Windows 11: Microsoft-un Windows əməliyyat sistemi

Windows 11 — Microsoft korporasiyası tərəfindən hazırlanmış Windows NTnin əsas versiyası.

5 oktyabr 2021-ci ildə buraxılmışdır. Əvvəlki "Windows 10" (2015) üçün ödənişsiz yeniləmə kimi "Windows 11" sistem tələblərinə cavab verən istənilən "Windows 10" cihazları üçün mövcuddur. Bu əməliyyat sistemini sistem tələblərinin məhdudiyyətlərini yan keçərək dəstəklənməyən cihazlarda da quraşdırmaq mümkündür.

Windows 11
Windows 11: İnkişaf, Elan, Xüsusiyyətləri
Windows 11: İnkişaf, Elan, Xüsusiyyətləri
Yaradıcı Microsoft
İstehsalçı Microsoft
ƏS ailəsi Microsoft Windows
Bazası Windows 10
Mənbə kodu Qapalı qaynaq kodlu, Mənbə mövcuddur (paylaşılan mənbə təşəbbüsü ilə), Bəzi komponentlərdə açıq mənbə
Buraxılış tarixi 5 oktyabr 2021
Son versiya
  • 23H2 10.0.22631.3155
  • 24H2 10.0.26063.1
Yenilənmə üsulu Microsoft Store[d]
Son hazır versiya 10.0.22000.588 — 15 mart 2022
Dəstəklənən dillər 110 dil
Dəstəklənən platformalar x86_64[d], ARM[d]
Nüvə tipi Hibrid nüvə (Windows NT nüvəsi, Linux nüvəsi)
İnterfeys Windows shell (qrafiki)
Lisenziya istifadəçi razılaşması[d]
Veb-saytı microsoft.com/en-us/wind…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Windows 11"də "Windows shell"ə əsaslı dəyişikliklər tətbiq edilmişdir. Bu dəyişikliklərə ləğv edilmiş "Windows 10X" təsir göstərmişdir. Xüsusiyyətlərə yenidən işlənmiş start menyusu, tapşırıqlar panelinin "canlı plitələr"in ayrıca "Vidjetlər" paneli ilə əvəz edilməsi, qrup şəklində tapşırıqlar panelindən minimuma endirilə və bərpa oluna bilən kirəmitli pəncərə dəstləri yaratmaq imkanı daxildir. Bundan əlavə, "Xbox Series X" və "Series S"dən uyğun avadanlıqlarda avtomatik HDR və "DirectStorage" kimi yeni videooyun texnologiyaları mənimsənilmişdir. "Internet Explorer" (IE) standart veb brauzer olaraq "Chromium" əsaslı "Microsoft Edge" ilə əvəz edilmişdir. "Microsoft Teams" tətbiqi "Windows shell"ə inteqrasiya olunmuşdur. "Microsoft" həmçinin, "Microsoft Store" vasitəsilə paylana bilən proqram təminatında daha çox çeviklik yaratmağı və "Windows 11"də "Android" proqramlarını dəstəkləməyi planlaşdırdığını açıqlamışdır.

"Windows 11" üçün sistem tələbləri təhlükəsizlik mülahizələrinə əsas gətirilərək "Windows 10" ilə müqayisədə artırılmışdır. "Microsoft" yalnız səkkizinci nəsil "Intel Core CPU" və ya daha yeni (bəzi kiçik istisnalarla), ikinci nəsil "AMD Ryzen CPU" və ya daha yeni, "Qualcomm Snapdragon 850 ARM system-on-chip"dən istifadə edən cihazlarda əməliyyat sistemini rəsmi olaraq dəstəkləyir. UEFI və "Trusted Platform Module" (TPM) 2.0 dəstəklənməli və aktivləşdirilməlidir (baxmayaraq ki, "Microsoft" OEM-lər üçün TPM 2.0 tələbinə istisnalar edir). Əməliyyat sistemini dəstəklənməyən prosessorlarda quraşdırmaq mümkündür, lakin "Microsoft" yeniləmələrin burada mövcud olmasına zəmanət vermir. "Windows 11" 32-bit x86 və 32-bit ARM CPU və BIOS proqram təminatından istifadə edən cihazlar üçün dəstəyi aradan qaldırmışdır.

