Kraystçerç Məscidlərinə Hücum: Yeni Zelandiyada silahlı hücum

Kraytsçerç məscidinin (eng.

Christchurch Mosque) - 15 mart 2019-cu ildə müsəlmanların cümə namazı zamanı saldırıya uğradığı hadisədir. Kraystçerç şəhərində ardıcıl olaraq, Kristofor qəsəbəsində Əl-Nur Məscidində və Linvud İslam Mərkəzində terror hücumu baş verib. Ümumilikdə bu terrorda 50 nəfər həlak olub, verilən ilkin məlumatlara görə isə 50 nəfər yaralanıb. Təqsirləndirilən günhakar, Avstraliyalı Brenton Tarrant həbs olunub. Şübhəli terrorist öz terror aktını Facebook Live üzərindən canlı yayım edib.

Kraystçerç məscidlərinə hücum
Əl Nur məscidi
Hücum yeri Kraystçerç, Yeni Zelandiya
Hücum hədəfi Müsəlmanlar
Vaxt 15 mart 2019
15:30 radələri
Həlak olanlar 50
Yaralılar 50
Terrorçu sayı 1
Qatillər Brenton Tarrant
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hücumlar

Hücumlar saat 15 mart 2019-cu ildə saat 13:40-dan başlayaraq ardıcıl olaraq, Əl Nur Məscidi və Linvud İslam Mərkəzində həyata keçirilib. İlkin məlumatlara görə bütün məscidlərdə eyni vaxtı baş verildiyi irəli sürüldü, lakin sonradan hər iki məsciddə "planlaşdırılan" cinayətə görə bir şübhəli saxlanılıb.

Əl-Nur Məscidi

Ağır silahlar daşıyan terrorçu saat 13:40 radələrində Deans prospektində, Rikkartondaki Əl-Nur məscidində ibadət etməyə başlayan müsəlmanların üzərinə silahla hücum çəkməyə başladı. Silahlı şəxs, hücumunun ilk 17 dəqiqəsini, Facebook Live üzərindən birbaşa efir olaraq yayımladı. O məruzələrdə, 28 yaşında ortaboylu avstraliyalı neonasist şəxs kimi xarakterizə edilmişdi. Gülləbarandan əvvəl avtomobilində oturan terrorist, ilk olaraq Britaniya Silahlı Qüvvələrinin milli marşını, sonra isə Bosniya müharibəsi (1992–1995) zamanı ifa olunan və dserb milliyətçi mahnısı olan "Güclü Serbiya" marşını qoşmuşdu.

Əl-Nur Məscidinin girişində 3 nəfəri öldürmüş, məscidin mərkəzində isə geri qalan müsəlmanları qətl etmişdi. Həmçinin, silahlı şəxs yaralananlara yaxınlaşıb, bir neçə dəfə də atəş açmış, sonra isə məscidi tərk edərək məscidin ətrafındakılara atəş açmışdır. Yaraladıqları şəxsləri öldürmək üçün yeni silah gətirmək üçün avtomobilinə gedir, lakin bu zaman ərzində zərərçəkənlərin çoxu yaralanmışdı və qaça bilmədi. Silahlı şəxs daha sonra ikinci dəfə məsciddən çıxıb avtomobilinə doğru irəlilədikdə, ayaq yolunun yaxınlığında bir qadını da vurmuşdu. Bundan sonra, o avtomobilinə qayıtdı və qısa müddətdən sonra hadisə yerindən qaçdı.

Canlı yayımlanan görüntülər, terroristin sadəcə məscidin içərisində deyil, yaxınlıqdakı adamların da canına qıydığını göstərirdi. Terrorist Əl-Nur Məscidində təxminən altı dəqiqə sərf etmişdi. Linvud İslam Mərkəzinə istiqamətlənən terrorist Kraystçerç şəhərində Biley prospektində yola çıxarkən Facebook Live üzərindən canlı yayımı kəsildi.

Linvud İslam Mərkəzi

Qısa bir müddətdən sonra Linvud İslam Mərkəzində ikinci bir atışma baş verir. Linvud İslam Mərkəzi, Əl-Nur Məscidindən 5 kilometr (3.1 mil) uzaqlıqda yerləşir. Linvud İslam Mərkəzində 7 insan amansızcasına qətlə yetirildi.

