bir-birininə abunə yazıla bilirlər ki, bu hərəkət istifadəçini izləmək, bu hərəkəti edən istifadəçi isə izləyici adlanır. Müxtəlif xidmətlər vasitəsiylə izləyici onu izləməkdən imtina edən istifadəçiləri təyin edə bilir. Twitter istifadəçilərə profillərini mobil telefonları, smartfon və tabletləri vasitəsiylə də yeniləmək imkanı verir.

Twitter veb əsaslı Internet Relay Chat (IRC) klientləri ilə müqayisə edilə bilər. "Time" jurnalının 2009-cu il nömrələrinin birində texnologiya məqalələri müaəllifi Stiven Conson Twitterin "olduqca sadə" texniki özül üzərində qurulduğunu iddia edir.

"Sosial şəbəkə kimi, Twitter izləyicilərin fəaliyyəti əsasında formalaşır. Belə ki, sən digər Twitter istifadəçilərini izlədikdən sonra həmin izləyicilərin yazdıqları tvitləri görməyə başlayırsan. Əgər sən iyirmi nəfəri izləyirsənsə, həmin iyirmi nəfərin müxtəlif mövzularda paylaşmalarını, musiqi və video məsləhətlərini görə bilərsən."

Məzmun

Twitter: Tarixi, Rəhbərlik, Loqo 
Pear Analyticsə görə tvitlərin məzmunu
  Xəbərlər (3.6%)
  Spam (3.8%)
  Özünü reklam (5.9%)
  Mənasız boşboğazlıq (40.1%)
  Söhbət (37.6%)
  Vacib müzakirələr (8.7%)

San-Antoniodan olan marketinq-araşdırma firması "Pear Analytics" 2009-cu ilin avqustunda 11:00 am ilə 5:00 pm arasında iki həftə ərzində 2,000 tviti (ABŞ və İngiltərədən yazılmış) araşdırmış və onları altı qrupa bölmüşdür:

  • Mənasız boşboğazlıq – 40%
  • Söhbət – 38%
  • Vacib müzakirələr – 9%
  • Özünü reklam – 6%
  • Spam – 4%
  • Xəbərlər – 4%

Sosial şəbəkə tədqiqatçısı Dana Boyd qeyd edir ki, "Pear Analytics" tənqidçiləri hər şeyi ümumiləşdirərək "Mənasız boşboğazlıq" adlandırsalar da bu müzakirələri "sosial problemlər" və ya "periferik maarifləndirmə" adlandırmaq daha yaxşı olardı.

Format

İstifadəçilər sözün və ya ifadənin qarşısına "#" işarəsi yazmaqla haştaqlar formalaşdırır, eyni mövzuda tvitlər yaza və bu tvitləri bir başlıq altında toplaya bilirlər. Eyni şəkildə "@" işarəsi istifadəçini işarələmək və ya istifadəçiyə cavab vermək üçün istifadə olunur. Başqa istifadəçinin yazdığı tviti səni izləyən istifadəçilər arasında bölüşmək üçün retvit finksiyası vardır ki, bu da "RT" şəklində simvolizə edilir.

2009-cu ilin sonlarında əlavə olaraq "Twitter siyahıları" adlı funksiya da əlavə edilmişdir ki, bu funksiya sayəsində siyahıda olan istifadəçilərlə birgə əlaqə saxlamaq və ya onlara cavab vermək mümkün olmuşdur.

İstifadəçilər Twitterlə SMS vasitəsiylə beş yolla: ABŞ, Kanada, Hindistan, Yeni Zellandiya və Men adasının qısa kodları ilə əlaqə saxlaya bilirlər. Həmçinin Birləşmiş Krallığın da qısa kodu vardır ki, bu kod yalnız Vodafone, O2 və Orange şəbəkələrindən istifadə edənlər üçün açıqdır. Hindistanda tvitlər yalnız Bharti Airtel tərəfindən dəstəklənir, altrenativ platform isə smsTweet adlandırılır. Sinqapur, Malaziya və Filippinlərdə istifadəçilərə təqdim edilən oxşar platform GladlyCast adlandırılır.

