Bərpa Olunan Enerji

Bərpa olunan enerji — günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir.

Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, DanimarkaABŞ-nin bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.

Bərpa Olunan Enerji
Enerji mənbələri

Növləri

Bərpa olunan enerji mənbələri aşağıdakılardır:

  1. Biokütlə enerjisi (bioqaz);
  2. Külək enerjisi;
  3. Günəş enerjisi;
  4. Hidroelektrik enerji;
  5. Geotermal enerji;
  6. Dalğa enerjisi;
  7. Hidrogen yanacağı enerjisi;
  8. Qabarma-çəkilmə enerjisi;
  9. Dünya okeanının termik enerjisi;

Tətbiqi

Ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Rusiya, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr qabaqcıl mövqe tuturlar.

BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 mlrd. ABŞ dolları, neftdaş kömürün istehsalına isə 110 mlrd. ABŞ dolları vəsait xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51.8 mlrd., Günəş enerjisindən istifadəyə 33.5 mlrd., bio-yanacaqdan istifadəyə isə 16.9 mlrd. ABŞ dolları vəsait xərclənmişdir. Avropa ölkələri 2008-ci ildə alternativ enerjiyə 50 mlrd., Amerika 30 mlrd., Çin 15.6 mlrd., Hindistan isə 4.1 mlrd. ABŞ dolları vəsait sərf edib.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatına əsasən, 2018-ci ildə dünyada bərpaolunan enerji mənbələri üzrə quraşdırılmış 2350,756 GVt gücün 70 faizi Çin, ABŞ, Braziliya, Almaniya, Hindistan, Kanada, Yaponiya, İtaliya, RusiyaFransanın payına düşüb.

Azərbaycanda

— alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümu­mi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Azərbaycan 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqa­vilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolu­nan günəş və külək enerjisin istehsal ediləcə­yi, bu həcmin 10 qiqavatının “Masdar” şirkə­ti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşdüyü nəzərdə tutulub. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb.

İstinadlar

Tags:

Bərpa Olunan Enerji NövləriBərpa Olunan Enerji TətbiqiBərpa Olunan Enerji AzərbaycandaBərpa Olunan Enerji İstinadlarBərpa Olunan EnerjiABŞDalğaDanimarkaGeotermal enerjiGünəşGünəş elektrik stansiyasıKüləkKülək elektrik stansiyasıNeftNorveçİslandiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

AnklavQəzetRusiyaAzərbaycanın inzibati bölgüsüPerimetrOkeanVaqif (dram)Şəki xanlığıQırğızıstanHeydər İlham oğlu Əliyevİlk tibbi yardımŞimali KoreyaAzərbaycan toy adətləriDünyanın yeddi möcüzəsiMəmmədəli HüseynovMir Cəfər BağırovDelimitasiyaTabesiz mürəkkəb cümlələr2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıKonusMacarıstanTəzyiqBiosferPakistanSay sistemləriPiramida (həndəsə)Latın ifadələriAzərbaycan qoruqlarıQan qrupuTeymurilər dövlətiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Azərbaycanda neft sənayesiƏfsanəHindistanHikmət MirzəyevYazQızdırmaElektrik müqavimətiTalışlarSuçiçəyiAzərbaycan xanlıqlarıAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıVərəmAmoksisillinMisir ehramlarıAytən SəfərovaHeyvanlarMehriban ƏliyevaPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Sürücülük vəsiqəsiNeft DaşlarıEv pişiyiQədim Roma təqvimiModal sözlərAnar ƏləkbərovHəmidə ÖmərovaAzərbaycan dövlət başçılarının siyahısıHektarAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıNəsli kəsilməkdə olan növlərAzərbaycan şirkətlərinin siyahısıMəhəmmədhüseyn ŞəhriyarAzərbaycan Daxili QoşunlarıVitaminlərHidrogenAzərbaycan diliAzərbaycan operasıDüzbucaqlı paralelepipedBöyük Çin səddiMüdafiə Nazirliyi (Azərbaycan)Mete xaqanŞifrSəudiyyə ƏrəbistanıBənzətməBeynəlxalq telefon kodlarıQubad İbadoğluLeyli və Məcnun (Nizami)Həzm sistemiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti🡆 More