Ii Elizabetin Ölümü

Birləşmiş Krallıq və Millətlər Birliyinin ən uzun hökm sürmüş kraliçası olan II Elizabet 8 sentyabr 2022-ci ildə Şotlandiyada yerləşən Balmoral qalasında 96 yaşında öldü.

Xəbər BBC tərəfindən canlı yayımda Britaniya Yay Vaxtı ilə 18:31-də ictimaiyyətə bildirildi. Günün səhər saatlarında həkimlər sağlamlığının sürətlə pisləşdiyini və tibbi müayinədə olduğunu bildirdi.

II Elizabetin ölümü
Ii Elizabetin Ölümü
Tarix 8 sentyabr 2022
Yeri
  • Balmoral qalası[d], Aberdinşir[d]
Koordinatlar
Səbəbi qocalıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xronologiya

8 sentyabr 2022-ci ildə İngiltərə vaxtı ilə 12:30-da Bukinqem sarayı kraliçanın müayinə altında olduğunu və həkimlərin narahat olduğunu açıqladı. Kraliçanın ailəsi Vilyam və Harri ilə birlikdə yanında olmaq üçün qalaya getdilər.

BBC kraliçanın vəziyyətini yaxından izləmək məqsədi ilə saat 14:00 civarında BBC One proqramını 18:00-a qədər dayandırdı. Digər kanallarda kraliçanın vəziyyəti ilə əlaqəli xüsusi yayım proqramları verildi. Saat 15:00-da BBC müxbiri Yelda Hakim Elizabetin öldüyünə dair heç bir rəsmi açıqlama olmamasına baxmayaraq kraliçanın öldüyü haqda tvit paylaşdı. Daha sonra tviti sildi.

16:30-da Baş nazir Liz Trass kraliçanın ölümü barədə məlumatlandırıldı.

Britaniya Kral Ailəsinin rəsmi Twitter hesabı saat 18:30-da (BYV) tvit paylaşaraq kraliçanın ölümünü elan etdi. Kraliçanın ölümünün televiziyadakı ilk xəbəri 18:31-də BBC-də yayımlandı. Ardınca Bukinqem sarayı — "Kraliça bu günortadan sonra Balmoralda öldü. Kral və arvadı bu axşam Balmoralda qalacaq və sabah Londona qayıdacaqlar", — deyə açıqlamasında bildirdi.

Xələfi

Ölümündən sonra ən böyük oğlu III Çarlz taxta çıxdı. Tac mərasimi haqda məlumat verilməyib.

Dəfn

Dövlət tərəfindən təşkil olunacaq dəfn mərasimi ilə bağlı məlumat verilməyib; amma ölümündən on iki gün keçməsi gözlənilir.

Reaksiyalar

Bukinqem sarayındakı Birləşmiş Krallıq bayrağı yarıya endirildi.

Xəbərin ardınca Londonda yerləşən Bukinqem sarayının qarşısında yüzlərlə insan toplaşdı.

8 sentyabrda kraliçanın ölümünə görə ABŞ Konqres Binasındakı ABŞ bayrağı yarıya endirildi.

Co Bayden, Cill Bayden, Cimmi Karter, Bill Klinton, Corc V. Buş, Barak Obama, Donald Tramp, Şarl Mişel, Ursula fon der Lyayen, Yens Stoltenberq, Emmanuel Makron, Frank-Valter Ştaynmayer, Pedro Sançes, Serco Mattarella, İnyaçino Kassis, Sauli NiinistöNarendra Modi II Elizabetin ölümünə başsağlığı mesajlarını paylaşdılar.

İstinadlar

Xarici keçidlər

Tags:

Ii Elizabetin Ölümü XronologiyaIi Elizabetin Ölümü XələfiIi Elizabetin Ölümü DəfnIi Elizabetin Ölümü ReaksiyalarIi Elizabetin Ölümü İstinadlarIi Elizabetin Ölümü Xarici keçidlərIi Elizabetin ÖlümüBBCBirləşmiş KrallıqII ElizabetMillətlər BirliyiŞotlandiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

Çay (coğrafiya)Albert AqarunovKompüter oyunuSasanilər imperiyasıMir Cəfər BağırovQarabağMülahizəRəsul RzaTörəməCənubi KoreyaİnformasiyaABŞ bayrağıOrqanizmŞəkiQaçışTovuz rayonuMüsavat PartiyasıAzərbaycan Respublikası Mərkəzi BankıHəcmBakı kəndlərinin siyahısıOğlaq (astrologiya)MenecmentAlbert EynşteynKürBakteriyalar20 manatlıq əsginasAzərbaycan Quru Qoşunlarının hərbi nişanlarıAzərbaycan Texniki Universiteti2024-cü ildə vəfat edənlərin siyahısıUzunluq (fizika)BayquşlarLionel MessiHicri təqvimFaizHəmidə ÖmərovaƏdatİsmayıllı rayonuQarabağ xalçalarıDüzbucaqlı paralelepipedLeyli və Məcnun (opera)RusiyaAzərbaycan şirkətlərinin siyahısıBeynəlxalq təşkilatTərəzi (astrologiya)Lotu QuliPənahəli xanXınalıqPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Rəşid BehbudovÖzbəkistanCəmiyyətQazaxıstanOperaSourAğıllı şəhərBalaəliGölBalıqQastritAzərbaycanın dövlət bayramları və xüsusi günləriCavanşir MəmmədovDolça (astrologiya)Üslubiyyat (Azərbaycan dili)Microsoft ExcelTəbiətin qorunmasıOsmanlı sultanlarının siyahısıOral seksHafiz PaşayevDron hücumuMöminə Xatun türbəsiÖlkə paytaxtlarının siyahısıGünəş sistemiAzərbaycan toy adətləriİnternetTolerantlıqCənubi AzərbaycanDilRamil Usubovİyun🡆 More