Iron Maiden

Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu.

Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər.

Iron Maiden
Loqonun şəkli
Iron Maiden Kosta-Rikada çıxış edərkən (1 iyul 2008)
Iron Maiden Kosta-Rikada çıxış edərkən (1 iyul 2008)
Əsas məlumatlar
Üslub heavy metal
Fəaliyyət illəri 1975—h.h.
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Şəhər London
Leybl EMI
Universal Music Group
Sanctuary Records
Columbia Records
Portrait Records
Epic Records
Capitol Records
Harvest Records
Heyət Stiv Harris
Deyv Myurrey
Adrian Smit
Pol Bryus Dikinson
Niko Makbreyn
Yanik Gers
Keçmiş üzvlər Bax: Keçmiş üzvləri
www.ironmaiden.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur. Dikinson və 1989-cu ildə qrupdan ayrılan Adriyan Smit 1999-cu ildə yenidən heyətə geri qayıdır. 2006-cı ildə yenidən fəaliyyətini bərpa edən qrupun son studiya albomu "A Matter of Life and Death" Billboard 200 siyahısında 9-cu sıraya qədər yüksəlir. Iron Maiden musiqi kanalı MTV-in "bütün zamanların ən yaxşı heavy metal qrupları" siyahısında dördüncü sırada yer almışdır.

Heyət

İndiki heyət

  • Stiv Harris — bas-gitara, bek-vokal, klaviş alətləri (1975—h.h.)
  • Deyv Myurrey — gitara (1976—1977, 1977—h.h.)
  • Adrian Smit — gitara, bek-vokal (1980—1990, 1999—h.h.)
  • Bryus Dikinson — vokal (1981—1993, 1999—h.h.)
  • Niko Makbreyn — zərb alətləri (1982—h.h.)
  • Yanik Gers — gitara (1990—h.h.)

Sessiya musiqiçiləri

  • Maykl Kenney — klaviş alətləri, sentezator (1988—h.h.)

Keçmiş üzvləri

Diskoqrafiya

Studiya albomları

  • Iron Maiden (1980)
  • Killers (1981)
  • The Number of the Beast (1982)
  • Piece of Mind (1983)
  • Powerslave (1984)
  • Somewhere in Time (1986)
  • Seventh Son of a Seventh Son (1988)
  • No Prayer for the Dying (1990)
  • Fear of the Dark (1992)
  • The X Factor (1995)
  • Virtual XI (1998)
  • Brave New World (2000)
  • Dance of Death (2003)
  • A Matter of Life and Death (2006)
  • The Final Frontier (2010)
  • The Book Of Souls (2015)
  • Senjutsu (2021)

Tags:

Iron Maiden HeyətIron Maiden DiskoqrafiyaIron Maiden197520022005Heavy metalLondonLos-Ancelesİngilisİngiltərə

🔥 Trending searches on Wiki Azərbaycanca:

QanI OsmanŞam namazıBakıBitkiQubadlı rayonuDövlətAğdam Çay EviİsveçrəOral seksƏlinin qətliBraziliyaFaizQara QarayevAğabəyim ağaAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıSinonimDüzbucaqlı paralelepipedErmənistanRamiz MehdiyevAzərbaycan coğrafiyasıDünya Qida ProqramıAtmosfer yağıntılarıHüdudsuz sevgiSəməd VurğunCümləYazAzərbaycan Qızıl Aypara CəmiyyətiKartofPrizmaNüvə silahıXürrəmilər hərəkatıSünnilikİsgəndərnaməPlanetQarabağ FKAzərbaycan PrezidentiTəyəmmümAzərbaycan manatıVergülXitabAston Villa FKAlmaniyaYassin BenziaMusaXarıbülbülİslamda böyük günahlarSilindrŞəddadilərSeyid Əzim Şirvaniİsaak NyutonRənglər siyahısıÇoxmənalı sözlərƏqrəb (astrologiya)Elektrik müqavimətiİnsanHeydər məscidiHacı ŞahinFon Neyman arxitekturasıAğdam rayonuƏli Tağıyev (əsgər, 1997)Təbiətin qorunmasıİnsan penisinin uzunluğuAygün KazımovaAzərbaycanlılarSəməd bəy MehmandarovXXXTentacionPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Avşar (Ağcabədi)Durğu işarələriPolşaTabeli mürəkkəb cümləGözCəlilabad rayonuTəvəssül duasıBakıda yerləşən abidələrin siyahısıAzərbaycanın ali təhsil müəssisələrinin siyahısı🡆 More