Yeni Zelandiya Herald xilasetmə qrupunun verdiyi məlumata görə, məsciddə qulluq edən gənc oğlan terrorçu ilə odlu silahla mübarizə apararkən qətlə yetirilib. Avtomobildə iki ədəd partlayıcı qurğu tapılıb, lakin daha sonra Yeni Zelandiya Müdafiə Qüvvəsi tərəfindən zərərsiz hala gətirilib.

Şübhəlilər

Terrorçulardan biri – 28 yaşlı Brenton Tarrant törətdiyi qətliamı 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımlayıb. Videoda silah və sursatlar üzərində müxtəlif dillərdə, o cümlədən, erməni, ispan, ingilis, serb və polşa dillərində yazılar var. Yazılarda real insanların adları, anti-türk eyhamı olan tarixi hadisələrin təqvimi göstərilib. Xüsusilə bir avtomatın üzərində olan "Սարիղամիշի Ճակատամարտ" (azərb. Sarıqamış döyüşü‎) yazısı diqqət çəkir. Bu, Birinci Dünya müharibəsi dövründə TürkiyəRusiya qoşunları arasında baş vermiş qanlı döyüşdür. Həmin döyüşdə Rusiya qoşunlarında erməni hərbçilər də yer alıb.

Hadisə ilə əlaqədar məhkəmə iclası 2020-ci il mayın 4-də başlayacaq. Xüsusi rejimli həbsxanada birnəfərlik kamerada saxlanan B. Tarrant videoəlaqə vasitəsilə məhkəməyə qatılıb. Brenton Tarrant günahkar olmadığını bildirib.

Reaksiyalar

İstinadlar

Xarici keçidlər

Tags:

Kraystçerç Məscidlərinə Hücum HücumlarKraystçerç Məscidlərinə Hücum ŞübhəlilərKraystçerç Məscidlərinə Hücum ReaksiyalarKraystçerç Məscidlərinə Hücum İstinadlarKraystçerç Məscidlərinə Hücum Xarici keçidlərKraystçerç Məscidlərinə HücumCümə namazıƏl Nur məscidi

🔥 Trending searches on Wiki Azərbaycanca:

AyAy təqvimiXarıbülbül (simvol)Bakı metrosuNəsli kəsilməkdə olan növlərAzərişıqBakıda yerləşən abidələrin siyahısıBəylər EyyubovSahələrinə görə ölkələrin və ərazilərin siyahısıHidrogenYerin quruluşuTalıb TaleMüstəqillik Günü (Azərbaycan)MarsYaşar NuriBöyük Hun imperiyasıQİÇSArtemida məbədiTeymurilər dövlətiMoskvaXırda sinir lifləri neyropatiyası0Real Madrid FKÇingiz AytmatovSöhbətül-əsmarOğlaq (astrologiya)FonetikaAzərbaycan himniAbşeron rayonuİnformatikaNaftalanXocalı soyqırımıDaxili qurğular (kompüter)Hepatit BRoza Zərgərliİnflyasiyaİzzət BağırovQarabağ xalçalarıMəhəmməd peyğəmbərin evlilikləriQərbi AvropaAygün KazımovaAzərbaycan (tarixi ərazi)Mir CəlalİtaliyaHüquqLeksikaTabeli mürəkkəb cümləSuçiçəyiƏfşar imperiyasıRəngli monitorMustafa Kamal AtatürkElektrik müqavimətiŞəmkir rayonuAfrikaGənclik parkıYeni Azərbaycan PartiyasıKomedixanaSahibkarElçin HüseynbəyliNəqli cümləAbdulla ŞaiqTəşbehSıra sayıTəbiətin qorunmasıAzərbaycanın inzibati bölgüsüSiçan (kompüter)Hikmət MirzəyevAzərbaycanın sərhədləriTerminologiyaAzərbaycanSual cümləsiMürəkkəb sözlərSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiXorMariya AntuanettaMilli Dirçəliş GünüZülallarYüngül atletika🡆 More