Yovşan (lat.
Yovşan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Cins: Yovşan | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir. Əsasən dağlarda bitir və dadı olduqca acıdır.
Yovşan türk mənşəli sözdür. Mahmud Kaşğarinin "Divani Lüğət-it Türk" əsərində bu söz "yapçan" (ىَبْجانْ) və "yavçan" (ىَٯْجانْ) kimi işlənmişdir. Yovşanın elmi adı Artemisia sözünün ya yunan ilahəsi Artemidanın, ya da e.ə. 350-ci ildə ölən botanik və tibb alimi Kariyalı II Artemisiyanın adından yarandığı göstərilir..
This article uses material from the Wikipedia Azərbaycanca article Yovşan, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.