Mərakeş: Şimal-qərbi Afrika dövləti

Mərakeş (ərəb.

1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.

Mərakeş
ərəb. المملكة المغربية
bər. ⵜⴰⴳⵍⴷⵉⵜ ⵏ ⵍⵎⴰⵖⵔⵉⴱ
fr. Royaume du Maroc
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Allah, Vətən və Kral
Himn: Mərakeş himni
(azərb. "Çerifian himni"‎)
Mərakeş: Tarixi, Coğrafiyası, İqtisadiyyatı
Tarixi
 • İdrisilər sülaləsi 788
 • Alauitlər 1668
Rəsmi dilləri
Paytaxt Rabat
İdarəetmə forması Unitar parlamentli yarı-konsttitutsiyalı monarxiya
Kral VI Məhəmməd
Baş nazir Aziz Akhannouch
Sahəsi Dünyada 39-cu
 • Ümumi 446,300 km2 və ya 710,850 km2 km²
 • Su sahəsi (%) 0.056
Əhalisi
 • Əhali 37,984,655 nəfər (39-cu)
 • Siyahıyaalma (2014) 33,848,242 nəf.
 • Sıxlıq 50.0 nəf./km²
ÜDM (AQP)
 • Ümumi $359.671 milyard dollar (55-ci)
 • Adambaşına $9,808 dollar (122-ci)
ÜDM (nominal)
 • Ümumi (2022) $142.874 milyard dollar (60-cı)
 • Adambaşına $3,896 dollar (123-cü)
İİİ (2021) 0.683 (artım; 123-cü)
Demonim Mərakeşli
İnternet domeni .ma
ISO kodu MA
BOK kodu MAR
Telefon kodu +212
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mərakeş

Tarixi

Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (Mürabitlər, Müvəhhidlər, Vəttasilər, Mərinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.

XI əsrdən başlayaraq bir sıra bərbər sülalələri müasir Mərakeşin ərazisində hakimiyyətdə olub. Əlmoravilər sülaləsi Sanhacı tayfasından, Əlmohadlar sülaləsi isə Masmuda tayfasından idi.

Əlmoravilər

Əlmoravilər dini hərəkət olaraq başlayıb, Qərbi Səhranın tayfaları birləşdiriblər. 1053-cü ildə onlar Sanhacı bərbərlərini birləşdirərək, Şimali Afrikada torpaq zəbt etməyə başlayıblar. 1076-cı ildə Əbu Bəkr Qana İmperiyasına qarşı vuruşaraq, Seneqal çayının cənubi sahilini zəbt edib. 1087-ci ildə o, elə bu ərazidə həlak olub və keçmiş Qana İmperiyasının ərazisi Əlmoravilərin nəzarətindən çıxıb.

İbn Taşfinin dövründə Mərakeş və Qərbi Səhranın böyük hissəsi Əlmoravilərin nəzarəti altında idi. Mərakeş şəhərin əsası qoyulub. 1090-cu ildə İbn Taşfin Əndəlüsə yürüşü başlayıb. O, 1106-də həlak olub və bundan sonra xristian krallıqlar addım-addım Əndəlüsün ərazilərini zəbt etməyə başlayıb. 1147-ci ildə Əlmohadlar paytaxt Mərakeş şəhərini zəbt edərək, Əmoravilər sülaləsinin hökumuna son qoyublar.

Əlmohadlar

Əlmohadlar da həmçinin dini hərəkət olaraq başlayıb. Məhəmməd bin Əbdullah bin Tumərt Yaxın Şərdən Şimali Afrikaya qayıdandan sonra, onun Məhdi olduğunu elan olunub. Onun sələfi Əbd əl Mömin tyfaları birləşdirib, 1147-ci ildə Mərakeş şəhərini zəbt edib. Beləliklə, Əlmohdalar Tripolidən Atlantik okeana qədər Aralıq dənizinin sahilini idarə edirdilər.

Coğrafiyası

Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.Ölkə Şimaldan İspaniya (Gibraltar(Cəbəli-Tariq) boğazı ilə) Cənub-Qərbdən Əlcəzair, Cənubdan Qərbi Saxara və Şərqdən Atlantik okean ilə həmsərhəddir.Mərakeşdə həmçinin İspaniyanın iki şəhərciyi (Melila və Seuta) yerləşir.Bu şəhərlər Okeana yaxın olduğu üçün hər il minlərlə turist istirahət üçün İspaniya və Mərakeşdən bura gəlir.

İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dənizi və Atlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.

İqtisadiyyatı

Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.

Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.

Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.

Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.

Əhalisi

Əhalinin ümumi sayı - 33,8 mlyn. Misir və Sudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə 7 min yəhudi yaşayır.

Mərakeş: Tarixi, Coğrafiyası, İqtisadiyyatı 
Mərakeş

İstinadlar

Həmçinin bax

Tags:

Mərakeş TarixiMərakeş CoğrafiyasıMərakeş İqtisadiyyatıMərakeş ƏhalisiMərakeş İstinadlarMərakeş Həmçinin baxMərakeşAfrika materikiVI MəhəmmədƏrəb dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

ƏbabilSəfəvi–Osmanlı müharibələriFüzuli kantatasıMannaCəfər CabbarlıAzərbaycan xanlıqlarıErmənistanSeks (dəqiqləşdirmə)RomaYuxarı Şirvan kanalıƏsrin müqaviləsiDövlət bayraqlarının siyahısıAyTatarlı (Goranboy)Vüqar ƏhmədHüseynbala MirələmovOğlaq (astrologiya)Şəki xan sarayıFeilŞirvanşahlar dövlətiXarıbülbül (simvol)Fikrət ƏmirovQubaAzərbaycan toy adətləriZərdüştilikSabirabad rayonuİsmin hallanmasıZaur BaxşəliyevAzərbaycanın sərhədləriVərəmYeni Müsavat (qəzet)SunamiQarabağ xanlığıEsseAtropatenaQaşaltı QaraqoyunluGözBəxtiyar Vahabzadəİlyas ƏfəndiyevÇobanyastığıTəyyarəSahil metrostansiyasıEroziyaÇoxluqlarSaySəudiyyə ƏrəbistanıBirinci Qarabağ müharibəsiAllahşükür PaşazadəBumeranqXəyalə ManaflıMoskvaDədə QorqudQurban bayramıAzərbaycan Hərbi Hava QüvvələriAzərbaycan göllərinin siyahısıPiramida (həndəsə)Azərbaycan teatrıRuhullah XomeyniMusiqiBitkiTacir ŞahmalıoğluƏli ƏsədovLimit (riyaziyyat)Şirvanşahlar sarayıOrqanizmMikayıl CabbarovGöbələk xəstəliyiMürəkkəb cümləYarasalarBeyinBakıda yerləşən abidələrin siyahısıKəlmeyi-şəhadətRöya AyxanTriqonometriyanın əsas düsturlarıSpermaRiyaziyyatFüzuli rayonuHeydərbaba dağıDaun sindromu🡆 More