Teylor Svift

Teylor Svift (ing.

XXI əsrin ən nüfuzlu musiqiçilərindən biridir.[kimə görə?]

Teylor Svift
ing. Taylor Swift
Teylor Svift
Ümumi məlumatlar
Doğum adı Taylor Alison Swift
Ləqəbi Nils Sjöberg
Doğum tarixi 13 dekabr 1989(1989-12-13) (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Atası Skott Svift[d]
Anası Endrü Finley[d]
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, bəstəkar, müğənni, musiqi prodüseri, xeyriyyəçi, müğənni-mahnı yazarı, söz yazıçısı[d], musiqi videosu rejissoru[d]
Fəaliyyət illəri 2006-cı ildən
Janrlar kantri, pop-rok, pop musiqisi, sinti-pop, indi-folk[d]
Musiqi alətləri gitara, piano, ukulele, baraban, elektrogitara, akustik gitara[d], pianino[d]
Səs tembri messo-soprano
Albom şirkətləri Big Machine Records, Republic Records
İmzanın şəkli
taylorswift.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Svift mahnı yazmağa 14 yaşında ikən başlayıb, o, 2005-ci ildə Big Machine Records ilə müqavilə bağladıqdan sonra kantri müğənnisi olmuşdur. Sviftin 2006-cı ildə yayımladığı öz adını daşıyan studiya albomu daxil olmaqla altı albomu Big Machine tərəfindən buraxılıb. Teylorun ikinci albomu "Fearless"dən "Love Story" və "You Belong with Me" mahnıları ABŞ-də ən çox dinlənən treklər olmuşdur. Onun rok elementlərinə malik olan növbəti albomu "Speak Now" (2010) hit-paradlara birinci pillədə qərarlaşıb. 2012-ci ildə buraxdığı "Red" albomundan "We Are Never Ever Getting Back Together" sinqlı onun uğurunu daha da artırmışdır. Daha sonra 2014-cü ildə "1989" albomunu yayımlayan Svift kantri imicindən uzaqlaşdı, albomun "Shake It Off", "Blank Space", və "Bad Blood" mahnıları önəmli populyarlıq qazandı. 2017-ci ildə buraxdığı "Look What You Made Me Do" sinqlı ilə altıncı albomu "Reputation"u dəstəklədi.

Big Machine-dən ayrıldıqdan sonra Svift 2018-ci ildə Republic Records ilə müqavilə bağladı və yeddinci studiya albomu olan "Lover" 2019-cu ildə buraxıldı. O, bir il sonra öz həyatından bəhs edən "Miss Americana" avtobioqrafik sənədli filmini buraxdı. 2020-ci il buraxılışları "Folklore" və "Evermore" albomlarında indi folk və alternativ rok janrına üstünlük verdi. Onun 2022-ci ildə işıq üzü görən onuncu albomu "Midnights" və aparıcı sinqlı "Anti-Hero" çoxsaylı yayım rekordları qırdı. Svift səsyazma şirkəti ilə aralarında yaranan mübahisədən sonra əvvəlki albomunu yenidən yazmağa başladı, dördünü yenidən yayımlandı — 2021-ci ildə "Fearless (Taylor's Version)" və "Red (Taylor's Version)", "Speak Now (Taylor's Version)" və "1989 (Taylor's Version)". Svift 2023-cü ildə "The Eras Tour" adlı konsert turlarına çıxamağa başladı.

Dünyada 200 milyondan çox albom satan Svift bütün zamanların ən çox satış həyata keçirən musiqiçilərindən biridir. O, ABŞ-də beş albomu bir milyondan çox nüsxə satılan yeganə musiqiçidir. Onun mükafatları arasında 11 "Qremmi" mükafatı, o cümlədən "İlin Albomu" nominasiyasında üç dəfə qələbə, buna əlavə olaraq; Emmi Mükafatı; 40 Amerika musiqi mükafatı; 29 "Billboard Musiqi" mükafatları; və 84 Ginnesin Rekordlar Kitabı daxildir. Svift Rolling Stone jurnalının "Bütün Zamanların 100 Ən Böyük Mahnı yazarı", Billboard-un "Bütün Zamanların Ən Böyük Sənətçiləri", eləcə də Time 100 və Forbes Celebrity 100-də yer alıb. "Onilliyin sənətçisi" və "On ilin qadını" kimi titullara layiq görülən Svift, sənətçilərin hüquqlarını və qadınların səlahiyyətlərini müdafiə edir. Onun musiqisi bütün müğənni-bəstəkarlar nəslinə təsir göstərmişdir.

Həyatı və karyerası

1989–2003: İlk dövrləri və təhsili

Teylor Svift 
Sviftin Pensilvaniya ştatının Vayomissinq şəhərindəki uşaqlıq evi

Teylor Elison Svift 13 dekabr 1989-cu ildə Pensilvaniya ştatının Vest-Ridinq şəhərindəki Redinq xəstəxanasında anadan olmuşdur. Sviftin atası Skott Kinqsli Svift, Merrill şirkətinin keçmiş birja brokeridir, anası Andrea Qardner Svift (Finli) isə əvvəllər qarşılıqlı investisiya fondunda marketinq direktoru kimi çalışmış evdar qadındır. Onun aktyor olan Ostin adlı kiçik qardaşı var. Onun adı müğənni-bəstəkar Ceyms Teylorun şərəfinə qoyulub, Svift şotland və alman əsillidir. Ana tərəfdən nənəsi Marcori Finli opera müğənnisi idi. Svift ilk illəriniatasının müştərilərindən birindən aldığı Milad ağacı fermasında keçirdi. Svift özünü xristian hesab edir. O, The Wyndcroft Məktəbinə keçməzdən əvvəl Bernadin Fransiskan bacıları tərəfindən idarə olunan Alvernia Montessori Məktəbində məktəbəqədər təhsil və uşaq bağçasında oxuyub. Ailə sonralar Pensilvaniya ştatının Vayomissinq şəhərindəki kirayə evə köçüb, o burada Wyomissing Area Junior/Senior High School məktəbinə gedib.

