Cozef Con Tomson

Cozef Con Tomson (ing.

O, elektronun hissəcik kimi davranışını nümayiş etdirən təcrübələrinə görə 1906-cı ildə fizika üzrə Nobel mükafatı almışdır.

Cozef Con Tomson
ing. Joseph John Thomson
Cozef Con Tomson
Doğum adı Joseph John Thomson.
Doğum tarixi 18 dekabr 1856(1856-12-18)[…]
Vəfat tarixi 30 avqust 1940(1940-08-30)[…] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşaqları
Elm sahələri fizika, elektron
İş yeri
Təhsili
Elmi rəhbəri Con Uilyam Strett
Tanınmış yetirmələri Robert Oppenheymer, Çarlz Qlover Barkla, Çarlz Tomson Ris Vilson, Frensis Aston, Uilyam Henri Breqq, Maks Born
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı Cozef Con Tomson
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

C. C. Tomson 18 dekabr, 1856-cı ildə İngiltərədə (Mançester ətrafında) doğulmuşdur.

Tomson uşaqlıqda təhsilə həvəsli idi. 14 yaşında o, Ouen Kollecinə (indiki Mançester Universiteti) daxil oldu. Valideynlərinin məsləhəti ilə Tomson bu kolleci bitirdikdən sonra mühəndis firmasında çalışmağı planlaşdırırdı. Lakin 16 yaşında ikən atasını itirməsi mühəndis firmasında işə düzəlmək üçün lazım olan ödənişin yığılmasına mane oldu. 1876-cı ildə Tomson müsabıqədə qalib gələrək sonrakı təhsil üçün təqaüd aldı və Kembric Universitetinə (Triniti Kollec) daxil oldu və ömrünün sonuna qədər bu universitetin üzvü oldu.

1880-ci ildə o, Kavendiş Laboratoriyasında çalışmağa başladı. 1884-cü ildə laboratoriyanın direktoru vəzifəsi vakant olanda Tomson (28 yaşında) həmin vəzifəyə təyin olundu. Bu təyinat çoxlarını təəccübləndirsə də Kavendiş Laboratoriyası üçün uğurlu oldu. Tomsonun rəhbərliyi müddətində orada elektrik cərəyanınaatomun təbiətinə aid əhəmiyyətli təcrübələr aparıldı. Bu fəaliyyətin nəticəsində karyerasını həmin laboratoriyada başlamış yeddi fizik apardıqları tədqiqatlara görə Nobel mükafatına layiq görüldülər, 27 nəfər isə Kral Cəmiyyətinə üzv seçildilər. Tomson özünün ruhlandırıcı və məhsuldar rəhbərlik üslubu ilə laboratoriya üzvlərinin dərin rəğbətini qazanmışdı.

1890-cı ildə Tomson Kavendiş Laboratoriyasında çalışan fizik qadınla – Rose Paget ilə ailə qurdu. Onların bir oğlu və bir qızı dünyaya gəldi. Onların oğlu (George Paget Thomson) sonradan tanınmış fizik oldu və tədqiqatlarına görə 1937-ci ildə Nobel mükafatı aldı.

Peşəkar fəaliyyəti

Tomson Kavendiş Laboratoriyasında direktor kimi işə başlayandan sonra burada əsas tədqiqatlar elektrik cərəyanının təbiətinin öyrənilməsi istiqamətində aparılırdı. Tomsonun əsas maraq obyekti isə katod şüaları idi. 1890-cı illərin əvvəllərində bir neçə ölkədə fiziklər katod şüalarının təbiətini öyrənməklə məşğul idilər. Katod şüalarının neqativ yüklü hissəciklər olduğu artıq məlum idi. Lakin bu hissəciklərin nə olduğu hələ dəqiqləşməmişdi.

Cozef Con Tomson 
Katod şüası (mavi xətt) elektrik sahəsinin təsiri ilə əyilir (sarı).