Standart SMS işarələrini özündə birləşdirən tvitlər 140 işarə ilə məhdudlaşır. 140 İşarə məhdudiyyəti həmçinin URL qısaldıcı xidmətlər olan bit.ly, goo.gl, və tr.im-dən istifadə zamanı da keçərlidir. Həmçinin, Twitpic, memozu.com və NotePub kimi məzmun hostinq xidmətləri də multimedia fayllarının yerləşdirilməsi zamanı 140 işarəlik liiti gözləyirlər. 2011-ci ilin iyunundan Twitter bütün URLlərin qısaldılması üçün şəxsi t.co domenindən istifadə etməkdədir.

Statistika

Ən məşhur hesablar

7 sentyabr 2013-cü ildə ən çox izləyicisi olan on məşhur hesabın kimlərə məxsus olduğu açıqlanmışdır:

  1. Castin Biber (dünya üzrə 44.1 milyon izləyici)
  2. Keti Perri (42.2m)
  3. Ledi Qaqa (40.0m)
  4. Barak Obama (36.2) – siyasətçilər arasında ən çox məşhur hesab.
  5. Teylor Svift (33.6m)
  6. YouTube (33.1m) – şəxsə məxsus olmayan ən məşhur hesab.
  7. Britni Spirs (31.6m)
  8. Rihanna (31.5m)
  9. Instagram (26.0m)
  10. Castin Timberleyk (25.3m)

Digər seçilmiş hesablar:

    12. Twitter (23.3m)
    16. Kriştiano Ronaldo (21.0m) – idmançılar arasında ən məşhur hesab.
    58. Barselona (9.9m) – futbol klubları arasında ən məşhur hesab.

Köhnə hesablar

Twitterin ən köhnə hesabları 21 mart 2006-cı ildə yaradılmış hesabdır ki, onların arasında @jack (Cek Dorsi), @biz (Biz Stoun) və @noah (Noy Qlas) hesabları öncülük edir.

Rekord tvitlər

3 fevral 2013-cü ildə Twitter rekord sayda – 24.1 milyon tvitin Super Bowl XLVII gecəsi göndərildiyini elan etmişdi.

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Tags:

Twitter TarixiTwitter RəhbərlikTwitter LoqoTwitter XüsusiyyətlərTwitter StatistikaTwitter Həmçinin baxTwitter İstinadlarTwitter Xarici keçidlərTwitterAzərbaycan diliSosial şəbəkə (internet)

🔥 Trending searches on Wiki Azərbaycanca:

HamiləlikİnternetAğaməhəmməd şah QacarDüzbucaqlı üçbucaqKarles PuçdemonAzərbaycanın iqlimiBitkiAzərbaycan Xalq CümhuriyyətiCəmiyyətLaçınBöyük Səlcuq imperiyasıİsveçƏbülfəz ElçibəyHacı Zeynalabdin Tağıyevİnsan penisiSay sistemləriKəbəÇaldıran döyüşüOrxan SultanovTəravih namazıQarabağAzərbaycan TeleviziyasıLənkəranİtaliyaQan təzyiqiAna səhifəQuranNidaBakı İdman SarayıNizami GəncəviNaxçıvanAzanTovuz rayonuSona Əliyeva (aktrisa)Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Quran surələrinin siyahısıBelarusTəbii zonalarAzər-Türk BankGəncə qalasıI TəhmasibPirallahıSinqapurRənglər siyahısıArazLionel MessiQəbələ rayonuBucaqƏmr cümləsiTelli BorçalıSəməd VurğunŞahmatŞuşa qalasıTaleh QaraşovQarabağda döyüşlər (2023)Gənəgərçək yağıAzərbaycanın iqtisadi rayonlarıXitabQod NisanovNikol PaşinyanAğqoyunlularÇin tarixiBirinci Dünya müharibəsiFellatioGədəbəy rayonuQuba rayonuNamiq QaraçuxurluBir kərə yüksələn bayraq, bir daha enməzNadir şahAzərbaycan musiqi alətləriAzərbaycan Dövlət İqtisad UniversitetiXristianlıqAzərbaycanlıların Soyqırımı GünüXankəndi🡆 More