Cəhənnəm (yəhudicə gehinnom – Hinnom vadisi) — dərin quyu Bunun ərəbcə “bədbəxtlik, uğursuzluq” mənasını verən bir söz olduğunu iddia edən İslam alimləri olsa da, dil alimləri bu məsələdə tərəddüd etmişlər.
Yunan dilində geenna və latınca gehenna kimi istifadə olunan söz, ehtimal ki, ibranicə gé-Hinnom (Hinnom vadisi) sözündəndir. Əksər dini təlimlərə görə əbədi əzaba düçar edilmiş günahkarların ruhlarının məskəni. İslam dininə görə 7 təbəqədən ibarət cəhənnəm üzərindən qıldan nazik Sirat körpüsü çəkilmişdir. Günahkarlar körpüdən yıxılıb cəhənnəmə vasil olurlar.
Quranın yetmiş yeddi ayəsindəki cəhənnəm sözünün ərəbcə olduğunu deyənlər cəhənnəm sözünün ərəbcə “Cəhnəm” sözündən götürüldüyünü, cəhnəmin isə “cəhm”dən törədiyini bildiriblər.Cehm; galiz, murdar, istenmeyen deməkdir.Cəhənnəm günahkar bəndələrin və kafirlərin axirətdə gedəcəkləri əzab yeridir.Yaxud bu, Allahın əzaba layiq olanları onunla cəzalandıracağı və ölümdən sonra əbədi əzab yurdu olan odun adıdır. Qurani-Kərimdə cəhənnəmin müxtəlif adları qeyd olunmaqdadır.
"Qurani-Kərim"də cəhənnəmin 7 qapısının olduğu qeyd olunur: (Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər.
This article uses material from the Wikipedia Azərbaycanca article Cəhənnəm, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.