Qaraqınıq

Qaraqınıq (lat.

Qaraqınıq
Qaraqınıq
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Yarımfəsilə:
Triba:
Cins:
Qaraqınıq
Beynəlxalq elmi adı

Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir. qaraqınıq toxumları dörd ədəd olmaqla, qəhvəyi olur və kasacıqda yerləşir. Çiçəklər iyul-avqust aylarında açır, avqust-sentyabr aylarında isə toxumlar əmələ gəlir. Qaraqınıq toxum və vegetasiya yolu ilə çoxalır. Qaraqınıq MDB ölkələrində, Qafqazda, Qərbi və Şərqi Sibirdə,Orta Asiya ölkələrində və Qazağıstanda daha geniş yayılıb. Qaraqınıq kütləvi şəkildə, quru torpaqlarda, meşəlik və düzənlik ərazilərdə bitir. Qaraqınıq az kalorilidir. Ondan dəmlənmiş çayın 100 qramında 27 kKal var. O dietik qida sayılır. 100 qram qaraqınığın tərkibində olan qida dəyəri:

  • Zülallar - 1,5 qr
  • Yağlar - 0
  • Karbohidratlar - 5 qr
  • Su - 90 qr
  • Kalori - 27 kKal.

Qaraqınığın tərkibində 1% efir yağları, fenol, timol və onların izomer birləşmələri, trisiklik seskviterpen, tanin maddələr, piqmentlər, askorbin turşusu və s. var. Qaraqınığın çiçəklərində 166 mq%, yarpaqlarında 565 mq%, saplaqlarında isə 58 mq% askorbin turşusu var. Qaraqınıq güclü antioksidant təsirə malikdir. Qaraqınıq orqanizmə sakitləşdirici təsir göstərir. Qaraqınıq dəmləməsi mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, mədə-bağırsaq sisteminin işini normallaşdırır, bağırsaqların peristaltikasını yaxşılaşdırır, ödqovucu, iltihab əleyhinə və sidikqovucu təsir göstərir. Qaraqınıqdan hazırlanan preparatları nevrozlar, isteriyalar, yuxusuzluq, epilepsiya, hipertoniya, atereskleroz, klimakterik şikayətlər, mədə-bağırsaq spazmları, xroniki qastritlər, mədə və onikibarmağın yara xəstəliyi, qaraciyər, öd kisəsi xəstəlikləri zamanı təyin edirlər.

Qaraqınığın faydaları

Qaraqınıq otu Avropa ölkələrində ədviyyat kimi tanınır və çox geniş istifadə olunur. Avropada bu ot "oreqano" adlandırılır.

Qaraqınıq otunun bir çox faydalı və müalicəvi xüsusiyyətləri var. Onlardan ən əsası güclü antibakterial xüsusiyyətidir. Sübut olunub ki, oreqanonun tərkibində olan karvakrol maddəsi bir çox mikrob və göbələkləri məhv edir.

Elmi araşdırmalar göstərib ki, qaraqınıq otunun antibakteriaa xüsusiyyətləri hətta bəzi antibiotiklərindən də üstündür. Oreqano hətta ən davamlı mikrob sayılan qızılı stafilokokk məhv edə bilir.

Qaraqınıq otu tibdə qədim zamanlardan istifadə olunur. Bu otun dəmləmələri və efir yağını müxtəlif iltihablar və infeksiyaların müalicəsində (ağız boşluğu, boğaz, böyrək, qadın cinsiyyət orqanlarının iltihabları və s.) öz effektliyini sübut edib.

Öskürək və zökəm zamanı bu otun dəmləməsi ilə inhalyasiyalar edin. Həmçinin dəmləməni öskürək və bronxit zamanı daxilə də qəbul etmək olar. Oreqano immun sistemi üçün də çox faydalıdır. Soyuq fəsillərdə oreqano ilə çay yaxşı profilaktik təsir edir, soyuqdəymə və qripp infeksiyalarının riskini artırır.

Qaraqınıq otu qədimdən qadın otu kimi tanınır və müxtəlif qadın xəstəlikləri zamanı istifadə olunurdu. Belə ki, qədim təbiblər bu otu dölsalma (abort) üçün çox geniş istifadə edirdilər. Oreqano qadın cinsiyyət sisteminə olduqca müsbət təsir edir, menstrual dövrünün tənzimlənməsinə kömək edir, menstrual ağrıları azaldır, klimaks zamanı qadının vəziyyətini yaxşılaşdırır.

Qaraqınıq otu güclü xərçəng əleyhinə xüsusiyyətlərlə tanınır. Araşdırmalar göstərib ki, otun tərkibində olan bəzi bioloji aktiv maddələr xərçəng hüceyrələrin çoxalmasını ləngidir, onların məhv olmasını sürətləndirir.

Oreqano mədə-bağırsaq sisteminə antiseptik təsir edir, mikrobları və qurdları öldürür, həzm proseslərinə müsbət təsir edir.

