Şabalıd

Şabalıd (lat.

Şabalıd
Şabalıd
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Castaneoideae
Cins:
Şabalıd
Beynəlxalq elmi adı
Şabalıd
Castanea sativa
Şabalıd
Şabalıd
Şabalıd
Şabalıd
Şabalıd
Yuxarıdan aşağıya:
Yapon şabalıdının gövdə və yarpaqları.
Yeyilən şabalıdın erkək çiçəkləməsi.
Dişli şabalıdın dişi çiçəkləməsi.
Yeyilən şabalıdın meyvə və qozası.

Şabalıd Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur.

Şabalıd aprel-mayda yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çoxətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların qoltuğunda 2-3 ədəd və daha çox bir yerdə yerləşir. Şabalıdın meyvəsi oktyabr-noyabrda yetişir. Meyvəsi tikanlı qərzəkdir. Yetişəndə qərzək ayrılır və içində iki və üç ədəd şabalıd olur. Bunlar yarpaq və ya oval şəklindədir. Yumru formada olanları çox azdır. Meyvənin üst qabığı tünd və ya açıq darçını, şabalıdı rəngdədir. Şabalıd meyvəsinin üst qabığının altında nazik, pənbəli yumşaq örtük vardır. Bunun altında ağ, şirin, iki hissəli ləpə yerləşir.

Şabalıd 20-25 yaşından meyvə verir. 100-150 il ömür sürür. 1000 illik şabalıd ağacları mövcuddur. Yüksək məhsul 2-3 ildən-bir olur. Azərbaycanın meşələrində və bağlarında bitən şabalıdın bir çox müxtəlif formaları vardır.

Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq% C, 0,18 mq% B1 vitamini vardır.

Şabalıd təzə halda yeyilir. Onu qovurduqda dadı və ətri yaxşılaşır. Azərbaycanda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazırlanmasında), aşpazlıqda (toyuqları içləmək, plov bişirmək və s.) geniş istifadə olunur.

Qurudulmuş şabalıddan alınan un, başqa ölkələrdə çörəyə və qənnadı məmulatına qatılır. Ondan qəhvə əvəzediciləri və spirt də istehsal edirlər.

Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də yarpaqlarından çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq edirlər.

Növləri

Azərbaycanın dərman bitkiləri

İstinadlar

Tags:

BitkiLatın diliSabunağacıkimilər

🔥 Trending searches on Wiki Azərbaycanca:

Niyaməddin MusayevÇin Milli Kosmik AgentliyiAzərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıCəbəllüttariqÇilov adasıSöz birləşməsiQubaOsmanlı imperiyasıPul606TalışlarMədət QuliyevFatiməİqtisadiyyatTağı ƏhmədovQİÇSƏməliyyat mənfəətiXəzər Lənkəran FKQastritRüstəm MuradovAzərbaycanlılarSaitAlov qüllələriXəmsəGünəş sistemiLionel MessiOqtay Əliyev (rejissor)BabəkQaranquşlarAsiyaİslamda oral seksXitabMüstəqil Dövlətlər BirliyiAnar ƏləkbərovFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Türk xalqlarıRusiyaKubFransaZoğalDəstəmazDünya əhalisiBəylər EyyubovAvtomobilin tarixiAypara və ulduz rəmziMehriban ZəkiOvçuluqBasketbolPakistanƏləsgər Ələkbərov (aktyor)YaponiyaRum rəqəmləriSözün həqiqi mənasıAzərbaycan banklarının siyahısıBəhlul MustafazadəDüzbucaqlı üçbucaqSuTropicosAA batareyaMikayıl MüşfiqPolad HəşimovHəndbolçuMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)HekayəLeksikaDərman bitkiləriTəravih namazıAzərbaycan tarixiGoogleMark TvenAzərbaycan Respublikası yol nişanlarıŞirvanşahlar dövlətiFaizBöyrəkCəbrayıl rayonu🡆 More