Da Vinçi Şifrəsi

Da Vinçi şifrəsi (ing.

Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdonkriptoloq Sofi Nevünü, SionOpus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir.

Da Vinçi şifrəsi
ing. The Da Vinci Code
Da Vinçi Şifrəsi
Müəllif Den Braun
Janrlar detektiv, cinayət janrı[d], triller[d]
Orijinalın dili ingilis dili
Ölkələr
Orijinalın nəşr ili aprel 2003
Nəşriyyat Qanun nəşriyyatı
Səhifə 519
Əvvəlki Mələklər və iblislər, Yalan nöqtəsi
Sonrakı İtirilmiş simvol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır.

Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı.2009 (2009) tarixinə olan məlumata əsasən,. As of 2016, it had sold 80 million copies worldwide.

Süjet xətti

Luvr muzeyinin müdirü və Sion təriqətinin böyük ustadı Jak Sonyer bir gecə muzeyin Böyük salonunda, San Qril axtarışında olan və özünü Müəllim adlandıran biri tərəfindən tutulmuş albino Katolik rahibi Silas tərəfindən ölümcül yaralanır. Sonyerin cəsədi Vitruvi adamı şəklində polislər tərəfindən tapılır və polis cinayəti araşdırmaq üçün Harvard professoru Robert Lenqdonu muzeyə dəvət edir. Polis kapitanı Bezu Faş ona, Sonyerin son dəqiqələrində yaratdığı şifrəli mesajı açmaq üçün dəvət edildiyini deyir. Bu mesaj qarmaqaşıq bir Fibonaççi silsiləsindən ibarət idi.

Lenqdon kapitan Faşa izah edir ki, Sonyer qadın ilahələri və bununla bağlı incəsənət əsərlərində olduqca məlumatlı idi və onun qanıyla sinəsinə çəkdiyi pentaqramma heç də kapitan Faşın düşündüyü kimi şeytan əməli yox, bir qadın ilahəsi simvoludur.

Polis-kriptoqraf olan Sofi Nevü isə Lenqdona gizli olaraq çatdırır ki, o, Sonyerin illərdir küsülü olduğu nəvəsidir və kapitan Faş cinayətkarın Lenqdon olduğunu düşünür. Çünki Sonyerin yazdığı gizli mesajın son sətrində, hansı ki, Lenqdonun gəlişindən öncə kapitan Faş onu silmişdi, Lenqdonun adı yazılı idi: "P. S. Robert Lenqdonu tap". Babasının gizli bir paqan olması Nevünü narahat edir. Buna baxmayaraq o, babasının bu şifrəni araşdırması üçün Lenqdonu seçdiyini anlayır və bu onları Sürix Xəzinə Bankının Paris şöbəsində saxlanılan bir qutuya aparıb çıxarır.

NevüLenqdon polisdən qaçaraq gizlicə banka gəlirlər. Əmanət kassasında isə içərisində kilid daşı olan bir qutu tapırlar. Bu kilid daşı isə 5 hərfli bir kodla açılan silindirik formalı bir kripteksdir. Kripteksin içərisində isə San Qrilin yeri yazılan bir papirus yerləşir. Əgər kripteks açılması üçün zorlansa, içərisindəki sirkə kapsulu qırılar və bu sirr sonsuza qədər yox olar. Kripteksin kodu barədə ipucları isə onun qutusunda gizlidir.

Daha sonra onlar kilid daşını Lenqdonun dostu və təriqətlə sıx bağlı olan San Qril üzrə mütəxəssis olan Ser Ley Tibinqin evinə aparırlar. Tibinq onlara San Qrilin əslində bir cam və ya kasa olmadığını, Mariya Maqdalenanın dəfn olunduğu bir sərdabə olduğunu izah edir.

Bu üçlü daha sonra Tibinqin şəxsi helikopteri ilə ölkəni tərk edirlər və İngiltərəyə qaçırlar. Uzun macəranın sonunda tapmacanı izah edən Lenqdon yeni bir tapmaca ilə qarşılaşır və onlar birlikdə İsaak Nyutonun Vestminster abbadlığındakı məzarına gəlirlər.

