20Th Century Studios

20th Century Studios — ABŞ-də film studiyası və kino şirkəti.

14 may 2017-ci ildə Walt Disney Pictures 52.7 milyard ABŞ dolları qiymətinə 20th Century Fox şirkətinin televiziya və kino aktivlərini alıb. Hazırda Disney Entertainment bölməsi olan Walt Disney Studios'a daxildir.

20th Century Studios
Loqonun şəkli
20Th Century Studios
Ümumi məlumatlar
Sənaye film sənayesi
Məhsulu proqram təminatı
Təsis tarixi 31 may 1935
Struktur
İşçi sayı
  • 2.300 nəf. (2018)
Ana şirkət The Walt Disney Studios[d]
20thcenturystudios.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət haqqında

"20-ci Əsr Foks Kinostudiyası" Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya "News Corporation" şirkətinə məxsusdur. "20th Century Fox" 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş "Fox Film Corporation", ikincisi isə 1933-cü ildə təsis edilmiş "Twentieth Century Pictures" şirkətləri idi.

Studiyanın ən uğurlu filmləri sırasında "Star Wars" ("Ulduz Müharibələri"), "Ice Age" ("Buz Dövrü")," X-Men" ("İks-adamlar"), "Die Hard" ("Məğlubedilməz"), "Alien" ("Yad"), "Planet of the Apes" ("Meymunlar Planeti"), "Home Alone" ("Evdə Tək") film seriyaları, "The Simpsons" ("Simpsonlar"), "Family Guy" ("Qriffinlər") və "American Dad!" ("Amerikalı Ata!") animasiya serialları və s. var. Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu. Digər məşhurlar arasında Betti Qreybl, Cin Tirni, Merilin Monro, Ceyni Mensfild və b. da var idi. Studiya ilk dəfə "Ən Yaxşı Aktrisa" nominasiyasında Oskara namizəd olan və ilk afro-amerikalı film ulduzu sayılan Doroti Dendric ilə müqavilə bağlamış ilk Hollivid studiyası idi. Hal-hazırda dünya üzrə ən çox gəlir gətirmiş iki film – "Avatar" ("Avatar") – 2009 və "Titanic" ("Titanik") – 1997 filmləri bu studiyanın məhsuludur.

Studiyanın ilk filmləri sırasında 1915-ci ildə çəkilmiş "Regeneration" ("Regenerasiya") və 1917-ci ildə çəkilmiş, hal-hazırda itmiş film hesab edilən "Cleopatra" ("Kleopatra") var idi. Studiya "Ən Yaxşı Film" kateqoriyasında ilk Oskarı 1932/3-cü illər Oskar mərasimində "Cavalcade" ("Parad") filminə görə aldı. Studiyanın bu kateqoriyada Oskar almış digər filmləri: 1950 – "All About Eve" ("İv Haqqında Hər Şey") 1965 – "The Sound of Music" ("Musiqi Səsi") 1970 – "Patton" ("Patton") 1971 – "The French Connection" ("Fransız Əlaqəsi") 1997 – "Titanic" ("Titanik")

Filmoqrafiya

  1. Günəşli vadinin serenadası (film, 1941)
  2. Səfər (film, 1964)
  3. Milyonu necə oğurlamalı (film, 1966)
  4. İki nəfər yolda (film, 1967)
  5. Top nüvəsi qaçışı (film, 1981)
  6. Terminator (film, 1984)
  7. Yuxudan qaçma (film, 1984)
  8. Möhkəm qoz (film, 1988)
  9. Nindza tısbağalar 2: Zığın sirri (film, 1991)
  10. Nindza tısbağalar 3 (film, 1993)
  11. Körpə gəzintidə (film, 1994)
  12. Anastasiya (cizgi filmi, 1997)
  13. Döyüş klubu (film, 1999)
  14. Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi (film, 1999)
  15. Didərgin (film, 2000)
  16. İks-adamlar (filmlər seriyası)
  17. Buz dövrü (cizgi filmi, 2002)
  18. Telefon köşkü (film, 2002)
  19. Birisigün (film, 2004)
  20. Buz dövrü 2: Qlobal istiləşmə (cizgi filmi, 2006)
  21. Kapitan Alatriste (film, 2006)
  22. Möhkəm qoz (film, 2007)
  23. B.e. Babili (film, 2008)
  24. Ferdinand (cizgi film, 2017)

Həmçinin bax

İstinadlar

Tags:

20Th Century Studios Şirkət haqqında20Th Century Studios Filmoqrafiya20Th Century Studios Həmçinin bax20Th Century Studios İstinadlar20Th Century Studios20th Century FoxABŞFilm studiyasıWalt Disney Pictures

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Hərbi Hava QüvvələriAzərbaycan Respublikası yol nişanlarıUzunluq (fizika)Azərbaycan Dövlət Neft və Sənaye UniversitetiAy təqvimiRənglər siyahısıYunanıstanNüvə silahıAlternativ enerjiÜrək (insan)Zeynəb XanlarovaVergülUEFA Çempionlar LiqasıLayihəSadır JaparovFüzuli rayonuSifət (qrammatika)TəyinTəbii zonalarƏli NurPaleolitMəhəmməd HadiVilayət EyvazovAzərbaycan tarixiİsaak NyutonRamazan bayramıBahadur ƏliyevAbdulla ŞaiqSumqayıtİnformasiyaQəbələ FKTalassemiyaAzıx mağarasıŞuşa qalasıAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıMəhəmməd FüzuliMələkxanım Eyubovaİnsan hüquqlarıQazaxıstanNitq hissəsiMilli Dirçəliş GünüƏlifbaAzərbaycan musiqisiAntarktidaMannaMolla Pənah VaqifDron hücumuQaçışSoyuq müharibəAğıllı şəhərOmonimRövşən LənkəranskiZəngəzurAvropaQasım bəy ZakirCümlənin ikinci dərəcəli üzvləriKompüter şəbəkəsiDelimitasiyaİlham ƏliyevFutbolBraziliyaİnformasiya təhlükəsizliyiQız qalası (balet)Hikmət HacıyevXəzər dəniziYeni Müsavat (qəzet)Missioner pozasıAzərişıqMacarıstanİslamda oral seksEpitetNamazSəttar BəhlulzadəNida cümləsiCəmiyyətAzərbaycanlı-erməni qırğınları (1905-1906)🡆 More