Ceronimo

Ceronimo (ing.

1886-cı ildə ABŞ ordusuna təslim olmuşdur. "Ceronimo" adını ona Meksika hərbçiləri ilə döyüşdə vermişdilər.

Ceronimo
Goyaałé
Ceronimo
Doğum tarixi 16 iyun 1829(1829-06-16)
Doğum yeri
Vəfat tarixi 17 fevral 1909(1909-02-17) (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti hərbi lider[d]
Fəaliyyət illəri 1858-ci ildən
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1858-ci ildə Meksika əsgərləri onun anası, arvadı və üç uşağını öldürdükdən sonra, Ceronimo intiqam almaq üçün meksikalılara qarşı hücumlara qoşuldu. Döyüş başçısı olduğu dövrdə Meksika vilayətlərinə, daha sonra, Arizona, Yeni Meksika və Texasa, yəni amerikanların yerləşdiyi bölgələrə hücum çağırışları etməsi ilə məşhur idi.

1886-cı ildə uzun axtarışlardan sonra Ceronimo ABŞ hökumətinə təslim oldu. Qoca vaxtında müharibə məhbusu olduğu üçün Ceronimo məşhurlaşdı, lakin heç vaxt doğulduğu torpağa getməsinə icazə verilmədi. Daha sonra o, təslim olduğu üçün peşman oldu və onun şərtlərinə məhəl qoyulmadığını iddia etdi. Ceronimo 1909-cu ildə Oklahomada sətəlcəmdən vəfat etdi.

Bioqrafiya

Qoyatlay (Ceronimo) Meksikanın tərkibinə daxil olan indiki Arizona ərazisində, Hila çayı yaxınlığında, bedonko qəbiləsində dünyaya gəlmişdir.

Onun təxəllüsünün mənşəyi bəlli deyil. Bəziləri hesab edirlər ki, ad, Ceronimonun düşmənləri olan meksikalı döyüşçülərin döyüş zamanı köməyə çağırdıqları Müqəddəs Yeronimdan(qərbdə Cerom kimi deyilir) götürülüb. Başqa versiyaya görə, ticarətçi meksikalılar Qoyatlay adını belə tələffüz edirdilər.

Valideynləri onu apaçi adət-ənəsi ilə böyütmüşdülər. O, çirikaua qəbiləsindən olan qızla evlənmişdi, üç uşağı var idi.

1851-ci ilin 5 martında qəbilənin kişilərinin ticarət üçün şəhərə getdikləri vaxt, Sonora ştatından olan 400 meksikalı əsgərlərdən bir heyət Xose Mariya Karraskonun başçılığı ilə Ceronimonun Hanos yaxınlığındakı düşərgəsinə hücum etdi. Qəbilənin başçısı Manqas Koloradas Qoyaltayı Koçisə kömək üçün göndərdi. Bundan sonra o, döyüş başçısı oldu.

Ceronimo 
1886-cı ildə Ceronimo (sağda) şimali Meksikada davamçılarından ibarət kiçik dəstə ilə

Meksikalı və amerikalı əsgərlərlə döyüşdə döyüşçü sayı həmişə az olan Ceronimo 1858-1886-cı illərdə göstədiyi cəsarət və amansızlığı ilə tanınır. Hərbi karyerasının sonunda Ceronimo 38 kişi, qadın və uşaqdan ibarət kiçik dəstəyə başçılıq edirdi. İl boyu 5000 amerikan əsgəri və bir neçə meksika dəstəsi onlarla mübarizə aparırdı. Ceronimonun adamları Amerikanın qərbində Birləşmiş Ştatların nəzarətini tanımaqdan imtina edən sonuncu azad hindi döyüşçülər idi. Mübarizə 4 sentyabr 1886-cı ildə başa çatdı. Ceronimo amerikan general Nolson Maylza təslim olmağa məcbur oldu. 1894-cü ildə Ceronimonu Oklahomaya Fort-Sillə gətirdilər.

Ceronimo 1905-ci ildə Oklahoma ərazisinin Louton təhsil şöbəsinin müdiri S. M. Barettə öz hekayəsini danışmağa razılıq verdi. Berett kitabı çap etmək üçün prezidentə müraciət etmişdi. Ceronimo heç bir suala cavab vermədən istədiyini danışır, istəmədiyini danışmırdı. Berett hekayədə heç bir böyük dəyişiklik etmədiyini iddia edirdi. Frederik Törner bu avtobioqrafiyanı Berettin qeydlərini silərək və apaçi olmayanlar üçün başlıq yazaraq yenidən nəşr etdirmişdir.

