Tetuan

Tetuan (ərəb.

Martil vadisi boyunca uzanır və Çərakeşin Aralıq dənizindəki iki böyük limanından biridir. Şəhər Cəbəllütariq boğazından bir neçə mil cənubda və Tanjerin təxminən 60 km (40 mil) şərq-cənub-şərqində yerləşir. 2014-cü il Mərakeş siyahıyaalınması zamanı şəhər əhalisi 380 787 olaraq qeyd edilmişdir. Şəhər Tanjer-Tetuan-Əl-Xoceyma inzibati ərazi vahidinə daxildir.

Tetuan
‫Tetwān تطوان‬
ⵜⵉⵟⵟⴰⵡⵉⵏ
Tetuan
Gerb
Gerb
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 90 m
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 380.787 nəf. (2014)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 93000
Digər
tetouan.ma
Tetuan xəritədə
Tetuan
Tetuan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 2000 ildən çox bir çox inkişaf dövrünün şahidi olmuşdur. Müasir şəhər hüdudlarından bir neçə mil kənarda aşkar edilən ilk yaşayış yerləri Mavretaniyalı bərbərlərə məxsus idi və eramızdan əvvəl 3-cü əsrə aid idi. Bir əsr sonra Finikiyalılar buarada ticarət etdi və onlardan sonra qədim Tamuda şəhəri kimi tanınan yer İmperator Avqustun rəhbərliyi altında bir Roma koloniyasına çevrildi.

13-cü əsrin sonlarında bərbər Marinid sülaləsi, indi köhnə şəhər olan yerdə kasbah və məscid tikməyə başladı. Çox keçmədən 1305-ci ildə, sultan Əbu Sabit Əmir tərəfindən yaşayış məntəqəsinin miqyası genişləndirildi. 15-ci əsrin əvvəllərində kastiliyalılar şəjəri piratçılığa görə qisas səbəbindən məhv etdilər.

Şəhərin müasir tarixi XV əsrin sonlarında başlayır. Tetuan, 1492-ci ildə İspaniya rekonkistası zamanı Əndəlüs Katolik monarxları II FerdinandI İzabellanın əlinə düşməzdən on il əvvəl Qranada şəhərindən köçən Əli əl-Mandri tərəfindən yenidən quruldu və istehkamla əhatə olundu. Əndəlüsdən gələn minlərlə müsəlman və yəhudi Mərakeşin şimalında və Tetuan şəhərinin dağıntılarında yerləşdilər. Şəhər yenidənqurma və müxtəlif sahələrdə böyümə dövründən keçdi və Əndəlüs sivilizasiyasının qəbulu mərkəzinə çevrildi. Buna görə də şəhər tez-tez Qranada ilə əlaqələndirilir və Qranadanın qızı kimi qeyd olunur. Buradakı bəzi ailələr hələ də Qranadadakı köhnə evlərinə aid açarları saxlayırlar. Şəhər həmçinin, Səfərad yəhudiləri tərəfindən "Pequeña Jerusalén" (Kiçik Qüds) ləqəbi ilə də adlandırılmışdır. Əhalinin böyük əksəriyyəti müsəlmanlardır və kiçik xristianyəhudi icmaları da mövcud olsa da, son onilliklərdə onların iştirakı kəskin şəkildə azalmışdır.

1913-cü ildə Tetuan Cəlifə (Sultan üçün vitse kral vəzifəsini yerinə yetirən Mərakeş şahzadəsi) və ona akkreditə edilmiş İspan Ali Komissarı tərəfindən idarə olunan İspan Mərakeş Protektoratının paytaxtı oldu. Şəhər, 1956-cı ildə Mərakeş tam müstəqilliyini bərpa edənə qədər paytaxt olaraq qaldı.

Tetuan, tanınmış bir multikultural mərkəzdir. Tetuanın mədinəsi – tarixi şəhər hissəsi 1997-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhər 2017-ci ildən bəri əl və folklyor sənəti sahəsində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin bir hissəsidir.

Etimologiyası

Şəhərin bərbərcə adı hərfi mənada "gözlər", məcazi mənada isə "bulaqlar" deməkdir. Şəhər 13 əsrin sonlarında qurulmazdan əvvəl burada Tittavin adlanan kiçik istehkamlar mövcud idi. Mövcud ad ilk dəfə 9-cu əsr ərəb salnamələrində II İdrisin ölümündən sonra qeyd olunur. Marinid sülaləsi dövründə şəhərinin rəsmi adı "Afraq" (bərbərcə "çadır (kraliyyət)") idi. Qeyri-rəsmi sənədlər isə şəhərə Tetuan kimi istinad edirdi.

Afrikalı Levə görə, bu ad, qotların şəhər hökumətini bir gözü olan qadına verməsindən sonra sakinlərin şəhəri öz dillərində "göz" mənasını verən Tettequin kimi adlandırmasından gəlir.

İstinadlar

Tags:

Aralıq dəniziBərbər diliCəbəllütariq boğazıMərakeşTanjerİspan diliƏrəb dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qərbi Azərbaycan mahallarıSahib ƏləkbərovQadın reproduktiv sistemləriElxan ElatlıMəhəmmədhüseyn ŞəhriyarAğqoyunlularAzərbaycan xanlıqlarıMəhəmmədMirzə Ələkbər SabirBaloğlan ƏşrəfovKəlbəcər rayonuQanTimsahlarMəhəmməd HadiHikmət HacıyevEpilepsiyaXocalı soyqırımıYusif MustafayevKim KardaşyanTetraedrHacı Zeynalabdin TağıyevBirləşmiş KrallıqÜnsiyyətÖvrə xəstəliyiErməni əhalisinin tarixi miqrasiyasıMəhəmməd peyğəmbərin evlilikləriSakit okeanQaraciyərMarketinqXərçəng xəstəliyiPiramida (həndəsə)Bakı Dövlət UniversitetiEv pişiyiAyGöygöl rayonuCəmşid Naxçıvanski adına hərbi liseyAzərbaycanda yayılmış balıqların siyahısıSintaktik əlaqələrBraziliyaFərid Əhmədov2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıBürclərin işarələriSahə (ölçü parametri)Sübh namazıSəlib yürüşləriİndoneziyaInstagramƏhməd CavadKarles PuçdemonMədəniyyət Nazirliyi (Azərbaycan)Afrikaİnformasiya prosesləriAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıParaleloqramKompüter oyunuQarabağ xanlığıZəngəzurAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıAzərbaycan Bayrağı ordeniHacı NuranVergülXalqlar Dostluğu metrostansiyasıNovruz bayramıHüseyn ibn ƏliRusiya–İran müharibəsi (1804–1813)Sərt diskElektrik cərəyanıSəbuhi Məmmədov (baş nazir)Yaz9 May Qələbə GünüSaatlı rayonuArif HeydərovDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Nağılİnformasiya təhlükəsizliyiNeftçilər metrostansiyasıİnsanın tənəffüs sistemiHacı Zeynalabdin Şirvani🡆 More