Qaraqınıq otu ürək-damar və sinir sistemləri üçün də faydalıdır - sakitləşdirir, ürək ritmini tənzimləyir, təzyiqi normallaşdırır.

Oreqanonu müxtəlf salatlar, suplar, pizza və s. kimi qidalara əlavə etmək, adi göyərti kimi yemək olar.

Xalq təbabətində istifadəsi

Xalq təbabətində qaraqınıq otundan raxit, qızılca, qaşınma, yaralanma və digər müxtəlif dəri xəstəlikləri zamanı vannalar, kompreslər tətbiq edilir.

Soyuqlama və baş ağrıları zamanı qaraqınıq çiçəklərini iyləmək xəstəliyin əlamətlərini azaldır.

Qaraqınıq dəmlənmiş su ilə saçları yuduqda saçlar kəpəkdən xilas olur və tökülmənin qarşısı alınır.

Qaraqınıq otundan şampunların, sabunların hazırlanmasında geniş istifadə edilir.

Qaraqınıq bal verən bitkidir. O dekorativ bitki sayılır və ətrindən bir çox parfümeriya vasitələrinin hazırlanmasında istifadə edilir.

Bolqarıstanda qaraqınıq bitkisinin, çiçəklənən zaman torpaqda qalan hissəsini yığıb, fitoterapiyada istifadə edirlər. Qaraqınıq kökü mədə-bağırsaq spazmlarında, əsəbləşmə zamanı, aybaşı ağrılarında, cinsi oyanmaları sakitləşdirmək, sarılıq və qaraciyər xəstəlikləri zamanı istifadə edilir. Ondan tünd və isti dəmlənmiş çay orqanizmə tərlədici təsir göstərir. Qaraqınıq dəmləməsi ilə vanna etdikdə ekzema, dəri yaraları qısa müddətdə sağalır. Bunun üçün 100 qram quru qaraqınıq otunu 2 litr suda qaynadıb vannadakı suya əlavə eləmək lazımdır.

Bronxitlər, pnevmoniyalar, bronxhektaziyalar, bronxial astmalar zamanı qaraqınıq dəmləməsi tərlədici, bəlğəmgətirici, öskürəkkəsici təsir göstərir. Bunun üçün 2 xörək qaşığı xırdalanmış qaraqınıq otunu 2 stəkan qaynar suda dəmləyib, 3 hissəyə bölərək yeməkdən əvvəl gündə 3 dəfə içmək lazımdır. Epilepsiya xəstəliyi zamanı 3 il müddətinə fasilələrlə qaraqınıq dəmləməsi içmək məsləhət görülür. Bu zaman 2 xörək qaşığı qaraqınıq otunu yarım stəkan qaynar suda 2-3 saat dəmləyib içmək lazımdır.

Qaraqınıq otunun zərərli xüsusiyyətləri

Hamiləlik zamanı qaraqınıq dəmləməsi içmək məsləhət görülmür. O uşaqlıq duvarında spazmların əmələ gəlməsinə səbəb ola bilir. Bu isə uşaqsalmaya səbəb ola bilər. Həddindən çox qaraqınıq dəmləməsi içmək kişilərdə cinsi zəifliyin meydana çıxnasına səbəb ola bilir. Mədə turşuluğunun çox olduğu zamanlarda və mədə-bağırsaq yaraları zamanı qaraqınıq dəmləməsi xəstəliklərin əlamətlərini artıra bilir. Yüksək təzyiqdən əziyyət çəkənlərə qaraqınıq yağı qəbul eləmək və ya iyləmək məsləhət görülmür.

Növləri

Bu cinsə 20-yə yaxın növ daxil olmasına baxmayaraq, yarımnöv və növ müxtəlifliyi ilə birlikdə cinsə 50 takson aiddir.

  • Origanum acutidens (Hand.-Mazz.) Ietsw.
  • Origanum akhdarense Ietsw. & Boulos
  • Origanum amanum Post
  • Origanum bargyli Mouterde
  • Origanum bilgeri P. H. Davis
  • Origanum boissieri Ietsw.
  • Origanum brevidens (Bornm.) Dinsm.
  • Origanum calcaratum Juss.
  • Origanum compactum Benth.
  • Origanum cordifolium (Benth.) T. Vogel
  • Origanum cyrenaicum Béguinot & Vacc.
  • Origanum dayi Post
  • Origanum dictamnus L.
  • Origanum dubium Boiss.
  • Origanum ehrenbergii Boiss.
  • Origanum elongatum (Bonnet) Emberger & Maire
  • Origanum floribundum Munby
  • Origanum glandulosum Desf.
  • Origanum gracile K.Koch
  • Origanum grosii Pau & Font Quer
  • Origanum haussknechtii Boiss.
  • Origanum heracleoticum L.
  • Origanum hirtum Link
  • Origanum hypericifolium O.Schwarz & P.H.Davis
  • Origanum isthmicum Danin
  • Origanum kopetdaghense Boriss.
  • Origanum laevigatum Boiss.
  • Origanum leptocladum Boiss.
  • Origanum libanoticum Boiss.
  • Origanum lirium Heldr. ex Halácsy
  • Origanum majorana L.
  • Origanum majoricum Camb.
  • Origanum microphyllum (Benth.) T.Vogel
  • Origanum minutiflorum O.Schwarz & P.H.Davis
  • Origanum munzurense Kit Tan & Sorger
  • Origanum onites L.
  • Origanum pampaninii (Brullo & Furnari) Ietsw.
  • Origanum ramonense Danin
  • Origanum rotundifolium Boiss.
  • Origanum saccatum P.H.Davis
  • Origanum scabrum Boiss. & Heldr.
  • Origanum sipyleum L.
  • Origanum solymicum P.H.Davis
  • Origanum symes Carlström
  • Origanum syriacum L. — Suriya qaraqınığı
  • Origanum tyttanthum Gontsch.
  • Origanum vetteri Briq. & W.Barbey
  • Origanum virens Hoffmanns. & Link
  • Origanum vogelii Greuter & Burdet
  • Origanum vulgare L.Adi qaraqınıq

