Siyasətçi Fuad Ələsgərov

Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri.

Fuad Ələsgərov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi — şöbə müdiri
bayraq2
Vəzifədədir
31 may 2017-ci ildən
bayraq
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
bayraq2
1998 – 2017
bayraq
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət hüquq şöbəsinin müdiri
bayraq2
1994 – 1998
bayraq
Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü
bayraq2
1990 – 1994
Şəxsi məlumatlar
Doğum tarixi 14 may 1959(1959-05-14) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Murtuz Ələsgərov

Həyatı

Fuad Ələsgərov 1959-cu il mayın 14-də Şərur rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakultəsini bitirib.

1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilmişdir.

Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə "Əməkdar Hüquqşünas" fəxri adı verilmişdir.

Ailəsi

Əmək fəaliyyəti

  • 1984, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsi, Məsləhətçi
  • 1984, Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsi, Məsləhətçi
  • 1987, Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsi, Baş məsləhətçi
  • 1990, Bakı şəhəri Suraxanı rayonu xalq məhkəməsi, Xalq hakimi
  • 1994, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Üzv
  • 1998, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsi, Müdir
  • 1998–2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi, Müdir
  • 2017 — h/h, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri

İstinadlar

Tags:

Siyasətçi Fuad Ələsgərov HəyatıSiyasətçi Fuad Ələsgərov AiləsiSiyasətçi Fuad Ələsgərov Əmək fəaliyyətiSiyasətçi Fuad Ələsgərov İstinadlarSiyasətçi Fuad Ələsgərov14 may1959Azərbaycan Respublikası PrezidentiAzərbaycan Sovet Sosialist RespublikasıBakıSovet Sosialist Respublikaları İttifaqı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ramil UsubovFatihə surəsiİzotopEzopƏməköməciŞahmatKompüterMonqolustanQəbələ rayonuOlimpdə Zevsin heykəliAğıllı şəhərRusiya imperiyasıArMehriban ƏliyevaSuçiçəyiTabeli mürəkkəb cümləAzərbaycan Dövlət İqtisad UniversitetiKəlbəcər rayonuSay (qrammatika)PulCəbrayıl rayonuSintaktik əlaqələrXocalı soyqırımıBirləşmiş KrallıqOral seksQaraciyərRiyaziyyatMədət QuliyevAzıx mağarasıDövlət idarəetmə formalarıMikayıl CabbarovPlanetCavanşirMədəaltı vəziŞimali Amerika ölkələrinin siyahısıReal Madrid FKİbtidai icma quruluşuAzərbaycanın iqtisadi rayonlarıAğdam rayonuDostluqUzunluq (fizika)Azərbaycan musiqisiİnformasiya prosesləriSəbinə ƏliyevaƏhmədiyyə CəbrayılovVoleybolUkraynaDünyanın yeddi möcüzəsiMolla Nəsrəddin (jurnal)Tərəzi (astrologiya)Albert EynşteynƏkinçi (qəzet)İnteqralAbbasqulu ağa BakıxanovŞifrAvropa ölkələrinin siyahısıNazirlər Kabineti (Naxçıvan)Suda-quruda yaşayanlarQubad İbadoğluBankUlduzQitəQərbi AvropaOrqazmAntarktidaQaranquşlarDaş dövrüPolşaMenecmentNidaTalışlarMayQoşma (qrammatika)Göbələk xəstəliyiVüqar BiləcəriCoğrafiyaBöyük Fransa inqilabıİnkişaf etmiş ölkəKimyəvi silah🡆 More