"Windows 11" tənqidçilərdən olduqca müsbət rəylər almışdır. Buraxılışından əvvəl əməliyyat sistemi haqqında mətbuatda dərc olunan yazılar onun daha sərt aparat tələblərinə yönəlmişdi. Müzakirələr bu tələblərin faktiki olaraq "Windows"un təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıdığı, yoxsa müştərilərə yeni cihazları daha rahat satmaq üçün istifadə edilən bir hiylə kimi olub-olmaması ilə bağlı idi. Dəyişikliklərlə bağlı elektron tullantılar da müzakirə mövzusu olmuşdur. "Windows 11" buraxıldıqdan sonra vizual dizaynın təkmil formaya salınması, pəncərə idarəetməsi və təhlükəsizliyə daha çox diqqət yetirdiyi üçün təriflənmişdi. Buna baxmayaraq, istifadəçi interfeysinin aspektlərinə edilən müxtəlif dəyişikliklərə görə tənqid olunmuşdur, bunun əvvəlki versiyasından daha pis göründüyü düşünülmüşdür. Bu dəyişikliklərdən bəziləri istifadəçiləri rəqib tətbiqlərə keçməkdən çəkindirmək cəhdi kimi qiymətləndirilmişdir.

2023-cü ilin iyul ayına olan məlumata görə, "Windows 11" dünya üzrə 24% istifadə ilə ikinci ən populyar "Windows" versiyasıdır. Onun əvvəlki versiyası olan "Windows 10"un bazar payı üç dəfə çoxdur. Bütün fərdi kompüterlərin təxminən 16%-nə (qalanı digər "Windows" buraxılışları, həmçinin "macOS" və "Linux" kimi digər əməliyyat sistemləridir) və bütün cihazların (mobil, planşet və konsol) 7%-i "Windows 11" ilə işləyir.

İnkişaf

"Windows 10"un buraxılmasından sonra Microsoft bunun "Windows-un son versiyası" olacağını bildirdi. Bununla birlikdə, yeni bir versiyanın və ya "Windows"un yenidən dizaynının fərziyyələri ortaya çıxdı. Kod adı "Günəş Vadisi" (ing. Sun Valley) olduğu bildirilən sistemin istifadəçi interfeysini modernləşdirmək üçün yenidən dizayn edildi. Windows 11-in beta quruluşu 15 İyun 2021-ci ildə internetə sızdırıldı və ləğv edilmiş Windows 10X-ə oxşar interfeysin yanında yenidən dizayn edilmiş bir təcrübə (OOBE) və Windows 11 markasını nümayiş etdirdi.

Microsoft Build 2021 təkmilləşdirmə konfransında CEO Satya Nadella əsas çıxışı zamanı yeni nəsil Windows-a lağ etmişdi. Rəsmi bir elanın çox yaxın zamanda gələcəyini də söylədi. Nadella'nın əsas çıxışından bir həftə sonra, Microsoft 24 iyun 2021 tarixində saat 11:00-da xüsusi bir Windows tədbiri üçün dəvət göndərməyə başladı.

Elan

"Windows 11" 24 iyun 2021-ci il tarixində saat 18:00-da bir Microsoft tədbirində elan edildi.

Xüsusiyyətləri

İstifadəçi interfeysi və dizaynı

Windows 11, Microsoft-un Axıcı Dizayn Sistemi təlimatlarına uyğun olaraq yenilənmiş bir istifadəçi interfeysinə malikdir; sistemdə şəffaflıq, kölgələr və yuvarlaq künclər üstünlük təşkil edir.Yenidən hazırlanmış Start menyusu istifadə olunur ki, bu da sağ tərəfdəki plitələri aradan qaldırır. Tapşırıqlar panelində düzəlişlər olunub və standart olaraq mərkəzə yerləşdirilib.Windows 10-da təqdim olunan Tapşırıq görünüşü xüsusiyyəti, yenilənmiş bir dizaynı təqdim edir. Sistemdəki digər dəyişikliklər arasında yeni sistem ikonları, səslər və alətlər var.Bu yeniliklərin əksəriyyəti ləğv olunan Windows 10X versiyasına oxşayır.