Ceronimo məşhurlaşmışdı. O, 1904-cü ildə Missuri ştatında keçirilən Dünya sərgisində görünməyə başladı. Lakin ona vətəninə qayıtmaq qadağan olunmuşdu. 1905-ci ildə Ceronimo Teodor Ruzveltin andiçmə mərasimi ilə bağlı keçirilən paradda iştirak etdi. 1909-cu ildə Fort-Silldə sətəlcəmdən vəfat etdi və hindi-apaçilərin dəfn olunduğu yerli qəbristanlıqda dəfn olundu.

Ekranlaşdırma

1962-ci ildə ABŞ-də Metro-Goldwin-Mayer kinokampaniyası tərəfindən "Ceronimo" filmi ekranlara çıxdı. 1993-cü ildə isə Columbia Pictures kinokampaniyası tərəfindən "Ceronimo:Amerika əfsanəsi" adlı film satışa çıxarılmışdır.

Maraqlı faktlar

"Ceronimo" harayı ABŞ Hava-Desant Ordusunda desant-paraşütçülər tərəfindən təyyarədən tullanan zaman deyilirdi. 1940-cı ildə 501-ci eksperimental hava-desant polkunun Eberxart piyada əsgəri öz yoldaşlarına hindunun adını döyüş harayı kimi deməyi təklif edir. Bir müddət sonra bütün polk təyyarədən desant edərkən "Ceronimo" qışqırırdı. İndi isə bu haray ABŞ Hava-Desant ordusunda ənənəvi xarakter alıb. Bu haray hünəri və qələbəyə inamı bildirir. (rusların "Ura!", yaponların "Bonzay" harayları ilə yaxınlıq təşkil edir)

Britaniya fantastik serialı olan "Doktor Kim" serialında On Birinci həkim "Ceronimo" harayından istifadə etmişdir. Həmçinin Agent Con İnqliş eyniadlı filmdə vertolyotdan paraşütlə tullanarkən bu harayı demişdir.

İstinadlar

Xarici keçidlər

Tags:

Ceronimo BioqrafiyaCeronimo EkranlaşdırmaCeronimo Maraqlı faktlarCeronimo İstinadlarCeronimo Xarici keçidlərCeronimo16 iyun17 fevral18291909ApaçilərOklahomad:Q1018681d:Q838143İngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

EzopZaur RzayevAzərbaycanlı-erməni qırğınları (1905-1906)Müdafiə Nazirliyi (Azərbaycan)QafqazQazaxıstanBöyük Səlcuq imperiyasıTürkmənistanGöbələk xəstəliyiFələstin DövlətiNeft DaşlarıTarixBabəkAzərbaycan gölləriHicri təqvimƏfqanıstanFatiməTürk Dövlətləri Təşkilatıİnsan penisinin uzunluğuKanadaCümlənin ikinci dərəcəli üzvləriQaraciyərƏdliyyə Nazirliyi (Azərbaycan)Nəqli cümləParaleloqramNəriman Nərimanovİzzət BağırovAzərbaycan xalq musiqisiAbdulla ŞaiqÜslubiyyat (Azərbaycan dili)QızılgülAzərbaycan manatıSenzorAmerika Birləşmiş ŞtatlarıQrafik redaktorlarDaş dövrüAlbert AqarunovDağKvadrat metrMübtədaAlternativ enerjiAzərbaycan PrezidentiMir CəlalOxatan (astrologiya)I TəhmasibNazirlər Kabineti (Azərbaycan)Gənclik parkıNeftçi PFK1 manatlıq əsginasAzərbaycan Respublikası Mərkəzi BankıZəngəzurAzərbaycan Sovet Sosialist RespublikasıSeks yelləncəyiAzərbaycan tarixiAzərbaycan musiqisiFüzuli rayonuCəlil MəmmədquluzadəƏli XameneiNaxçıvanMaterikAzərbaycan Silahlı QüvvələriVergülŞimali AmerikaMədət QuliyevÇinSentyabrMüstəqilliyin Bərpası Günü (Azərbaycan)CəbrKoroğlu dastanıNoyabrCənubi Afrika RespublikasıKimyəvi reaksiyaSahə (ölçü parametri)AlmaniyaQəbələYüngül atletikaGöl qurbağası🡆 More