Nişasta

Nişasta — (rus.

Məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidrat. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir.

Nişasta
Qida üçün istifadə edilən nişasta

Quruluşu

Nişasta — tərkibi (C6H10O5)n formulu ilə ifadə olunan təbii polimerdir. nişastanın molekulları bir-birindən C6H10O5 elementar halqaların sayı və həmçinin quruluşu ilə fərqlənir. Nişasta xətti (amiloza) və şaxəli (amilopektin) quruluşlu molekullardan ibarətdir. amiloza bir neçə yüz, amilopektin isə bir neçə min C6H10O5 halqası saxlayır. Ona görə nişastanın molekul kütləsi bir neçə yüz mindən bir neçə milyona çatır.

Yayılması

Nişasta kartofda (22%-dək), buğdada (72%-ə yaxın), düyüdə (86%-ə yaxın) və bitki köklərində yığılır. Meyvələrdə nişastanın miqdarı daha azdır. Meyvələrin yetişmə dərəcəsi də nişastanın faizlə miqdarının dəyişməsinə səbəb olur. Yetişmiş meyvələrdə nişastanın miqdarı nəzərə alınmayacaq dərəcədə az olur.

Kal meyvədə nişasta 4–5% olur və bunun da miqdarı tədricən azalır.

Tərəvəzlərin tərkibində rast gələn nişasta amiloza və amilopektindən ibarətdir.

Müvafiq olaraq bunların faizlə miqdarı kartofda 19–22% və 78–81% təşkil edir. Alma nişastası yalnız amilozadan ibarətdir. Kal almada nişastanın miqdarı 4–5%-ə çatır, lakin yetişmiş almada bu rəqəm 1%-ə enir. Alma, armudheyvada 1–2 ay saxlandıqdan sonra nişasta tamamilə hidroliz olunur. Nişastanın miqdarı batatda 20%, göy noxudda 6%, sütül qarğıdalıda 10% və başqa tərəvəzlərdə 1%-ə qədər olur. Kal bananda 18%, yetişmişdə isə 2% nişasta olur.

Fiziki xassələri

Nişasta dadsız, ağ tozdur. Soyuq suda həll olmur, lakin isti suda şişərək yapışqan xassəli kolloid məhlul əmələ gətirir.

Kimyəvi xassələri

1. Nişastanın mühüm kimyəvi xassəsi onun hidrolizidir. Bu reaksiya fermentlərin təsirindən və ya turşu ilə qızdırıldıqda baş verir. Hidrolizin son məhsulu qlükozadır və onun sənayedə alınması da buna əsaslanır. Nişasta qlükozdan fərqli olaraq gümüş 1-oksidin amonyakda məhlulunu və mis 2-hidroksidi reduksiya etmir. Bu, onu göstərir ki, nişastanın molekulunda aldehid qrupu yoxdur.

2. Nişastanın digər xarakter xassəsi onun yod (J2) ilə qarşılıqlı təsirdə olub göy rəng əmələ gətirməsidir. Qızdırıldıqda göy rəng itir, soyudulduqda isə yenidən əmələ gəlir.

Alınması

Nişastanı təbii nişastalı maddələrdən — kartofdan, düyüdən və qarğıdalıdan alırlar.

Tətbiqi

Nişasta qida maddəsi kimi insanın karbohidratlara olan tələbatını ödəyir. Orqanizmdə nişastanın hidrolizi nəticəsində qlükoza alınır. Qlükozanın bir hissəsi orqanizm tərəfindən mənimsənilir, artığı isə qlikogenə çevrilib qaraciyərdə ehtiyat şəklində yığılır. Nişasta qənnadı məmulatı istehsalında istifadə edilən dekstrin, patka və qlükozanın, həmçinin etil spirtinin alınmasında, yağışqan kimi, parçaları nişastalamaq üçün, həmçinin kağız və poliqrafiya sənayesində istifadə edilir. Nişasta əsasında antibiotiklər, vitaminlər, tibbi məlhəmlər və s. hazırlanır.

Təyini

Nişastanın təyini onun yod ilə qarşılıqlı təsirdə olub göy rəng əmələ gətirməsinə əsaslanır.

Mənbə

Tags:

Nişasta QuruluşuNişasta YayılmasıNişasta Fiziki xassələriNişasta Kimyəvi xassələriNişasta AlınmasıNişasta TətbiqiNişasta TəyiniNişasta MənbəNişastaKarbohidratlarRus dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Respublikası yol nişanlarıGöyçə gölüAzərbaycan Milli Azadlıq Hərəkatı (1988–1991)Muxtar ƏfəndizadəSu ehtiyatlarının çirklənməsiNida cümləsiAzərbaycanın Qırmızı kitabına düşən quşlarCərəyan şiddətiBir qalanın sirriAygün KazımovaHacı NuranİşsizlikŞuşanın azad edilməsi9 May Qələbə GünüİngiltərəAzərbaycan xalq musiqisiXurşidbanu Natəvanın heykəli (Bakı)Vilayət EyvazovGədəbəy rayonuAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıRəqsanəManaf AğayevDövlətBakteriyalarVyetnamÇinÖlçü vahidləriQarabağ xanlığıAzərbaycan Daxili QoşunlarıAzərbaycan Milli QvardiyasıƏdatBabasilMəşədi ƏzizbəyovİspaniyaAzərbaycan İkinci Dünya müharibəsindəBumeranqRuhəngiz MusəviTürkmənistanİçərişəhərAvropaAtəşgah (Bakı)Azıx mağarasıAzərbaycan Respublikasının KonstitusiyasıQurban bayramıDövlət büdcəsiDOST AgentliyiTörəməƏdliyyə Nazirliyi (Azərbaycan)Şəki xan sarayıNüvə silahıTolerantlıqAppendisitNaxçıvan Muxtar RespublikasıSkelet (insan)Müslüm Maqomayev (bəstəkar)Sifət (qrammatika)Ramazan bayramıDaş dövrüCavad xanAntonimƏbülfəz ElçibəyDelimitasiyaBaykal–Amur magistralıFüzuli rayonuAzərbaycan adalarının siyahısıTailandDənizAvtomobilElçin HüseynbəyliAlov qüllələriVulkan püskürməsiÇoxluqlarSaturn (planet)QızılgülVladimir PutinŞizofreniyaTaun🡆 More