Android Tətbiqlər

20 oktyabr 2021-ci ildən bəri Windows 11-də Android Tətbiqlər işə salınır. Bunun üçün "Windows Subsystem for Android" adlı tətbiq hazırlanıb. Tətbiqlər Amazon Appstore-dan yüklənilə bilər. Amazon Appstore Microsoft Store-dan yüklənilə bilər. Hələki bəzi tətbiqlər açılmasa da, bunun üstündə işlər görülür.

Alətlər

Windows 11 tapşırıqlar panelindəki alətlər düyməsini basaraq əldə edilə bilən bir alətlər panelinə icazə verir. Alətlər MSN-dən xəbər, idman, hava və maliyyə məlumatlarını göstərir. İnkişaf etdirici qurucu quruluşunda, alətlər sürüklənə və ya yenidən düzəldilə bilməz və alətlər panelinə daxil olmaq üçün Microsoft hesabı ilə giriş tələb olunur. Bu, Windows 10-un sonrakı versiyalarında çıxan tapşırıqlar panelindəki xəbərləri və maraqları əvəz edir.

Yüksəltmə qiyməti

Windows 10 istifadəçiləri pulsuz olaraq istifadə etdikləri versiyaya uyğun gələn Windows 11 versiyasına keçə bilərlər.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Windows 11 İnkişafWindows 11 ElanWindows 11 XüsusiyyətləriWindows 11 AlətlərWindows 11 Yüksəltmə qiymətiWindows 11 Həmçinin baxWindows 11 İstinadlarWindows 11 Xarici keçidlərWindows 11MicrosoftWindows 10Windows NT

🔥 Trending searches on Wiki Azərbaycanca:

Cabir NovruzXarıbülbülGünəşSadə cümlənin şəxsə görə növləriAzərbaycan Radiosuİkinci Dünya müharibəsiDünya okeanıKvadratSüni intellektBərabəryanlı trapesiyaHeyvanların qorunmasıİngiltərə burjua inqilabıQuba rayonuTrapesiyaElçin BabayevPsixologiyaBöyük Moğol imperiyasıNəbati ornamentlərAzərbaycan diliMüdafiə Nazirliyi (Azərbaycan)Modal sözlərBəxtiyar VahabzadəQədim Gəncə qalasıEpitetAmazon yağış meşələriVərəmAzərbaycan Dövlət Pedaqoji UniversitetiSəfəvilərNeft DaşlarıHekayəAppendisitSifət (qrammatika)AğacƏfşar imperiyasıKarles PuçdemonAzərbaycanda təhsilƏli QurbanovSəməd VurğunRöya Ayxanİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Nadir şahAnalogiyaSeks (dəqiqləşdirmə)Böyük Səlcuq imperiyasıAzərbaycan Silahlı QüvvələriXankəndiEldənizlərVaqiə surəsiAvrasiyaÜrək (insan)Azərbaycan manatıBronxitAnarBumeranqDüzbucaqlı üçbucaqƏsrin müqaviləsiDurğu işarələriAzərbaycan Hərbi Hava QüvvələriKibertəhlükəsizlikCavanşirlərMilli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıƏlinin qətliFatihə surəsiİlhüseyn HüseynovBirinci Qarabağ müharibəsiƏmr cümləsiYeni Müsavat (qəzet)Azərbaycan RespublikasıAzərbaycandakı şəhərlərin siyahısıTəbiətİşığın sınmasıQaraqoyunlularTəyinDənizBibiheybət məscidiƏbülfəz ElçibəyRahib ƏliyevDərman bitkiləri🡆 More