Gündəcələr

Gündəcələr (lat.

Gündəcələr
Gündəcələr
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
Klad:
Pancrustacea
Yarımtip:
Ranqsız:
Dicondylia
Yarımsinif:
Şöbəüstü:
Ephemeropteroidea
Dəstə:
Gündəcələr
Beynəlxalq elmi adı

Xarici quruluşu

Gündəcələr qanadlı cücülərin qədim və ən ibtidai nümayəndəsidir. Qanadları zərifdir, arxa qanadları yoxdur. Torlu və şəffaf qanadlarının sayı 2 cütdür. Bunların üzərində çoxsaylı uzununa və eninə zərif damarlar var. Bu əlamətinə görə onu başqa cücülərdən fərqləndirmək asandır. Bığcıqları çox nazik, qısa və qılşəkilli olub, iki qısa və yoğun əsas buğumdan və nazik qıllardan ibarətdir. Yaşlılarda ağız orqanları reduksiya olunmuşdur, onlar qidalanmırlar. Gözləri iri, mürəkkəbdir, üç sadə gözcüyü var. Ayaqları uzun və nazik, pəncələri 4-5 buğumludur. Erkəklərdə qarıncığın qurtaracağında quyruq saplarından başqa, cinsiyyət dəliyi də yerləşmişdir. Yaşlı gündəcələr bədəninin əsas rəngi – sarı-qonurdur, onların ölçüsü 2-40 mm. arasındadır. Gündəcələr, adından məlum olduğu kimi, yetkin mərhələdə çox qısaömürlü olurlar. Bəziləri bir gün və hətta bir neçə saat yaşayır. Ağız orqanları yaxşı inkişaf etməmişdir, ona görə də yetkin mərhələdə qidalanmırlar. Ömürlərinin qısa olması da onların qidalanmaları ilə əlaqədardır. Gündəcələrin bədəni uzunsovdur. Başda çox qısa bığcıq, bir cüt iri göz və 3 gözcük vardır.

Həyat tərzi

Qidalanmaqla əlaqədar olaraq, bağırsaq hava kisəsinə çevrilmişdir ki, bu da uçuşa xidmət edir. Pəncələri 4-5 buğumludur. Qanadları bir cüt olub, zərif, şəffaf və tor şəkillidir. Ön qanadlar iridir və uçuşda əsas rol oynayır. Dal qanadlar kiçikdir və hətta bəzi gündəcələrdə onlar inkişaf etmişdir. Qarın hissənin qurtaracağında bir cüt çoxbuğumlu uzun serqi və əksər halda da ona oxşar tək quyruq çıxıntısı vardır.

Biologiyası

Gündəcələrin sürfəsinin inkişafı suda gedir. Süfə suda 1-3 il müddətində yaşayır və 20-25 dəfə qabıq dəyişir. Sürfələrində, adətən, üç, az halda isə iki quyruq çıxıntısı olur. gündəcələrin sürfəsi yaxşı inkişaf etmişgəmirici ağız orqanlarına malikdir. Əsasən bitki qalıqları və kiçik yosunlarla qidalanırlar. Sürfə tam inkişaf etdikdən sonra yetkin mərhələyə çevrilir. Müasir qanadlı həşərat içərisində gündəcələr quruluşlarına və inkişaf mərhələsinə görə aşağı pillədə durur. Bir çox əlamətlərinə görə qılquyruqlulara yaxındırlar.

Yayılması

Gündəcələr paleozoy erasının karbon dövründən məlumdur. Sakit və Atlantik okeanlarının bəzi adalarından başqa, Yer kürəsinin demək olar ki, hər yerində yayılmışlar. Sürfələri balıqların qidasını təşkil edir. 1600- ə qədər növü məlumdur. Dünya faunasında 2000, Qafqazda 41, Keçmiş SSRİ-də 200-ə qədər növü təsvir edilmişdir. Azərbaycanda 40 növü qeydə alınmışdır. Azərbaycan faunasında 33 növ sürfə, 7 növ isə yaşlı formada təsvir edilmişdir.

Təsnifatı

Yarımdəstə Pannota
  • Fəsiləüstü Ephemerelloidea
    • Ephemerellidae
    • Leptohyphidae
    • Tricorythidae
  • Fəsiləüstü Caenoidea
    • Neoephemeridae
    • Baetiscidae
    • Caenidae
    • Prosopistomatidae

Yarımdəstə Schistonota

  • Fəsiləüstü Baetoidea
    • Siphlonuridae
    • Baetidae
    • Oniscigastridae
    • Ameletopsidae
    • Ametropodidae
  • Fəsiləüstü Heptagenioidea
    • Coloburiscidae
    • Oligoneuriidae
    • Isonychiidae
    • Heptageniidae
  • Fəsiləüstü Leptophlebioidea
    • Leptophlebiidae
  • Fəsiləüstü Ephemeroidea
    • Behningiidae
    • Potamanthidae
    • Euthyplociidae
    • Polymitarcydae
    • Ephemeridae
    • Palingeniidae

İstinadlar

Həmçinin bax

Tags:

Gündəcələr Xarici quruluşuGündəcələr Həyat tərziGündəcələr BiologiyasıGündəcələr YayılmasıGündəcələr TəsnifatıGündəcələr İstinadlarGündəcələr Həmçinin baxGündəcələrAnimaliaArthropodaInsectaLatın diliPalaeoptera

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bakı kəndlərinin siyahısıYusif MustafayevSahibkarGöyçə mahalıAzıx mağarasıRöya AyxanXitabAzərbaycan əhalisiHeydər ƏliyevLütfi Zadəİbn SinaYanvarNaxçıvanGənclik parkıİsaak NyutonMübtədaBirləşmiş Ərəb ƏmirlikləriNazirlər Kabineti (Naxçıvan)SilindrAzərbaycanın palçıq vulkanlarıCəbrİnternetSürünənlərGünəş sistemiEroziyaUlduzİrəvanFüzuli rayonuRoma imperiyasıKamran İmanovAzərbaycan Quru QoşunlarıVergiİngiltərəAzərbaycan Memarlıq və İnşaat UniversitetiDərman bitkiləriSifət (qrammatika)VitaminlərKəlmeyi-şəhadətAy təqvimiGənc türklərMonarxiyaTürkiyəTransformatorKütlə vahidləriMolla Pənah VaqifVüsal Kazımov (baş leytenant)İsveçMilli Dirçəliş GünüYol nişanlarıQondarma Dağlıq Qarabağ RespublikasıAzərbaycandakı şəhərlərin siyahısıQüvvə (fiziki kəmiyyət)İyulCəlil MəmmədquluzadəQərbi Azərbaycan İcmasıƏhməd CavadSual cümləsiCəlilabad rayonuMəhəmmədhüseyn ŞəhriyarAzərbaycan himni0Cəmşid Naxçıvanski adına hərbi liseyAzərbaycan əlifbasıCavanşir Məmmədov (general)Azərbaycan Dövlət İqtisad UniversitetiBöyük Səlcuq imperiyasıNəriman AxundzadəAğcabədi rayonuQan dövranıFonetikaAzərbaycanın Qırmızı KitabıŞəkərli diabetMədət QuliyevXankəndiKombinezonAzərbaycan (tarixi ərazi)🡆 More