Britannika Ensiklopediyası

Britannika ensiklopediyası (ing.

Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır.

Britannika Ensiklopediyası
ing. Encyclopædia Britannica
Britannika Ensiklopediyası
Müəllif Endrü Bell[d]
Janr ensiklopediya
Orijinalın dili Britaniya ingiliscəsi
Ölkələr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Britannika Ensiklopediyası
1913. Britannika ensiklopediyasının reklam plakatı.

Tarixi

İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə bağışlanır.

1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır. 1985-ci ildə ensiklopediya Mortimer Adler tərəfindən yenidən işlənərək iki hissəyə ayrılır: "Mikropediya" və "Makropediya". Buradakı məqalələr məlumatların dərinliyinə görə fərqlənirlər. 1994-cü ildə Britannika ensiklopediyasının CD-ROM-da elektron variantı buraxılır.

1996-cı ildə Britannika ensiklopediyasının hüquqları İsveçrə milliarderi Jak Safranın (Jacqui Safra) ixtiyarına keçir. Britannikanın əmtəə nişanının hüquqları Encyclopaedia Britannica Inc kompaniyasına aiddir.

Ensiklopediyanın 15-ci nəşrinə 120 min məqalə, 44 mln söz daxildir. Çap halında 32 cild, 32 min səhifə, 65 mindən çox məqalə, 24 min fotoşəkil, xəritə və təsvir vardır. Qiyməti 1400 dollardır.

CD-ROM-da Britannika ensiklopediyası 100 min məqalə malikdir və qiyməti 50 dollar ətrafında dəyişir. Lakin 1998-ci ildə ensiklopediyanın kompakt disklərdə buraxılan elektron variantının qiyməti 2000 dollar idi.

Britannika internetdə

32 cildlik Britannika ensiklopediyasının kağız variantı ilə yanaşı onlayn variantı da mövcuddur. Dünyanın ən böyük ensiklopediyalarından biri sayılan Britannika ensiklopediyasın İnternetdəki variantına 122264 məqalə daxildir. Ensiklopediyaya daxil olmaq üçün istifadəçilər illik 60 dollara qeydiyyata alına bilərlər. Bunlardan əlavə ensiklopediyaya 403 seçilmiş qəzet və jurnallardan 300000 material daxil edilmişdir. Mətn şəklində verilmiş hər bir informasiyanı on minlərlə şəkil və video tamamlayır. Britannika ensiklopediyası universal informasiya mənbəyi kimi dünyanın bir sıra universitet və elmi təşkilatlarında istifadə edilir. Oksford və Harvard universitetləri də daxil olmaqla bu ensiklopediyadan istifadə edən təhsil ocaqlarının ümumi sayı artıq 4755 olmuşdur.

Fəaliyyət göstərdiyi 239 il ərzində Britannika ensiklopediyası dünyada ən çox müraciət olunan ingilis dilli ensiklopediya statusunu almışdır. 2012-ci ildə Britannika Ensiklopediyası 244 il çap tarixindən sonra kağız nəşrlərini dayandırdı və ancaq multimedia formatına keçdi. Beləliklə, Britannikanın 2010-cu il çap nəşri sonuncu oldu.

İstinadlar

Xarici keçidlər

Tags:

Britannika Ensiklopediyası TarixiBritannika Ensiklopediyası Britannika internetdəBritannika Ensiklopediyası İstinadlarBritannika Ensiklopediyası Xarici keçidlərBritannika EnsiklopediyasıEdinburqEnsiklopediyaİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Niyaməddin MusayevQədim MisirAzərbaycanlılarİtaliyaRəngli monitorƏdədi silsiləBağlayıcıVeysəl Musibovİslamda oral seksAzərbaycan Daxili QoşunlarıTrapesiyaŞahin BağırovVulkan püskürməsiƏdatƏfşar imperiyasıİnsanŞirvanşahlar dövlətiSakit okeanİnvestisiyaƏli MirəliyevMarafon döyüşüAzərbaycanda prezident seçkiləri (2024)İnformasiyanın kodlaşdırılmasıBeynəlxalq təşkilatCəmiyyətEkologiyaİkinci Qarabağ müharibəsiİngiltərəİlk tibbi yardımTürkiyəƏrəb xilafətiAytən SəfərovaAzərbaycan gölləriİbn SinaİnfeksiyaTovuz rayonuLerik rayonuDron hücumuHepatit BHəsən bəy ZərdabiQafqaz AlbaniyasıQara QarayevElektrik cərəyanıSürücülük vəsiqəsiNəsirəddin TusiAzərbaycan İkinci Dünya müharibəsindəVideosexAğacÇahargahTimsahlarVeysəloğluİstehsal xərcləriFüzuli kantatasıOrqazmRamiz ZeynalovQaraqanBakıda yerləşən abidələrin siyahısıKöməkçi nitq hissələriQafqazFransaŞimali KoreyaTəbii zonalarDostluqKompüter oyunuQuşlarHəmidə ÖmərovaWhatsAppVergiGərginlik (elektrik)YəhudilərƏtraf mühitİçərişəhərRöya AyxanDil🡆 More