Merlion

Merlion (ing.

Xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.Merlion sözü mer ("dəniz", ing. mermaid — "su pərisi") və lion ("şir"). Şir gücü və qorxmazlığı simolizə edir. Balıq isə Sinqapurun dənizlə olan sıx bağlılığına işarə edir. Şəhərin adı sanskrit sözü olan sinqa ("şir") və pura sözlərindən meydana gəlmiş və qədim əfsanəyə görə şəhərə bu adı şahzadə Sanq Nila Utama verib. Şahzadə cəngəllikdə şirlə qarşılaşmış və qılıncını çıxararaq döyüşə hazırlaşmış. Ancaq şir və şahzadə bir-birinin gözlərinə baxaraq sülhlə ayrılmışlar.

Merlion
Göydələnlərin fonunda Merlion heykəli
Merlion
Merlion gecə vaxtı

Merlion heykəli Sinqapurda şəhərin emblemindəki formaya uyğun qurulub. Emblem 1964-cü ildə sinqapur turizm cəmiyyətinin sifarişi əsasında Freyzer Brunner tərəfindən işlənilmişdir. Betondan olan heykəlin hündürlüyü 8,6 metr, çəkisi 70 tondur. Lahiyyənin dəyəri 165,000 sinqapur dollar olmuş. Heykəlin yerli heykəltaraş Lim Nanq Senq hazırlamışdır. Merliyon təkcə heykəl statusu daşımır, o həm də, fontandır. Məhz şirin ağzından su fontan vurur. Heykəli Sinqapur çayının mənsəbində ucaldıblar. 15 sentyabr 1972-ci ildə təntənəli şəkildə Merlion parkının açılışı olmuş və tədbirdə Sinqapurun baş naziri Li Kuan Yu iştirak etmiş. Heykəlin ətrafında zamanla böyük göydələnlər, parlament binası, asiya sivilizasiyası muzeyi və s. önəmli binalar tikilmişdir.

1997-ci ildə tikintisi başa çatan Esplanada körpüsü hekəlin dənizdən olan görünüşünün qarşısı kəsmişdi. 2002-ci ildə heykəl və təməli çay boyu 120 metr aşağıya aparılaraq Fullerton otelinin önündə yerləşdirilmişdi.

28 fevral 2009-cu il, saat 4:30-da heykəli ildırım vurmuş və bir hissəsi dağılmışdır. Müasir dövrdə heykəl tam restavrasiya olunub.

Merlion heykəlləri

Beş Merlion heykəli ölkədə rəsmən təsdiqlənmiş statusa malikdir:

  • Merlion parkında, 8,6 metr hündürlüyə malik olan əsil heykəl.
  • İki metirlik heykəl. Əsil heykəlin arxasında yerləşir.
  • 37 metirlik nəhəng forma- Sentosa adasında yerləşir.
  • Üç metrlik şüşə formalı heykəl. 1995-ci ildə qoyulmuş.
  • Üç metr hündürlüyü malik digər heykəl Faber dağında ucaldılıb. Xaricdə olan sinqapurların, iş adamlarının və Sinqapurla daha yaxın əlaqələrə malik ölkələrin təşəbbüsü ilə Yaponiyada, Çində, ABŞ-da Merlion heykəlləri ucaldılıb.

Merlion suvenirlərdə

Sinqapurun turistik bölgəsində fərqli çeşiddə suvenirlər satılır:

  • Müxtəlif əşyaların ətrafını əhatə edən kiçik merlion fiqurlar.
  • Kiçik asılqanlar və telefon üçün breloklar
  • Şəkil üçün çərçivələr.
  • Soyuduculara yapışdırılan maqnitlər.
  • Yumşaq oyuncaqlar.
  • Geyimlərdə.

Merlion incəsənətdə və kütləvi informasiya vasitələrində

  • Merlion (マーライオン) Yaponiyanın məşhur Cowboy Bebop animisində görsənir.(epizod 18 və 24).
  • Yapon romanı olan Seitokai Ichizonda.
  • Merlionu həmçinin populyar videooyun Animal Crossing (Nintendo GameCube) görmək olar.
  • Merlion Valvrave the Liberator(anime) teleseryalının birinci hissəsində görsənir.(2013)

Şəkillər

İstinadlar

Tags:

Merlion heykəlləriMerlion suvenirlərdəMerlion incəsənətdə və kütləvi informasiya vasitələrindəMerlion ŞəkillərMerlion İstinadlarMerlionMalay diliSanskritSinqapurÇin diliİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

MəkkəLütfi ZadəYəhudilərDağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləriSalamAzərbaycan RadiosuMübariz TağıyevSəudiyyə ƏrəbistanıOksigenErkin QədirliRəşid Mahmudov (fizioloq)Microsoft WordKompüter şəbəkəsiAlmaniya şəhərləriQızılca (xəstəlik)PerimetrAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıBalıqAtropatenaFonetik təhlilAzərbaycan Beynəlxalq BankıNida cümləsiEmin Mahmudov (futbolçu)Rəsul RzaEverestEhtirasTorpaqGicgah sümüyüKvadratMenstruasiyaHeyvanlarOğlaq (astrologiya)Təhminə (film, 1993)AğqoyunlularAsiyaİlanlarEyyub YaqubovMisir ehramlarıAğciyər iltihabıAğdamİbn SinaXankəndiAzərbaycan laylalarıSəlib yürüşləriŞuşanın azad edilməsiDiktorAzərbaycan dövlət başçılarının siyahısıOqtay ƏliyevTalışlarQarışqalarAral gölüDinNadir şah ƏfşarUşaq hüquqlarıSəhlab BağırovDərman bitkilərinin siyahısıFrankfurt məktəbiBal arısıİnkişaf etmiş ölkələrQuran surələrinin siyahısıAzərbaycan əhalisiQİÇSPsixologiyaXarıbülbülLeyliBöyrəkMonteneqroEkologiyaXurmaKöməkçi nitq hissələriTərəzi bürcü (astrologiya)ŞakiraKompüter qurğularıDövlət Sərhəd Xidməti (Azərbaycan)Morfologiya (linqvistika)Azərbaycan Qızıl Aypara CəmiyyətiAmoksisillin🡆 More