Anaksimen ya da Anaksimenes (yun.
Ἀναξιμένης, təq. e.ə. 585, Milet – təq. e.ə. 525 və ya təq. e.ə. 528, Milet) — qədim yunan filosofu, Milet məktəbinin üçüncü nümayəndəsi, Anaksimandrın tələbəsi.
Anaksimenes | |
---|---|
Ἀναξιμένης | |
Doğum tarixi | təq. e.ə. 585 |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 525 və ya təq. e.ə. 528 |
Vəfat yeri | |
Dövr | Antik |
İstiqaməti | Sokrataqədərki fəlsəfə, Milet məktəbi |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Anaksimen ”havanı” ilk ünsür saymış və hər şeyin ondan yaranmasını iddia etmişdir. Başqa şeylər isə havanın qatlaşması və seyrəkləşməsindən əmələ gəlmişdir. Onun iddiasına görə, hava seyrəkləşdikcə oda, qatlaşdıqca bərk maddə və mayelərə çevrilir. O həmçinin qeyd etmişdir ki, bunun nəticəsində hər şey müxtəlif formalar alır.
Anaksimenə görə hər şeyin başlanğıcı qeyri-məhdud havadır. Dünyada nə varsa, nə olubsa, gələcəkdə nə olacaqsa hətta tanrılar və ilahi şeylər də havadan yaranmışdır.
Fales kimi Anaksimenes də yeri yastı şəkildə təsəvvür edirdi. O qeyd edirdi ki, yer havada üzür, həm də o həyatverici rol oynayır. Ruhlar havanın nəfəsi və onun əsməsidir. Həm də hava ruhları səmada planetləri saxladığı kimi saxlayır. Anaksimenes planetlərin yerə yaxınlıq məsafəsini də düzgün təyin etmişdir. O deyirdi ki, yerə ən yaxın olan planet aydır, ondan sonra isə günəş gəlir. Ən uzaqda olanlar isə ulduzlardır
This article uses material from the Wikipedia Azərbaycanca article Anaksimen, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.