Nəriman Qasımoğlu

Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim.

Nəriman Qasımoğlu
Doğum tarixi 26 dekabr 1956(1956-12-26) (67 yaş)
Doğum yeri
Atası Qasım Qasımzadə
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Ələsgər Məmmədov
Üzvlüyü

Erkən illəri

Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir.

Elmi fəaliyyəti

Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur.

ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur.

1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır.

1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olmuşdur. Fəal poetik yaradıçılığa 1980-ci illərdən başlamışdır. İlk şeirləri "Yaşıl budaqlar" (Bakı, Gənclik, 1982) almanaxında dərc edilmişdir. Şeirləri daha sonra Azərbaycanın ədəbi qəzet və jurnallarında, xaricdə — Türkiyə, İran, Suriya, İraqda çap olunmuşdur.

Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifidir.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şəxsi həyatı

Evlidir. 1 oğlu və 1 qızı var. Şair Qasım Qasımzadənin oğludur.

Siyasi fəaliyyəti

Nəriman Qasımoğlu Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, daha sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərmiş, Partiya sədrinin müavini olmuş, Partiya Ali Məclisinin Rəyasət Heyətində təmsil olunmuşdur. O, daha sonra partiyadan istefa vermiş və siyasətdən uzaqlaşmışdır.

Əsərləri

  1. İki doğum günü. Bakı: Yazıçı, 1990, 92 səh.
  2. Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama. Bakı: Azərbaycan nəşriyyatı, 1993, 368 səh.
  3. Ayə aydınlığında. Bakı: Elm, 1999, 225 səh.
  4. Oxu müqəddəsliyi. Bakı: Təhsil, 2005, 218 səh.

İstinadlar

Tags:

Nəriman Qasımoğlu Erkən illəriNəriman Qasımoğlu Elmi fəaliyyətiNəriman Qasımoğlu Şəxsi həyatıNəriman Qasımoğlu Siyasi fəaliyyətiNəriman Qasımoğlu ƏsərləriNəriman Qasımoğlu İstinadlarNəriman QasımoğluTərcüməçiŞairŞərqşünaslıq

🔥 Trending searches on Wiki Azərbaycanca:

MübtədaBronxitRamiz MehdiyevGəncə qalasıVüqar BiləcəriBöyük BritaniyaSu9 (ədəd)Rahib ƏliyevİsrailXXXTentacionTarixQədr surəsiKimyəvi reaksiyaMirzə Ələkbər SabirYusif (peyğəmbər)Brakonyerlikİlyas Əfəndiyevİnsan hüquqlarıAvrasiyaAzərbaycan Dövlət Pedaqoji UniversitetiUzun HəsənSaitAzərbaycanda Novruz bayramıSeks (dəqiqləşdirmə)Misir ehramlarıXudayar YusifzadəAzərbaycan Hərbi Hava QüvvələriHəşəratlarMaterikİndoneziyaAyAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı1981-ci il irland aclıq aksiyasıQubadlı rayonuTarNyu-YorkŞuşa rayonuPielonefritÜçbucaqQarabağ FKÜmumdünya Gülüş GünüQadın reproduktiv sistemləriQopuzLimfa düyünləriEldar MahmudovPolad HəşimovAzərbaycan musiqi alətləriAzərbaycandakı çayların siyahısıNida cümləsiÜnsiyyətKamran ƏliyevTuareqlərSpirtlərAzərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıƏdədi silsiləYeni Müsavat (qəzet)MarketinqVenesiyaİslamın beş şərtiTabesiz mürəkkəb cümlələrPirallahı adasıİranElxanilər dövlətiQızıl yel xəstəliyiElm və Təhsil Nazirliyi (Azərbaycan)Mübariz İbrahimovDurğu işarələriİntibah dövrüÜmumdünya cazibə qanunuYeni Azərbaycan PartiyasıAzərbaycan teatrıXitabQüslGöbələk xəstəliyiFİFA Dünya Kuboku finallarının siyahısıAzərbaycan Radiosu🡆 More