Varlıq Hel

Hel (q.skan.

Hel
q.skan. Hel
Varlıq Hel
"Hel". Yohannes Gerts. 1889-cu il.
Mifologiya german-skandinav mifologiyası
Yer Helheym
Cinsi qadın
Fəaliyyəti ölülər diyarının (Helheym) hakimi
Atası Loki[…]
Qardaşı və bacısı Yormunqandr, Sleypnir
Əlaqəli personajlar Loki, Anqrboda, BaldrOdin
Digər mədəniyyətlərdə Persefona, Erlik, Prozerpina, Kali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur.

Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.

Helin XI əsrə aid qədim ingilis dilinə tərcümə edilmiş "Nikodima incili" və qədim skandinav dilində yazılmış "Barfolomey saqası"ndakı fiqurlarla potensial əlaqələri, eləcə də onun potensial Hind-Avropa paralelləri ilə bağlı elmi nəzəriyyələr irəli sürülmüşdür.

Etimologiya

Qədim skandinav dilində qadın cinsində olan "Hel" xüsusi ismi bu diyara ağalıq edən varlıq ilə eynidir. Bu terminin müasir ingilis dilindəki "Hall", eləcə də qədim skandinav dilindəki "Valhalla" (azərb. Öldürülmüşlərin zalı‎) sözü ilə əlaqəsi var. Bu sözü bütün german dillərində tapmaq mümkündür. Məsəlüçün, qədim ingilis dilindəki "Hell", qədim friz dilindəki "Helle", qədim sakson dilindəki "Hellia", qədim yuxarı alman dilindəki "Hella" və qot dilindəki "Halja" bu nümunələrə aiddir. Bu sözün bütün formaları bərpa edilmiş pragerman dilindəki qadın cinsində olan *xaljō" (azərb. Üstü basdırılmış yer/Cəhənnəm‎) ismindən törəmişdir. Bu sözün pragerman dilindəki forması da prahind-Avropa dilindəki "*kel-" və "*kol-" (azərb. Üstünü örtmək/Gizlətmək/Qorumaq‎) sözlərindən törəmişdir.

Arxeoloji tapıntılar

Xalqların böyük köçü dövrünə aid bir neçə brakteatın Hel təsvirinə sahib olduğu irəli sürülmüşdür. Xüsusilə də "IK 14" və "IK 124" təyinatlı brakteatlar yamac boyunca aşağı, əlində əsa daşıyan bir qadına doğru hərəkət edən bir atlını təsvir edir. Ehtimal olunur ki, yamac atlının ölülər diyarına olan səyahətini təsvir edir, əsalı qadın isə həmin diyarın – Helheymin hakimi olan Hel fiqurunu simvolikləşdirir.

Üç tanrı fiqurunu təsvir edən bəzi "B" sinifli brakteatların Baldrın ölümünü təsvir etdiyi düşünülür. Bu üç fiqurdan ikisinin Baldr və Odin olduğu dəqiqləşdirilmişdir, ancaq üçüncü fiqurun ya Loki, ya da ki Hel olduğu güman edilir. Üçüncü fiqurun Hel olduğu halda, bu brakteatda ölən Baldrın Helheymə getməsi və onun Hel tərəfindən qarşılanması təsvir olunmuşdur.

Adlandırma

2017-ci ilin yanvar ayında İslandiya Adlandırma Komitəsi "Hel" adının uşaqlara verilməsinin qadağan edilməsi ilə bağlı qanun qəbul etmişdir. İslandiya Adlandırma Komitəsi bildirmişdir ki, "ad böyüdükcə uşağa mühüm dərəcədə narahatlıq və əndişə verə bilər".

Qeydlər

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Tags:

Varlıq Hel EtimologiyaVarlıq Hel Arxeoloji tapıntılarVarlıq Hel AdlandırmaVarlıq Hel QeydlərVarlıq Hel MənbəVarlıq Hel Xarici keçidlərVarlıq HelGerman-skandinav mifologiyasıHelheymLokiQədim skandinav dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kəlmeyi-şəhadətMenecmentDaxili İşlər Nazirliyi (Azərbaycan)BronxitEtnoqrafiyaNəqli cümləBirləşmiş Ərəb ƏmirlikləriSay (qrammatika)Mədə xərçəngiEpitetAran xalçalarıRöya AyxanQazax rayonuBucaqİyulMariya AntuanettaRasim BalayevDairəTürkiyəAzərbaycanın inzibati bölgüsüAvtomobilin tarixiCabir İmanovSəudiyyə ƏrəbistanıRem və RomulPalçıq vulkanıRənglər siyahısıAbbasqulu ağa BakıxanovBağlayıcıBəxtiyar VahabzadəKitabi-Dədə QorqudQərbi Azərbaycan mahallarıAzərbaycandakı quşların siyahısıQarabağDünyanın möcüzələriHüseyn CavidBəylər EyyubovParaleloqramTərəqqi medalıİlham ƏliyevMüsavat PartiyasıTürkmənçay müqaviləsiZərifə ƏliyevaBərdə rayonuAygün KazımovaQızlıq pərdəsiSahələrinə görə ölkələrin və ərazilərin siyahısıAğciyər xərçəngiLayihəSüni intellektReinkarnasiyaMolla Pənah VaqifYunanıstanSilindrGözİşıqI İsmayılFövqəladə vəziyyətYerNamiq HacıheydərliAzərbaycan Respublikasının KonstitusiyasıSultan Süleyman QanuniTəbii zonalarMirvariŞeirŞəkilçiDədə QorqudGərginlik (elektrik)Yol nişanlarıPolşaQİÇSÖvrə xəstəliyiQara QarayevZəncirotuSevil ƏliyevaBirinci Qarabağ müharibəsiLənkəran rayonuDəriİnkişaf etmiş ölkə🡆 More