Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid.
Karbon qazı | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CO2 |
Molyar kütlə | 44,01 q/mol q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 44,01 q/sm q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -78 °S |
Qaynama nöqtəsi | -57 °S |
Buxarın təzyiqi | 5.724.862,5 Paskal |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 124-38-9 |
PubChem | 280 |
RTECS | FF6400000 |
ChEBI | 16526 |
BMT nömrəsi | 1013 |
ChemSpider | 274 |
Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır.
CaCO3 □(→┴t ) CaO + CO2
CH4 + 2O2 → CO2 + 2H2O
Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O
CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir:
Karbon qazını əhəng suyu ilə təyin edirlər:
Karbon qazı ammonyakla karbamid əmələ gətirir:
Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur:
Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur:
Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır..
Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
This article uses material from the Wikipedia Azərbaycanca article Karbon qazı, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.