Georq Kantor

Georq Kantor — alman riyaziyyatçısı, müasir riyaziyyatın yaradıcılarından biri, çoxluqlar nəzəriyyəsinin banisi, həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir.

Georq Kantor
alm. George Cantor
Qeorq Kantor
Qeorq Kantor
Doğum adı George Ferdinand Ludwig Philipp Cantor
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq, Rusiya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Halle, Almaniya
Vəfat səbəbi ürək tutması
Elm sahələri çoxluqlar nəzəriyyəsi, riyaziyyat
Elmi dərəcələri
Təhsili
Elmi rəhbərləri Ernst Kummer, Karl Veyerştrass
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Georq Kantor birja makleri Georq Voldemar Kantor və Mariya Kantorun ailəsində dünyaya gəlmişdir. Onun atası Kopenhagendə anadan olmuş, gənc vaxtlarında Sankt-Peterburqa köçərək orada lütherlik missiyasiyasına qoşulmuşlar. Oğlununn sonrakı deyimlərinə görə onun atası separd ailəsinə mənsub olmuşdur. Anası Sankt-Peterburqda avstriya mənşəli musiqiçi ailəsində anadan olmuşdur.

Kantor ailəsində uşaqlar sərt dini mühitdə tərbiyə almışlar. Ona görə də Georq Kantor ömrünün çox hissəsini dərin dini təsəvvürə malik bir insan olaraq qalmışdır. O 11 yaşında olarkən ailəsi atasının səhhətinin pisləşməsi ucbatından Visbadendə yerləşən kurort şəhərinə köçür. Bir az sonra onlar Frankfurt na Mayn şəhərinə köçürlər.

Məktəbi bitirdikdən sonra 1860-cı ildə o Sürixdəki politexnik məktəbinə daxil olur. Sonra isə Qöttingendə təhsilini davam etdirir. 1867-ci ildə doktoranturanı bitirərək Berlində elmi dərəcə alır. Bundan sonra Kantor 1869-cu ildən başlayaraq ömrünün sonunadək Halle şəhərində çalışır. Öncə dosent kimi çalışan Kantor, 1913-cü ildə professor vəzifəsi alır.

Halledə yaşadığı dövrdə bir çox xəstəliklərlə mübarizə aparmalı olan Georq Kantor 6 yanvar 1918-ci ildə orada sanatoriyada vəfat edir.

Elmi işləri

Kantor 1874-1897-ci ildə çoxluqlar nəzəriyyəsini yaradır. Onun bu nəzəriyyə üçün verdiyi tərif belədir: "Çoxluq deyəndə bizim düşüncəmizlə qəbul olunan, bir-biri ilə fərqləndirilə bilən m obyektlərinin toplusu M başa düşülür".

Kantor sonsuz çoxluqların elementlərinin birmənalı münasibətinin müşahidəsi zamanı çoxluqlar nəzəriyyəsi ideyasına gəlir. O bu münasibətdə olan çoxluqları "ekvivalent" və ya "eyni güclü" adlandırır. Ona görə təbii ədədlər həqiqi ədədlər ekvivalentdir. Bunu Kantorun diaqonallaşdırma üsulu da təsdiq etmişdir. Özünün ikinci diaqonal arqumenti ilə o sübut etmişdir ki, həqiqi ədədlərin çoxluğu təbii ədədlərdən güclüdür. Onun işləri o dövrün riyaziyyatçıları arasında mübahisə doğurmuşdur.

Kantorun özü naiv çoxluqlar nəzəriyyəsinin antinomların kəşfçisi sayılır. O kanton antinomlarının köməyi ilə sübut etmişdir ki, müəyyən sinifə daxil olan elementlər çoxluq yaratmırlar.

Kantor cütləşmə funksiyası da onun adını daşıyır.

Həmçinin bax

Ədəbiyyat

  • Walter Purkert/Hans Joachim Ilgauds: Georg Cantor 1845–1918. Basel/Boston/Stuttgart: Birkhäuser, 1987. (= Vita mathematica; 1.) (Biographie; auch für Nichtmathematiker)
  • David Foster Wallace: Georg Cantor. Der Jahrhundertmathematiker und die Entdeckung des Unendlichen. München: Piper, 2007, ISBN 3-492-04826-9
  • Johanna J. Danis, Transfinite Zahlen. In: dies., Zahlenwende, München 2000, ISBN 3-925350-75-6

İstinadlar

Xarici keçidlər

Tags:

Georq Kantor HəyatıGeorq Kantor Elmi işləriGeorq Kantor Həmçinin baxGeorq Kantor ƏdəbiyyatGeorq Kantor İstinadlarGeorq Kantor Xarici keçidlərGeorq KantorÇoxluqlar nəzəriyyəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Zəfər Günü (Azərbaycan)Ətraf mühitXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıŞamaxıVaqif GərayzadəAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıNanə AğamalıyevaAbbasqulu ağa BakıxanovAdolf HitlerHeyvan zorakılığıƏləsgər Ələkbərov (aktyor)İlyas ƏfəndiyevGöbələk xəstəliyiVergiSifət (qrammatika)Vətən Müharibəsi Qəhrəmanlarının siyahısıTürkmənistanPerimetrCazibə qüvvəsiAğdam Çay EviHeyvanlarTyananmen meydanı etirazları (1989)Dövlət Sosial Müdafiə FonduBal arısıAzərbaycan Quru QoşunlarıLeksikaTəvəssül duasıHekayəCəbrayıl rayonuAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Rənglər siyahısıAvropa İttifaqıQuran surələrinin siyahısıHacı ŞahinLeyli və Məcnun (Nizami)Elvin Cəfərquliyevİsrail MəmmədovGəncə qalasının işğalıQarışqalarAdəmI İsmayılƏnvər MəmmədxanlıAzərbaycan Beynəlxalq BankıMaterikGözZakir HəsənovFonetikaAygün KazımovaFatiməPlanetKompüter qurğularıHacı Məmmədov (cinayətkar)Şahmar UsubovAzərbaycanda Novruz bayramıAnklavQarabağ FKAzərbaycan memarlığıMolla Pənah VaqifHeydərbaba dağıOmonimDövlət Sərhəd Xidməti (Azərbaycan)Qabarıq çoxbucaqlıSkarlatinMidiya dövlətiMirzə Ələkbər SabirAzərbaycan milli geyimləriAvropa ölkələrinin siyahısıXankəndiAyaz MütəllibovAntonimRamiz ZeynalovAyasofiyaSufizmYerFutbolFeilFaiq Sücəddinov🡆 More