Astana: Qazaxıstanın paytaxtı

Astana (qaz.

Astana
Астана
Astana: Şəhərin simvolu, Əhalisi, Görməli yerlər
Bayraq Gerb
Bayraq Gerb
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830
İlk məlumat 1832
Əvvəlki adları Aqmolinsk
Selinoqrad
Aqmola
Astana
Nur-Sultan
Sahəsi
  • 797,33 km²
Mərkəzin hündürlüyü 347 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1 350 228 nəfər (2022)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 7172
Poçt indeksi 010015
Nəqliyyat kodu Z, 01
Digər
gov.kz/memleket/entities…
Xəritəni göstər/gizlə
Astana xəritədə
Astana
Astana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır.

İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur.

1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır. 1999-cu ildən UNESCO tərəfindən "Dünyanın şəhəri" statusunu alıb. Burada dörd ali məktəb, filarmoniya, muzey, teatrkitabxanalar var.

Astananın salınmasında ölkənin 71 şəhəri, 432 tikinti şirkəti iştirak edib. 135 zavod isə onu tikinti materialları ilə təmin edib. Layihələrə yaponiyalı Kise Kurokava və britaniyalı Norman Foster kimi dünyanın tanınmış memarları rəhbərlik edib.

Şəhərin simvolu

Bayterek abidəsi şəhərin simvolu və vizit kartı hesab olunur. Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur. 97 metr yüksəklikdə şəhərin panoramasını seyr etmək üçün rəsədxana yerləşir. Buradan paytaxtı əlinizin içi kimi görə bilərsiniz. Abidəyə qalxmaq üçün liftdən istifadə olunur. Həmin zalın ortasında dünyanın 17 din xadiminin imzası olan 17 ləçəkli qlobus yerləşir. Həmin rəqəm burada təsadüfi xarakter daşımır. Binada qalereya, böyük akvarium və restoran yerləşir. Bəyterek dünyada 22 metr diametri, 300 ton ağırlığı olan, beş dirək üzərində dayanan və günəş şüalarının təsiri ilə tez-tez rəngini dəyişən şüşədən hazırlanan yeganə şardır. Bəyterek sözünün mənası hündür qovaq ağacı deməkdir. Abidənin maraqlı fəlsəfəsi var. Bu yumurtalarını qovaq ağacının başında qoyan xoşbəxtlik quşu Simurqla bağlıdır.

Əhalisi

Astanada 2020-ci il 1 sentyabr statistikasına əsasən 1 166 000 nəfər insan yaşayır.

Görməli yerlər

Astananın görməli yerləri sırasında Sülh sarayının adını çəkə bilərik. Bu piramida formalı binadır. Sahəsi 62 kvadrat metr olan sarayın hündürlüyü də həmin rəqəmlə ekvivalent təşkil edir. Onun tikiliş layihəsini britanıyanın tanınmış mühəndisi Norman Foster verib.

Binanın içərisində opera teatrı, eləcə də yığıncaq və konfransların keçirilməsi üçün nəzərdə tutulan otaqlar yerləşir. Lap yuxarı mərtəbədə müxtəlif dinlərə məxsus liderlərin qəbulu üçün 200 nəfərlik dəyirmi zal var. Bundan başqa, Astana məscidinə də baş çəkə bilərsiniz. Onun 62 metrlik dörd minarəsi var. Şəhərdə kilsə və sinaqoqun da olduğunu qeyd etməliyik. Əsası 2000-ci ildə qoyulmuş Prezidentin mədəniyyət mərkəzi də şəhərin diqqətəlayiq məkanlarındandır. Yuxarıdan baxanda dünyanın dörd tərəfinə istiqamətlənmiş şüaları olan şarı xatırladır. Mərkəzdə muzey, kitabxana və konsert zalı yerləşir. Astanada fontanlı hovuzlara tez-tez rast gəlmək mümkündür.

Ənənələr

Qazaxıstan qadınları başlarına papaq (ərə gedəcək qız saukale adlanan papaq taxır) və ya yaylıq örtüb ağ rəngli pambıqdan don, kişilərsə kəmər və çapan (naxışlı xalat) geyinirlər. Onlar öz qonaqpərvərlikləri ilə seçilirlər. Qonağı hörmətlə qarşılamaq və onu yedizdirmək səxavət hesab olunur. Buna konakası deyirlər. Məsələ ondadır ki, ev sahibi də qonaqdan nəsə bir şey xahiş edə bilər. Məsələn, mahnı oxumağı. Bu isə konnakkade adlanır. Siz qazax evinə 5 dəqiqəlik qonaq getsəniz belə mütləq oturmalı, heç olmasa bir loxma xörək yeməlisiniz. Xörək yeyilərkən isə susmaq olmaz. Belə ki bu, yediyinizi bəyənməmək kimi qəbul oluna bilər. Ancaq bir şeyə fikir də verməyi unutmayın. Böyüklər danışarkən onların sözünü kəsməyin və verilən suallara sakit və ədəblə cavab verin. Əgər evə qohum və ya yaxın bir dost uşağı gələrsə, ona hörmət əlaməti olaraq buzov və ya quzu bağışlanılır.

İstinadlar

Mənbə

Həmçinin bax

Tags:

Astana Şəhərin simvoluAstana ƏhalisiAstana Görməli yerlərAstana ƏnənələrAstana İstinadlarAstana MənbəAstana Həmçinin baxAstanaNursultan NazarbayevQazax diliQazaxıstan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Sürücülük vəsiqəsiAfrikaVaqif (dram)Tabesiz mürəkkəb cümlələrMoskvaAğıllı şəhərAppendisitMəhəmmədMirzə Fətəli AxundovLeyli və Məcnun (opera)Atəşgah (Bakı)ÜçbucaqAzərbaycan KubokuYunanıstanErmənistanNyuton qanunlarıQasım bəy ZakirHüseyn CavidUşaq hüquqlarıWhatsAppAytən SəfərovaPasxaSinonimXəbər (qrammatika)Dağlıq QarabağKamran İmanovÜslubiyyat (Azərbaycan dili)MasonluqHicri təqvimƏdatBMWBumeranqElektrik cərəyanıYusif MustafayevİsveçrəKəlbəcər rayonuBahadur ƏliyevVulkan püskürməsiEpilepsiyaAzərbaycan manatıAğqoyunlularKükürdVyetnamGədəbəy rayonuƏqrəb (astrologiya)Hafiz PaşayevDüzgün altıbucaqlıAlov qüllələriAzərbaycan Hərbi Hava QüvvələriAmerika Birləşmiş ŞtatlarıTorpaq sürüşməsiVərəmXınalıqSpirtlərAzərbaycanın Qırmızı KitabıRəcəb Tayyib ƏrdoğanÜnsiyyətMirvariƏliAzərbaycan adalarının siyahısıBir qalanın sirriŞirvanşahlar sarayıƏtraf mühitCümlənin ikinci dərəcəli üzvləriMaşın öyrənməsiKitabBakıEnerjiProtokolFaizOksigenMüsavat PartiyasıXurşidbanu NatəvanModal sözlərŞahmatƏkinçi (qəzet)🡆 More