Adi gənəgərçək (lat.
Adi gənəgərçək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Acalyphoideae Triba: Acalypheae Yarımtriba: Ricininae Cins: Növ: Adi gənəgərçək | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir.
Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Bitkinin vətəni Afrika olaraq təyin edilir. Çünki hər iki yarımkürənin tropik və subtropik zonalarinda təbii şəkildə yaranmışdır. Əsas mədəniyyət mərkəzləri Hindistan, İran, Braziliya, Argentina, Afrika və Çin hesab olunur.
Risin mədə-bağırsağın sinir uclarını kəskin qıcıqlandır. Nəticədə reflektor təsiri ilə orqanizmin mühüm funksiyalarını pozur.
Heyvanlar adi gənəgərçək bitkisini yedikdə 18-24 saatdan sonra onlarda zəhərlənmənin əlamətləri başlayır. Xəstələrdə şiddətli qastro-enterit, sancı, qanlı ishal, sonralar heyvanın getdikcə zəifləməsi, gicəllənməsi baş verir. Eyni zamanda ürək fəaliyyəti də zəifləyir. Risin eritrositləri aqlutinləşdirir. Nəticədə trombun əmələ gəlməsinə, qan sağıntısı və erroziyaya səbəb olur. Bədən hərarəti əvvəlcə 40-41 dərəcəyə qalxır, sonra normadan aşağı düşür. Eyni zamanda ümumi qıc halları da nəzərə çarpır.
Adi gənəgərçək bitkisindən xalq təbabətində geniş isifadə olunur. Bu bitkidən alınan yağ müxtəlif dəri xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri — kəpək, qaşınma, dərinin quruluğu, qıcıqlanma və qırmızılıq kimi problemlərin həllində köməkçi olur.
Adi gənəgərçək yağı saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir.
This article uses material from the Wikipedia Azərbaycanca article Adi gənəgərçək, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.