Rütubətli Ekvatorial Meşələr

Ekvatorial meşələr (Cəngəlliklər) — Ekvatorial və subekvatorial qurşaqlarda yerləşən həmişəyaşıl, enliyarpaqlı meşə zonasıdır.

Burada hava daim isti və yağışlıdır. Temperaturfəsillər dəyişmədiyi üçün ağaclar yarpaqlarını tökdükcə yeniləri əmələ gəlir. Buna görə də belə meşələr həmişəyaşıldır. Ekvatorial meşələrdə ağaclar olduqca hündür, iriyarpaqlı və sıx olur. İçəri gün düşmədiyindən bura daim qaranlıq və səssizdir. Rütubətliliyin və yağıntının bolluğundan meşədə gölməçələr yaranır. Buna görə də meşə sakinləri əsasən ağacda yaşayır. Ekvatorial meşələr çox yarusludur (mərtəbəlidir). Yaruslar arası ilə lianlar sarmaşaraq "tor" əmələ gətirir və içəri günəş işığının düşməsinin qarşısını alır. Cəngəllik sözü hind dilləri qrupuna daxil olan sanskrit dilində "canqal" sözündən götürülmüşdür və mənası da keçilməz kolluq anlamını daşıyır. Ən böyük ekvatorial meşə Cənubi Amerika, Braziliyada Amazon çayı hövzəsindədir.

Rütubətli Ekvatorial Meşələr
Ekvatorial meşə

Faunası

Ekvatorial meşələr ən zəngin faunaya malik təbii zonadır. Burada primatlar, nəhəng ilanlar, nadir həşərat və sürünən növləri və rəngarəng quşlar görmək olar. Onlar əsasən ağaclarada yaşayır. Meşənin landşaftında bəzən bataqlıqlar yaranır. Burada timsahlara da rast gəlinir. Ekvatorial meşələr öz zəngin təbiətləri ilə daim turistləri özlərinə cəlb edir. Lakin buradakı yırtıcılar təhlükəli olduğu üçün bu ərazilər qorunma altına alınır və turistlər üçün qapalıdır.

Florası

Rütubətli Ekvatorial Meşələr 
epifit bitki

Ekvatorial meşələrdə bitən bitkilər əsasən hündür enliyarpaqlı ağaclardır. Onlar çoxyaruslu meşə əmələ gətirirlər. Burada bitən ağacları əsasən 3 yarusa bölmək olar.

Birinci yarusu 40-50 metr hündürlüyündə ağaclar təşkil edir. Bu ağaclar meşənin kiçik bir hissəsini təşkil edir. Bu ağaclar vaxt keçdikcə çürüyür və aşır. Ekvatorial meşələrdə çürümüş ağac gövdələrinə tez-tez rast gəlinir.

İkinci yarusu 25-35 metr hündürlükləri olan ağaclar təşkil edir. Bu ağaclar meşənin 2/3-dir. İkinci yarusun ağaclarının budaqları bir-birinə qarışır və günəşin qarşısını alır.

Üçüncü yarus isə kiçik ağaclar və hündür kollardan ibarətdir. Aşağı günəş işığı düşmədiyi üçün onlar çox böyüyə bilmir və tezliklə ölürlər.

Ağaclar əsasən 80sm. diametrində olsalar da 23m. diametrində olan ağaclar da vardır.

Ekvatorial meşələrdə ağaclardan başqa hündür qıjılar, lianlar və epifitlər də geniş yayılmışdır. Buranın havası çox quru, rütubətlidir. Burada hər gün yağış yağır.

Torpaq

Rütubətli Ekvatorial Meşələr 
Ara tutuquşusu

Ekvatorial meşələrdə qırmızı-sarı ferralit (lat.ferrium-dəmir) və ya laterit (lat. kərpic) torpaqlar yayılmışdır. Torpağın qırmızı rəng almasına səbəb yüksək yağıntının torpaq qatını yuması və ana qayanı aşındırmasıdır. Ana qayadakı yüksək dəmir elementi torpağa qarışır və ona qırmızı rəng verir.Torpağın üstü daim çürüntü ilə örtülür. Günəş işığı olmadığından çürüntü tam həll olmur və bataqlıqlar əmələ gəlir.

Yayıldığı ərazilər

Rütubətli Ekvatorial Meşələr 
Ekvatorial meşələr

Ekvatorial-rütubətli meşələr əsasən AfrikaCənubi amerikanın mərkəzində, İndoneziyada yayılıb.

Həmçinin bax

İstinad

Tags:

Rütubətli Ekvatorial Meşələr FaunasıRütubətli Ekvatorial Meşələr FlorasıRütubətli Ekvatorial Meşələr TorpaqRütubətli Ekvatorial Meşələr Yayıldığı ərazilərRütubətli Ekvatorial Meşələr Həmçinin baxRütubətli Ekvatorial Meşələr İstinadRütubətli Ekvatorial MeşələrAmazon çayıAğacBraziliyaCəngəllikCənubi AmerikaHavaMeşəSanskritSubekvatorial qurşaqlarTemperaturYarpaqYağışİlin fəsilləri

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ahəng qanunuKubMenstruasiyaRəcəb Tayyib ƏrdoğanMir CəlalŞahin BağırovMacarıstanİsaak NyutonŞuşanın azad edilməsiKompüter qurğularıTaunƏhməd CavadDəvəGölQİÇSAvropa ölkələrinin siyahısıİndoneziyaKütlə vahidləriRum rəqəmləriCənubi AmerikaÇaldıran döyüşüBahadur ƏliyevElm və Təhsil Nazirliyi (Azərbaycan)İslamda oral seksCəmiyyətİranSayNəriman NərimanovGərginlik (elektrik)Azərbaycanın iqlimiTayfaİsveçrəNizami GəncəviMolla Pənah VaqifİnsanHəcmSıra sayıMercedes-BenzAzərişıqAzərbaycan musiqi alətləriNəsirəddin TusiFransa tarixiHekayəQulançarUşaq hüquqlarıAzərbaycandakı çayların siyahısıSıxlıqMürəkkəb sözlərQaraciyərAzərbaycanda təhsilAzərbaycanda neft sənayesiİnformasiyanın kodlaşdırılmasıVoleybolHadi RəcəbliƏliqismət LalayevMilli Məclis (Azərbaycan)Nurəddin Mahmud ZəngiYaponiyaAzərbaycan Sərhəd QoşunlarıSenzorBakıda yerləşən abidələrin siyahısıƏl-XarəzmiKimyəvi elementBalıqMüstəqilliyin Bərpası Günü (Azərbaycan)MonteneqroPsoriazNatural ədədlərKitabTəvəssül duasıFlora Kərimovaİqtisadi sanksiyalarBöyük Səlcuq imperiyasıAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıKarbohidratlarÖzbəkistanHamiləlikHəzm sistemi🡆 More