Dialektologiya

Dialektologiya — (yunan dilində διάλεκτος, dialektos, danışma, dialekt; və -λογία, -logia elm) — dilçilikdə dialekt və şivəni öyrənən elm sahəsidir.

O, ilk növbədə coğrafi paylanmaya və onların əlaqəli xüsusiyyətlərinə əsaslanaraq dildəki variasiyaları öyrənir. Dialektologiya iki yerli dialektin ortaq əcdaddan ayrılması və sinxron variasiya kimi mövzularla məşğul olur. Dialektoloqlar son nəticədə regional ərazilərə uyğun gələn qrammatik, leksik və fonoloji xüsusiyyətlərlə məşğul olurlar. Beləliklə, onlar adətən nəinki müəyyən ərazilərdə nəsillər boyu yaşamış əhali ilə deyil, həm də dillərini yeni ərazilərə gətirən miqrant qrupları ilə məşğul olurlar.

Dialektologiyanın əsas anlayışları

Dialekt anlayışı altında dilçilikdə dilin məhdud ərazidə işlədilən növü (variantı) nəzərdə tutulur. Dialekt bütün dilə xas olan əlamətlərlə yanaşı, eyni zamanda özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Dialektologiyanın əsas anlayışları və terminləri bunlardır: şivə, şivələr qrupu, ləhcə, dialekt, keçid (aralıq) şivə və izoqloss.

Şivə dilin dialekt bölünməsinin ən kiçik vahididir. O, bir və ya bir neçə yaşayış məntəqəsi sakinlərinin nitqində meydana çıxır. Əsas dil xüsusiyyətləri yaxın və ümumi olan bir neçə şivə şivələr qrupunu əmələ gətirir. Ləhcə dilin dialekt bölünməsinin ən böyük vahididir. Dilin tərkib hissəsi kimi çıxış edən 7 ləhcə bir neçə şivələr qrupunun məcmusudur. Dialekt termini məhdud ərazidə işlədilən ünsiyyət formasının adıdır. Keçid şivə termini isə dilin ərazi cəhətdən əlaqədə olan iki müxtəlif dialektin sərhəd zonasında yerləşən və həmin dialektlərin xüsusiyyətlərini özündə əks etdirən şivələrə aid edilir. Belə şivələrlə əlaqədar bəzən aralıq şivələr termini də işlədilir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Tags:

Dialektologiya nın əsas anlayışlarıDialektologiya Həmçinin baxDialektologiya Xarici keçidlərDialektologiya İstinadlarDialektologiyaDialektŞivə

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əli NurElektrik müqavimətiAzərbaycandakı şəhərlərin siyahısıQanaxmaOmbudsmanAra sözlərYandexNaxçıvanAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıAlbert EynşteynHeyvanlarƏshabi-Kəhf (mağara)Kompüter qurğularıİkinci Dünya müharibəsiPaleolitHüceyrəEkologiyaYazıAzərbaycan tarixiGöyçə mahalıQulaqdibi xəstəliyiAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıBakteriyalarAntonimDağKitabi-Dədə QorqudMehriban ƏliyevaAzərbaycan əlifbasıGüc (fizika)Yeni Müsavat (qəzet)Cəlil MəmmədquluzadəÜçbucaqSourXumar QədimovaSumqayıtAzərbaycan manatıTəyinMartTamamlıqQızılcaArazMilli Dirçəliş GünüEverestAzərbaycan ədəbiyyatıPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Fələstin DövlətiTalışlarVergülBakcellSenzorBöyük QafqazMirzə Fətəli AxundovArif HeydərovHikmət HacıyevNovruz bayramıElmira SüleymanovaİnflyasiyaAnklavHeydər Əliyev adına Hərbi İnstitutŞərur rayonuAzərbaycan Dövlət Pedaqoji UniversitetiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Sözün həqiqi mənasıAzərbaycanın sərhədləriXristianlıqNüvə silahıAzərbaycanın inzibati bölgüsüBronxial astmaSabirabad rayonuGöygölBirinci Dünya müharibəsiXırda sinir lifləri neyropatiyasıQızılgülEkoloji problemlərAmoksisillinSinonimAllergiyaOsmanlı sultanlarının siyahısı🡆 More