VikiLiks (ing.
Sayt kriptoqrafiyanın (encryption) hərbi məqsədlər üçün istifadə edilən alqoritmlər vasitəsilə məlumatı sızdıranın kimliyini və yerini maksimal dərəcədə məxfi saxlayır. Saytın hostu İsveçdə mənzillənən "yüksək dərəcədə etibarlı, məxfi və heç bir sual soruşmayan" PRQ İnternet provayderidir. Bununla yanaşı, Vikiliks öz serverlərini heç bir spesifik yerdə mənzilləmir.
WikiLeaks | |
---|---|
WikiLeaks | |
URL | wikileaks.org |
Tipi | Beynəlxalq təşkilat |
Dilləri | ingilis dili |
Müəllif (lər) | Culian Assanj |
Açılma tarixi | 4 oktyabr 2006 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
VikiLiksi internetdən yığışdırmaq üçün edilmiş bütün cəhdlərin boşa çıxmasına baxmayaraq, sayt Çin və Avstraliyada müəyyən dərəcədə senzuraya məruz qalmışdır. Belə ki, Çində əsas axtarış sistemləri, Baidu və Yahoo! da daxil olmaqla, Vikiliksə olan bütün keçidləri qadağan etmişlər. Avstraliyada isə 16 mart 2009-da Vikiliksə linki olan bütün sayt URL-lərinin qara siyahısı hazırlanmışdır. Senzura tətbiq olunduğu halda, Avstraliyadan bu saytlara giriş mümkün olmayacaq.
Saytın rəhbəri Culian Assanj müsahibələrində dəfələrlə bildirmişdir ki, Amerika hakimiyyəti onu cəzalandırmağa hazırlaşır. Bir neçə ay müddətinə saytda "Sığorta" adlı xüsusi məxfi fayl yerləşdirilmişdi. Bu faylı internetdən endirmək mümkün olsa da, onu açmaq üçün xüsusi kod lazımdır. Ehtimal olunur ki, bu faylda yerləşdirilən kompromatlar ABŞ hakimiyyətini daha çox narahat edir və Assanja qarşı sui-qəsd olacağı halda oradakı məlumatlar yayımlanacaq.
Bu saytda Azərbaycana və birbaşa Azərbaycan hökumətinə aid sənədlər də dərc olunub. Azərbaycan Prezidentinin Mətbuat Xidməti isə bu materialları Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribat adlandırmışdır.
This article uses material from the Wikipedia Azərbaycanca article WikiLeaks, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.