Adi Albalı

Adi albalı və ya gilənar (lat.

Adi albalı
Adi Albalı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Triba:
Amygdaleae
Cins:
Növ:
Adi albalı
Beynəlxalq elmi adı

Təbii yayılması

Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir.

Ekologiyası

Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.

İstifadəsi

Yarpaq və meyvədə taninlər, üzvi turşular, saxaroza, boyayıcı maddələr, efir yağı, qlikozidlər, limon turşusu var. Meyvələri yeyilir, həmçinin soyuqdəyməyədə, iştahanı artıran vasitə kimi istifadə olunur.

Tibdə

Albalı meyvəsinin tərkibində 14 %-ə qədər şəkər, 2,5 %-ə qədər üzvi turşular (alma, limon və s.), aşı maddəli, pektin, zülal və mineral maddələr vardır. Albalının sortundan asılı olaraq o, iyun ayından başlayaraq avqustun axırına qədər yetişmə dövrü keçirir. Bu dövrdə meyvələrini toplayıb, həm təzə dərilmiş halda, həm də kampot, mürəbbə, şirə hazırlayıb istifadə edilir. Albalı və ondan hazırlanan mürəbbə böyrək və sidik yolları xəstəliklərində, xüsusən sidik yollarında daş bağlayan zaman çox faydalıdır. Həmçinin o, xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzmetmə prosesini yaxşılaşdırır, orqanizmdə gedən maddələr mübadiləsini tənzim edir və iştahanı artırır.

İstilərlə birlikdə bədəndə olan tərləmə ilə yüksək nisbətdə maye və mineral itkisi meydana gəldiyini ifadə edən mütəxəssislər, bu itkini balanslaşdırmaq üçün bol miqdarda maye istehlak edilməsini təklif edir. Tərkibində olan A, E və C vitaminləri ilə yanaşı bol miqdarda antioksidan maddə olan albalı suyunun xüsusilə yaz dövründə hər kəs tərəfindən istehlak edilməsi lazım olduğu ifadə edilir.

Albalı suyu bədənin müqavimətini artırdığını yazan ekspertlər, kalium, kalsium və fosfor səbəbiylə də xüsusilə qızdırma kimi xəstəliklərə qarşı bir qalxan meydana gətirdiyinə diqqət çəkir.

Albalı suyunun antioksidan xüsusiyyətləriylə diqqət çəkən üzüm suyu məhsulları və tünd şokolad kimi bilinən məhsulları geridə buraxdığı söylənilir. Təyin olunan ən yüksək antioksidan xüsusiyyətə sahib 50 qida arasında 14 cü sırada iştirak edən albalı suyunun istehlakının, yaz aylarında düşən müqaviməti artırmaq üçün də əhəmiyyətli olduğunu vurğulanır.

Albalı suyunun ayrıca, müxtəlif mikrob və toksinlərə qarşı bədəni qoruyucu təsirə sahibdir. Albalı meyvəsi, şiş atılmasının, mədə və qaraciyərin nizamlı işini də təmin edir.

Albalının son illərdə şirəsi şəkər xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi işlədəlir.

İstinadlar

Həmçinin bax

Tags:

Adi Albalı Təbii yayılmasıAdi Albalı Botaniki təsviriAdi Albalı EkologiyasıAdi Albalı Azərbaycanda yayılmasıAdi Albalı İstifadəsiAdi Albalı TibdəAdi Albalı İstinadlarAdi Albalı Həmçinin baxAdi AlbalıLatın diliPlantaePrunusRosaceaeRosales

🔥 Trending searches on Wiki Azərbaycanca:

ŞahmatİzotopKompüter oyunuVikipediyaHektarAmoksisillinPedaqogikaİqtisadiyyatAzərbaycanda prezident seçkiləri (2018)İslamİnduktiv seysmiklikFəzail AğamalıAmerika Birləşmiş ŞtatlarıCabir İmanovTamamlıqRəşid BehbudovOxatan (astrologiya)NoyabrNaxçıvanAleksandr LukaşenkoNadir şah ƏfşarƏhalisinə görə ölkələrin siyahısıİyulYouTubeDərinin xoşxassəli törəmələriİslamda Tanrının adlarıSasanilər imperiyasıMəhəmməd Əmin RəsulzadəAzərbaycan ədəbiyyatıNarkomaniyaİslam peyğəmbərləriWhatsAppİkinci Qarabağ müharibəsinin xronologiyasıCeyms CoysNazim HikmətReinkarnasiyaHüquqAnar ƏsədliBeynəlxalq Rəqs GünüNidaRəqəmAzərbaycanda toy adətləriADA UniversitetiTelefonİtaliyaNaxçıvan Muxtar RespublikasıŞir (astrologiya)MultikulturalizmAzərbaycanın inzibati bölgüsüİosif StalinRafael İsgəndərovQobustan Dövlət Tarixi-Bədii QoruğuQrafik redaktorlarÇernobıl faciəsiSıxlıqStatistikaÇingiz xanMonqol imperiyasıAnar ƏləkbərovMKitabi-Dədə QorqudAzotAzərbaycan müğənnilərinin siyahısıMakroiqtisadiyyatVitaminlərAygün KazımovaAlmaniyaİqlim dəyişikliyiBöyük Səlcuq imperiyasıMüstəqillik Günü (Azərbaycan)Bərdə rayonuAzərbaycan Respublikasının xalq artistlərinin siyahısı9 May Qələbə Günüİrəvan xanlığıSadə ədədFüzuli rayonuAzərbaycan (tarixi ərazi)🡆 More