Tomson catod borusu ilə bir neçə təcrübə apardıqdan sonra belə nəticəyə gəldi ki (1897), katod şüaları ölçüləri atomdan çox kiçik olan hissəciklərdən ibarətdir və o, bu hissəcikləri "korpuskul" adlandırdı. Onun təklif etdiyi bu ad sonradan başqa fiziklər tərəfindən "elektron" termini ilə əvəz edildi.

Elektronların kəşfi fizikada böyük irəliləyiş idi, çünki o göstərdi ki, atom ən kiçik hissəcik deyil. Fiziklər yeni kəşfə əsaslanaraq atomun quruluşu haqda fikir yürütməyə başladılar və atomun müxtəlif modellərini təklif etdilər. Bu modellərdən biri atomu içində mənfi yüklü elektronlar yerləşmiş müsbət yüklü sfera kimi təsvir edirdi. Formasına görə bu model fiziklər arasında "gavalı pudinqi" (plum pudding) adını aldı. Bu model Ernest Rutherfordun (Rezerford) protonu kəşf etməsi ilə birdəfəlik rədd edildi. Tomson kalsiumun radioaktiv izotopunu, hidrogenin bir elektronu olduğunu kəşf etmişdir.

Tomson 1906-cı ildə qazların elektrik keçiriciliyinə aid nəzəri və eksperimental tədqiqatlarına görə Nobel mükafatı aldı. O 1908-ci ildə Cəngavər Tituluna layiq görüldü. 1918-ci ildə Tomson Triniti Kollecinin Masteri vəzifəsinə təyin edildi. və ömrünün sonuna qədər bu vəzifədə çalışdı.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Cozef Con Tomson HəyatıCozef Con Tomson Peşəkar fəaliyyətiCozef Con Tomson Həmçinin baxCozef Con Tomson İstinadlarCozef Con Tomson Xarici keçidlərCozef Con Tomson18 dekabr1856194030 avqustElektronKembricd:Q47285İngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

XitabCümə məscidi (Ağdam)Ağciyər xərçəngiAzərbaycan dövlət başçılarının siyahısıSadə cümlənin şəxsə görə növləriHemoqlobinHeydərbaba dağıZaur RzayevQədim MisirSadır JaparovLionel MessiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Söz birləşməsiTalıb TaleSaatlı rayonuI AbbasKəlmeyi-şəhadətNüvə silahıŞuşanın azad edilməsiQuran surələrinin siyahısıZəncirotuZeynəb XanlarovaSəbuhi Məmmədovİbtidai insan sürüsüDövlətŞirvanşahlar sarayıGöygöl rayonuAzərbaycan toy adətləriYol nişanlarıGöygöl (göl)Nəriman AxundzadəXürrəmilər hərəkatıBirləşmiş Ərəb ƏmirlikləriBirinci Dünya müharibəsiKompüter oyunuNida cümləsiSuda-quruda yaşayanlarAzərbaycan faunasıMustafa Kamal AtatürkZəngəzurGünəş sistemiZaman səyahətiEyyub YaqubovHepatit BBərdəEpitetAppendisitFüzuli rayonuAğıllı şəhərLütfi ZadəMəhəmmədAvstraliyaMirvariTürkmənistanAy təqvimiİqtisadiyyatAlen DelonGöl qurbağasıTaktikaZülallarŞimali Amerika ölkələrinin siyahısıYaşar Əliyev (siyasətçi, 1948)Əhalisinə görə ölkələrin siyahısıDərman bitkiləriFutbolSumqayıtDövlət Sərhəd Xidməti (Azərbaycan)ƏlifbaSuçiçəyiSərt diskAsiya ölkələrinin siyahısıKenquruDolça (astrologiya)Ağıllı evlərTelefonAzıx mağarasıDövlət bayraqlarının siyahısıDüzbucaqlı üçbucaqBaş Prokurorluq (Azərbaycan)🡆 More