Təndir

Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal.

Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir.

Təndir
İçəri Şəhərdəki məşhur təndir.
Təndir
İkinci Nügədi kəndində təndir

Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar.

Təndirqoyma

Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu. Təndirin belində dəmir məftillə kəmər də qoyulurdu. Kəmərin üstə təndirin içəri tərəfində xeyli çıxıntılar qoyulurdu. Bu çıxıntılar kabab şişini saxlamaq üçün qoyulurdu. Çünki təndir kababı kənd adam-larının ləziz xörəklərindən sayılırdı. Yaxşı quruyan təndiri altından kəndir salıb bir neçə nəfərlə lazımi yerə aparır, onu boğazına qədər torpaq-daşla doldurur, aşağıda külfə qoyurdular. Əvvəlcə təndirin içinə az-az təzək qoyub yandırırdılar. Yanacağı tədricən artırırdılar. Çünki təndirin badı hər an çat verə bilərdi. Təndirin istiyə davamlılığını tam yəqinləşdirəndən sonra orada çörək bişirmək olardı. Təndirin üstünə iki barmaq enində təxminən 1 m uzunluğunda dəmir çubuq qoyurdular. Buna el arasında xəçirgət deyirdilər. Təndirin ağzına saç (qapaq, dairəvi olurdu) qoyurdular. Təndirin başında dördayaq, oxlov, rəfətə, təndirin koxasını qoyurdular. Təbii ki, çörək-bişirmə zamanı ev qadını bunlardan istifadə edirdi.

Kənddə adətən iki növ təndirdən (böyük təndir, ocaq təndiri) istifadə edirdilər. Birincidə təndir çörəyi, lavaş, fətir, kətə, qatlama bişirirdilər. İkinci növ təndir (ocaq təndiri) nisbətən balaca idi. Ondan əsasən xörək bişirəndə istifadə edirdilər.

İstinadlar

Tags:

Manqal

🔥 Trending searches on Wiki Azərbaycanca:

ÇinBalakən rayonuAprel döyüşləriDərinin xoşxassəli törəmələriMüxtəsər vurma düsturlarıTürkiyəCənubi AzərbaycanLeksikaAzərbaycan təbiətiİosif StalinUkraynaOlimpdə Zevsin heykəliVideosexMarketinqHekayəQara YanvarKompüter şəbəkəsiArazMüsavat Partiyasıİsmin hallanmasıLionel MessiAzərbaycan Premyer LiqasıİşıqƏkinçi (qəzet)VoleybolDron hücumuTeymurilər dövlətiAyaz MütəllibovFuad Ələsgərov (siyasətçi)Ay təqvimiBirinci Dünya müharibəsiKəlbəcər rayonuNovruz bayramıDaş dövrüAzərbaycan Quru Qoşunlarının hərbi nişanlarıDeputatSağlamlıqİqlim dəyişikliyiIP ünvanıPeyvəndHəzm sistemiAtomQazaxıstanAzərbaycan Milli Azadlıq Hərəkatı (1988–1991)Çevrəİnsan hüquqlarıXarici Kəşfiyyat Xidməti (Azərbaycan)XarıbülbülAvtomobilAzərbaycanda neft sənayesiAzərbaycan mətbəxiİkinci Qarabağ müharibəsiAğadadaş Ağayevİlyas ƏfəndiyevPərviz QasımovBaşkənd əməliyyatıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Azərbaycan gölləriİnformasiya texnologiyalarıQuba rayonuAvtomobilin tarixiAzərbaycan İkinci Dünya müharibəsindəII MehmedGülüstan müqaviləsiİnteqralCəbrXitabMədət QuliyevQədim Roma təqvimiŞir (astrologiya)Bazar iqtisadiyyatıSinqapurAzərbaycanın Qırmızı KitabıNizami GəncəviXristianlıqYanvar🡆 More