Farer Adaları (far.
Danimarka Krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır.
Farerlər | |||||
---|---|---|---|---|---|
far. Føroyar dan. Færøerne | |||||
| |||||
Himn: Tú alfagra land mítt | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Torshavn -12,3 min nəfər (2012-ci il) | ||||
Kraliça | Frederik X | ||||
Baş komisar | Lene Moyel Yohansen (2017~ ) | ||||
Baş nazir | Barur a Stay Nilsen (2019~ ) | ||||
Sahəsi | Dünyada 180-ci | ||||
• Ümumi | 1399 km² | ||||
• Su sahəsi (%) | 0,5 | ||||
Əhalisi | |||||
• Əhali | 49 min nəfər (210-cu) | ||||
• Siyahıyaalma (1977) | 41 969 nəf. | ||||
• Sıxlıq | 35 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 1 470 million dollar (197-ci) | ||||
• Adambaşına | 30 500 dollar (49-cu) | ||||
İnternet domeni | .fo | ||||
ISO kodu | FO | ||||
BOK kodu | FRO | ||||
Telefon kodu | +298 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Farer Adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir.Farer Adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir.
Farer Adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir.
Farer Adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km.-dir. Farer Adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.
Əhalisi 48,5 min nəfərdir (2011-ci il siyahıya alınmasına görə). Əsas dil - Farer dilidir.
Əhalinin yaş tərkibi: 0-14 yaş: 20,6% (qadınlar - 4882, kişilər - 4904 nəfər);
15-64 yaş -65,3% ( qadınlar - 16 353, kişilər - 14668 min nəfər);
65 yaş və daha yuxarı - 14,1% (kişilər - 3041 nəfər, qadınlar - 3663 nəfər).
Orta yaş - 35 yaş: Kişilər üçün - 34,8 yaş, qadınlar üçün - 35,3 yaş.
Orta hesabla uzunömürlülük - 79,49 yaş, Kişilər üçün - 76,06 yaş, qadınlar-82,93 yaş.
1 qadına düşən uşaq sayı - 2,15 uşaq
Əmək qabiliyyətli əhalinin sayı - 24760 nəfər.
Farer arxipelaqına 18 iri ada, çoxlu xırda adalar və qayalıqlar daxıldir.
Farer adaları 6 regiona (farer dilində: sisla, bundan sonra Sisla)) və 34 kommunaya bölünür, 2008-ci ilə qədər 7 seçki dairəsinə bölgü də mövcud olmuşdur. Sislalar 120 şəhərə və kommunaya bölünür. Sislalar yerli idarəetmə strukturlarına malik deyildir, mərkəzi hakimiyyəti sislalarda rəsmi dövlət nümayəndələri — siselmanlar təmsil edirlər.
This article uses material from the Wikipedia Azərbaycanca article Farer adaları, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.