Musa

Musa (ivr.

Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir.

Musa
ivr.מֹשֶׁה‏‎
Musa
Doğum tarixi ən tezi e.ə. 1689ən geci e.ə. 1391
Vəfat tarixi ən tezi e.ə. 1473ən geci e.ə. 1271
Xatirə günü 4 sentyabr
Vikimənbənin loqosu Musa Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.

Çıxış kitabına görə Musa öz qövmünün yəni əsarət altına alınmış azlıq israil xalqının sayının artdığı bir vaxtda dünyaya gəldi və buna görə də Firon israillilərin Misirin düşmənləri ilə əməkdaşlıq edəcəyindən narahat idi. Firon israillilərin sayını azaltmaq üçün bütün yeni doğulmuş ibrani oğlan uşaqlarını öldürməyi əmr edəndə Musanın anası Yohebed onu gizlədir. Fironun qızı Bitiya körpə Musanı Nil çayının yaxınlığında tapıb onu böyütmək istəyəndə Musa fironun ailəsi ilə birlikdə böyüyür.

Musa bir misirlinin ibranini döydüyünü görür. Ətrafda heç kimin olmadığını anlayanda misirlini öldürüb qumda gizlədir. Ertəsi gün gedəndə iki ibraninin döyüşdüyünü görür. Haqsızlara "Qardaşını niyə döyürsən?" o soruşur. Kişi dedi: "Səni kim bizə hökmdar və hakim təyin etdi? – Misirlini öldürdüyün kimi məni də öldürmək istəyirsən?

Musa qorxdu: "Bu gizli iş açıldı" deyə fikirləşdi və Midyan bölgəsinə qaçdı.

Orada, Horeb dağında yanan koldan çıxan Rəbbin mələyi ilə qarşılaşır və onunla söhbət edir. Yehova Musanı Misirə elçi kimi geri göndərir. Dili daha düzgün olan böyük qardaşı Haruna Musanı müşayiət etməyi əmr edir.

On bəladan sonra israillilər Misiri tərk edərək Musanın On Əmri aldığı Sinay dağına yerləşirlər. Bu yaşayış yerlərindən biri bu gün də mübahisəli mövzudur: Yam Suf; Qamış suyu və ya əfsanəvi adı ilə Qırmızı dəniz.

Tövratın ikinci kitabı olan Çıxışa görə, Musa israillilərlə birlikdə Misirdən qaçarkən əsa ilə dənizə çırpılmış, dəniz ikiyə bölünmüş, İsrail oğulları keçdikdən sonra qrupun ardınca gələn Firon və əsgərləri, dənizin altında boğulmuşlardı. İbranicə Tövratda Yam Suf ("Qamış suyu") kimi xatırlanır və ingilis dilində "Reed Sea" oxunur. Bu deyimin zaman keçdikcə pisləşərək "Qırmızı dəniz" kimi istifadə olunmağa başladığı qəbul edilən fikirlərdəndir.

Musa təxminən 40 il bu ölkədə yaşadıqdan sonra Vəd edilmiş torpaqda, Nebo dağında öldü.

Məşhur inancın əksinə olaraq, dünyəvi mənbələr Musa ilə Tövrat arasında tarixi bir əlaqə görmürlər. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Musa haqqında ilk yazılı mənbələrin Babil sürgünü zamanı yazılmış mənbələr olduğuna inanılır.

Dinə əsasən, Allah tərəfindən ona Tövrat göndərilmişdir. Fironu Allah yoluna çağırmış, lakin firon ona inanmayıb coşqun sularda boğulmuşdur. Musa peyğəmbər Şüeyb peyğəmbərin kürəkəni Harun peyğəmbərin kiçik qardaşıdır. Quranda adı 136 dəfə keçmişdir. 5 Ulul-əzm peyğəmbərdən biridir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran

Tags:

AllahXristianlıqİvrit dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

ŞəkilçiDünya əhalisiOrqazmAzərbaycan İkinci Dünya müharibəsindəQədim MisirXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Teymurilər dövlətiVulkanSiyavuş NovruzovTürkiyəNatiq Qasımov (əsgər)Əli ƏsədovXarıbülbül (simvol)Sözün həqiqi mənasıDinElçin Bağırov (kiçik çavuş)Cənubi Afrika RespublikasıGölMingəçevirBMWAzərbaycan Respublikası Mərkəzi BankıBöyük QafqazÇilov adasıHeydər Əliyev adına Hərbi İnstitutLitrDairəAzərbaycan Beynəlxalq BankıRənglər siyahısıMart soyqırımıCavanşirFransaModal sözlərCoğrafiyaGüc (fizika)Göl qurbağasıŞuşanın işğalı26 aprelEkologiyaHemoqlobinGöygölAzərbaycan Silahlı QüvvələriSahibkarlıqƏmr cümləsiƏliqismət LalayevMir Mövsüm AğaSayRusiya imperiyasıŞimali Amerika ölkələrinin siyahısıAzərbaycan memarlığıSelHadi RəcəbliPulHacı Zeynalabdin TağıyevDurğu işarələriXristianlıqLeksikaCümə məscidi (Ağdam)Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıMehdi HüseynzadəNidaKoroğlu dastanıAğciyər iltihabıQərbi Azərbaycan mahallarıAprelBəxtiyar VahabzadəOsmanlı sultanlarının siyahısıTörəməAzərbaycanın təbii sərvətləriGələrsən-Görərsən qalasıQarabağ xalçalarıMasturbasiyaDövlət büdcəsiAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıVasif TalıbovNaxçıvan Muxtar RespublikasıRövşən Lənkəranskiİzzət Bağırovİnsan penisi🡆 More