Svift doqquz yaşında musiqili teatra maraq göstərdi və Berks Gənclər Teatr Akademiyasının dörd tamaşasında çıxış etdi. O, həmçinin vokal və aktyorluq dərsləri üçün müntəzəm olaraq Nyu-Yorka səyahət edirdi. Svift daha sonra diqqətini Şania Tvenin mahnılarından təsirlənərək kantri musiqisinə yönəltdi. O, həftə sonlarını yerli festivallarda və tədbirlərdə çıxış edərək keçirdi. Feyt Hill haqqında sənədli filmə baxdıqdan sonra Svift musiqi karyerasını davam etdirmək üçün Tennessi ştatının Neşvill şəhərinə köçməli oldu. O, on bir yaşında anası ilə birlikdə Neşvill səsyazma şirkətlərinə ziyarət etdi, burada Dolli Parton və The Chicks kimi sənətçilərin mahnılarına oxuduğu kover ifalarından ibarət demo lentlərini təqdim etdi.

Svift təxminən 12 yaşında olanda kompüter təmirçisi və yerli musiqiçi olan Ronnie Cremer ona gitara çalmağı öyrətdi. Mahnı yazarı kimi ilk səylərində ona kömək etdi və onun "Lucky You" mahnısını yazmasına dəstək oldu. 2003-cü ildə Svift və valideynləri Nyu-York-da fəaliyyət göstərən istedad meneceri Den Dymtrow ilə işləməyə başladı. Onun köməyi ilə Swift "Rising Stars" kampaniyasının bir hissəsi olaraq Abercrombie & Fitch üçün modellik etdi, Maybelline kompilyasiya CD-sinə orijinal mahnı daxil etdi və əsas səsyazma şirkətləri ilə görüşlərdə iştirak etdi. O zaman 13 yaşında olan Svift RCA Records vitrinində orijinal mahnıları ifa etdikdən sonra ona sənətçinin inkişafı ilə bağlı müqavilə verildi və o anası ilə Neşvilə tez-tez səfərlər etməyə başladı. Sviftin kantri musiqi səhnəsinə girməsinə kömək etmək üçün atası o 14 yaşında olanda onunla birlikdə Merrill Lynch-in Neşvill ofisinə köçdü və ailə Tennessi ştatının Hendersonville şəhərinə yerləşdi. Svift əvvəlcə Hendersonville Liseyində oxudu və iki il sonra o, evdə təhsil turu cədvəlinə daha uyğun olan Aaron Akademiyasına keçdi. Oranı bir il tez bitirdi.

Diskoqrafiya

Studiya albomları

Yenidən yazılanlar

  • Fearless (Taylor's Version) (2021)
  • Red (Taylor's Version) (2021)
  • Speak Now (Taylor's Version) (2023)
  • 1989 (Taylor's Version) (2023)

İstinadlar

Tags:

Teylor Svift Həyatı və karyerasıTeylor Svift DiskoqrafiyaTeylor Svift İstinadlarTeylor Svift13 dekabr1989PensilvaniyaVikipediya:Qeyri-müəyyən ifadələrdən çəkinind:Q528626İngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Xəzər dəniziYanvarUkraynaMultikulturalizmDünya ölkələrinin siyahısıİlanlarOmbudsmanHacı NuranTürk Dövlətləri TəşkilatıModal sözlərMartNəsirəddin TusiÇiçəkSözün həqiqi mənasıÇaldıran döyüşüİqtisadiyyatAzərişıqÖmər ibn XəttabAğıllı şəhərGəmiAran xalçalarıNida cümləsiVeysəl MusibovGədəbəy rayonuQazax rayonuAtomCümlənin ikinci dərəcəli üzvləriVilayət EyvazovMəsdərSöhbətül-əsmarParaleloqramBağlayıcıKimyəvi silahElmira Süleymanovaİbtidai icma quruluşuƏdatLeyli və Məcnun (Füzuli)Göl qurbağasıOrta əsrlərI AbbasBirləşmiş KrallıqMəleykə ƏsədovaYeni Müsavat (qəzet)Həzm sistemiTörəməDaxili İşlər Nazirliyi (Azərbaycan)Mir Mövsüm AğaMehdi HüseynzadəLatın ifadələriAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiRombBalıqAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiKompüter oyunuLaçın rayonuDelimitasiyaTəyinNidaAzərbaycanın Qırmızı kitabına düşən quşlarTalışlarToğrul NərimanbəyovXristianlıqNadir şahTaktikaBöyük Çin səddiŞir (astrologiya)Ayaz MütəllibovİnsanMilli Məclis (Azərbaycan)Xəbər (qrammatika)SəhraLayihəGünəşƏfşar imperiyasıFövqəladə Hallar Nazirliyi (Azərbaycan)MilanLionel Messi🡆 More