Təbabətdə istifadəsi

  • Adi qaraqınıq revmatizmi zamanı oynaqların şişkinliklərində, podaqrada, amonoreyyada, ekzema, dəri səpkiləri və müxtəlif yaralanmalarda istifadə edilir.
  • Soyuqdəyməd, vərəm, mədə-bağırsaq və tənəffüs orqanlarının xəstəliklərində də təyin edilir.
  • Yüngül yuxugətirici xassəyə malik olduğundan pisixi fəaliyyət pozğunluqlarında işlədilir.
  • Bitkinin dəmləməsindən dəri xəstəliklərində vanna kompres, islatma kimi istifadə edilir.
  • Adi qaraqınığın efir yağından parfümeriyada, sabun və ətirlərin tərkibinə daxil edilir. Qərbi Avropada xüsusən, İtaliya, İspaniya, Amerika və Meksikada ədviyyat kimi əvəzedilməz hesab olunur.
  • Özünəməxsus iyinə görə dünyada “Oreqano” adı ilə tanınır. Rusiyada mayaotu ilə birlikdə ev şəraitində pivə hazırlanmasında, salat, sup, farş, sous, kolbasa və digər ərzaq məmulatların hazırlanmasında və uzun müddət saxlanılmasında istifadə edilir.
  • Çiçəklənmə fazasında tibbi məqsədlə bu bitkinin çiçəkləri və 20 sm uzunluğunda gövdəsi toplanılır. Çardaq və ya quruducu şkafda 40oC temperaturda qurudulur. Xammalın saxlanma müddəti 2 ildir.

İstinadlar

Həmçinin bax

Tags:

Qaraqınıq Qaraqınığın faydalarıQaraqınıq Xalq təbabətində istifadəsiQaraqınıq otunun zərərli xüsusiyyətləriQaraqınıq NövləriQaraqınıq Təbabətdə istifadəsiQaraqınıq İstinadlarQaraqınıq Həmçinin baxQaraqınıqLamiaceaeLamialesLatın diliPlantae

🔥 Trending searches on Wiki Azərbaycanca:

Türkdilli dövlətlərVətən Müharibəsi Qəhrəmanlarının siyahısıİşıqDOST AgentliyiNadir şahYupiter (planet)Türk Dövlətləri TəşkilatıZülallarBaş Prokurorluq (Azərbaycan)KubErməni soyqırımıAzərbaycandakı ən yüksək dağ zirvələriAmerika Birləşmiş ŞtatlarıBirləşmiş Millətlər TəşkilatıGürcüstanPerimetrRozmarinOksigenTrapesiyaYeni Azərbaycan PartiyasıAşıq ƏləsgərTürkiyəCəlilabad rayonuƏmir TeymurFaizAzərbaycanın təbii sərvətləriAzərbaycan meşələriNəqliyyatƏdədi silsiləMercedes-BenzMürəkkəb cümləSöhbətül-əsmarBronxial astmaAzərbaycan Hərbi Dəniz QüvvələriGöygölSabirabad rayonuÇəmbərəkənd parkıAfrikaHepatit BKitabi-Dədə QorqudGölHeydər ƏliyevƏshabi-Kəhf (mağara)Köməkçi nitq hissələriFikrət ƏmirovGöygöl rayonuAlbert EynşteynBumeranqGöygöl (göl)Qacar dövləti25 aprelBəylər EyyubovTəsirlik halNəsrin Cavadzadəİkinci Qarabağ müharibəsiQədim YunanıstanAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)TəşbehMete xaqanQoç (astrologiya)Dünyanın möcüzələriQuba xanlığıAmoksisillinMarketinqAzərbaycan diliAzərbaycandakı çayların siyahısıHikmət MirzəyevQaraciyərVikipediyaSöz birləşməsiKvadrat metrAdrianXəbər (qrammatika)Nazirlər Kabineti (Naxçıvan)GəncəTəbii zonalarHeydər Əliyev adına Hərbi İnstitutNəriman Axundzadə🡆 More