İngiltərəyə uçuş əsnasında Nevü babasına qarşı niyə soyuq olduğunu və niyə illərdir görüşmədiyini açıqlayır. Belə ki, 10 il əvvəl Sofi yatılı olaraq qaldığı universitetdən xəbərsiz olaraq evə gəlir və babasının qəribə maska taxan insanların arasında bir ayinin içində görür. Babası hər kəsin gözü önündə qəribə dualar edərək bir qadınla sevişirdi. Bunun ardından Sofi evi tərk etdiyini və Sonyerlə bir daha görüşmədiyini deyir. Lenqdon isə Sofinin şahid olduğu bu ayinin paqan inancında hiyeros gamos, yəni "müqəddəs evlilik" adlandığını qeyd edir.

Vestminster abbadlığında onlar Tibinqin əslində rahib Silası tutan Müəllim olduğunu öyrənirlər. Tibinq illərdir axtardığı San Qrilin İsa Məsih və Mariya Maqdalenanın şəcərəsi olduğunu iddia edərək Katolik kilsəsini tamamilə darmadağın etmək istəyir. Ancaq Lenqdon kripteksin kodunu daha önə taparaq onu gizlicə açır və içərisindəki papirus yazısını alaraq kripteksi sındırır.

Tibinq, artıq Lenqdonun günahsız olduğuna inanan kapitan Faş tərəfindən həbs olunur. Opus Dei dini təriqəti və yepiskop Arinqarosa Silasla işlərini bitirdikdən sonra polisə onun gizləndiyi ünvanı verirlər. Polislər tərəfindən ələ keçiriləcəyini anlayan Silas isə təsadüfən yepiskop Arinqarosanı yaralayır və polislə girdiyi çatışmada həlak olur. Kripteksdən çıxan papirusdakı tapmacanı şərh edən LenqdonNevü Şotlandiyadakı Roslin kapellasına gedirlər və burada Sofinin İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən olduğu, Sonyerin isə onu qorumaqla vəzifəli bir Sion üstadı olduğu ortaya çıxır.

Obrazlar

  • Robert Lenqdon
  • Sofi Nevü
  • Jak Sonyer
  • Yepiskop Arinqarosa
  • Ser Ley Tibinq / Müəllim
  • Silas
  • Bezu Faş

İstinadlar

Xarici keçidlər

Tags:

Da Vinçi Şifrəsi Süjet xəttiDa Vinçi Şifrəsi ObrazlarDa Vinçi Şifrəsi İstinadlarDa Vinçi Şifrəsi Xarici keçidlərDa Vinçi ŞifrəsiDen BraunDetektiv (ədəbiyyat)KriptoqrafiyaLuvr muzeyiMariya MaqdalenaOpus DeiParisRobert LenqdonSimvolizmSion PrioratıTriller filmiİngilis diliİsa

🔥 Trending searches on Wiki Azərbaycanca:

VergülƏməliyyat sistemiQurban QurbanovVaqiə surəsiHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıİnsanKremlAzərbaycanın telefon kodları9 (ədəd)NaxçıvanXurşidbanu NatəvanİsveçQafiyəXeyirxahlıqKəlbəcər rayonuAğstafa rayonuHektarPirallahı adasıAğdam Çörək MuzeyiÖd kisəsiEldənizlərEmin (müğənni)TarKompüter şəbəkəsiQızıl yel xəstəliyiXəzər dəniziLinzalarƏliağa ŞıxlinskiRənglər siyahısıKenquru Beynəlxalq Riyaziyyat MüsabiqəsiKubAzərbaycan əlifbasıAzərbaycanın daxili sularıTəyinAzərbaycan meşələriAston Villa FKTəbii zonalarƏli XameneiEldar MahmudovKarles PuçdemonDünyanın yeddi möcüzəsiTəyyarəFunksiya (riyaziyyat)QızılcaDünya Qida ProqramıBu şəhərdə kimsə yoxdurİnkişaf etmiş ölkəAzərbaycanın Qırmızı KitabıƏhalisinə görə ölkələrin siyahısıAmoksisillinÜslubiyyat (Azərbaycan dili)SinqapurAzərbaycan əhalisiCümləİmadəddin NəsimiKapital BankBakı kəndlərinin siyahısıYouTubeQara YanvarEpilepsiyaAzərbaycan Respublikası yol nişanlarıGünəş sistemiFatihə surəsiİslam peyğəmbərləriYeni KaledoniyaRus diliSakit okeanAzərbaycan toy adətləriOperativ yaddaş qurğusuAyaz MütəllibovAntarktidaAzərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıQopuzPielonefritSinonimHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı ilə təltif edilənlərin siyahısıSufizm🡆 More