Qüsl

Qüsl - şəriətdə xüsusi qayda ilə yerinə yetirilən vacib əməl.

Qüsl 2 növdür: İrtimasi qüsltərtibi qüsl. Tərtibi qüsl aşağıdakı ardıcıllıqla yerinə yetirilir (bədən üzvləri mütləq su ilə yuyulur):

  1. Baş və boyun yuyulur
  2. Bədənin sağ tərəfi bütünlüklə yuyulur
  3. Bədənin sol tərəfi bütünlüklə yuyulur

Qeyd: Bədən üzvlərinin yuyulması zamanı yumanının üstdən-aşağı, yaxud aşağıdan yuxarı yuyulmasının əhəmiyyəti yoxdur.

İrtimasi qüsl çayda, göldə, su vannasında və s. də niyyətdən sonra bədənin bütün hissələrinin bir anda suyun altına salmaqla edilən qüsldür. Qüsl özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün, Məscidül-Həram və bəzi yerlərə daxil olmaq üçün vacibdir. Boynunda cənabət qüslü olan qüsl verdikdən sonra namaz üçün dəstəmaz almasına gərək qalmır, yəni həmin qüsllə namaz qıla bilər.

Oruc tutan adam irtimasi qüsl verə bilməz. Əks halda onun başı bütünlüklə suya girməlidir və bu halda onun orucu batil olar. Qüsl vermək üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl əvəzinə təyəmmüm edilir.

Qüslün şəkkiyyatı

Qüsl aldıqdan sonra boynuna qüsl gəlməsinə şəkk edirsənsə, yenidən qüsl almağa ehtiyac yoxdur. Əgər boynuna qüsl gəlibsə və qüsl alıb-almadığına dair şəkk etsən, gərək qüsl alasan.

Tərtibi qüsl verən zaman, əgər bədənin sağ tərəfini yumağa başlamısansa, baş və boyunun müəyyən miqdarının yuyulmadığına şəkk etsən şəkkinə etina etmirsən. Əgər bədənin sol tərəfini yumağa başlamısansa, baş və boyunun, yaxud sağ tərəfin müəyyən miqdarının yuyulmadığına şəkk etsən, şəkkinə etina etmirsən. Sol tərəfi yuyub qurtardıqdan sonra sol tərəfdən bir miqdarın yuyulmadığına şəkk etsən, yenidən həmin miqdarı yumalısan.

Tags:

Şəriət

🔥 Trending searches on Wiki Azərbaycanca:

BənzətməSüni intellektAzərbaycanın sərhədləriAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıAzərbaycanda təhsilMasturbasiyaVərəmAzərbaycan (tarixi ərazi)Səməd VurğunTransformatorBumeranqArŞifrPişikAmoksisillinHacı ŞahinCinsi əlaqəDünya okeanıRomaBiosferÖlçü vahidləriHəmidə Ömərovaİsgəndəriyyə mayakıSemiramidanın asma bağlarıŞəki xan sarayıAzərbaycan Premyer LiqasıMaşın öyrənməsiHeyvanlarAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıHacı Zeynalabdin TağıyevFutbolXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Arxeoloji abidələrDövlət Sərhəd Xidməti (Azərbaycan)Kamran İmanovPolad HəşimovNeftçi PFKAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıTelefonGülçöhrə MəmmədovaSintaktik əlaqələrŞiəlikÖvrə xəstəliyiKitabİqlim dəyişikliyiQızılgülSəudiyyə ƏrəbistanıSabirabad rayonuBeşinci nəsil qırıcıBronxial astmaAzərbaycandakı şəhərlərin siyahısıƏli NurMehdi HüseynzadəBöyrəkKöməkçi nitq hissələriNüvə silahıKonstitusiyaSpirtlərİnkişaf etməkdə olan ölkəAzərbaycan Xalq CümhuriyyətiQaraqanMoskvaSehrli xalat (film)Uşaqlıq (anatomiya)İkinci Dünya müharibəsiƏkinçi (qəzet)İsimAzərbaycan müğənnilərinin siyahısıGünəşElçin HüseynbəyliAzərbaycan Silahlı QüvvələriPerimetrİnsanFevralNəsirəddin TusiƏbülfəz Elçibəy2024-cü ildə vəfat edənlərin siyahısı🡆 More