Aydın Əlizadə

Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev) — Azərbaycan filosofu, kulturoloqu, din araşdırmaçısı, tarixçisi, sosioloqu, polemisti, yazıçısı.

İskəndər ƏliyevinAbutalıb Abdullayevin nəvəsidir.

Aydın Əlizadə
Aydın Əliyev
(1989-cu ilə qədər)
Aydın Əlizadə
Doğum tarixi (60 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Bakı şəhəri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri Fəlsəfə tarixi, Fəlsəfə, Dinşünaslıq, Kulturologiya, Tarix, Sosiologiya
Elmi dərəcəsi Fəlsəfə üzrə elmlər doktoru
Elmi adları Baş elmi işçi, dosent
İş yerləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Alma-mater Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Təhsili Ali
Üzvlüyü
alizadeh.narod.ru/index1…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. Bakı İstehsalat Qaz İdarəsində ("Bakıqaz"da) çilingərdən sahə rəisinə qədər əmək yolu keçmiş, daha sonra təsərrüfat fəaliyyətini bitirmişdi.

Elmi fəaliyyəti

Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi.

2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. İnstitutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü olmuşdu.

Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemikapologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin) məqalələrin və tərcümələrin müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdur.

Əsərlərinə xarici və yerli alimlər çoxlu sayda istinadlar edirlər. Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdi. Elmi sahədə bir çox nailiyyətlər əldə etmişdir.

Elmi nailiyyətləri

  1. İlk dəfə Azərbaycanın iyirminci əsrin ortalarında qazlaşdırılmasının tarixi-sosioloji aspektlərini araşdırmışdır.
  2. İlk dəfə Azərbaycan dilində antik fəlsəfə tarixi dərsliyini , eləcə də erkən Xristianlığın fəlsəfə tarixinə həsr edilmiş monoqrafiyanı dərc etmişdi.
  3. İlk dəfə olaraq gizli Müsavatın təşkilatının tarixini və sağ-trotskiçilərin repressiya işini araşdırmışdır.
  4. MDB məkanında tanınan və istinad edilən İslam ensiklopedik lüğətinin və erkən müsəlman dövlətlərinin səlnamələrinin müəllifidir.

Müəllimlik fəaliyyəti

2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində — fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə mühazirələr oxumuşdur. 2008-ci ildə dosent adını almışdır.

İctimai fəaliyyəti

Sosial şəbəkələrdə apardığı polemikalarla, eləcə də ictimai çıxışları, müsahibələri və KİV-lərdə məqalələri tanınmışdır. "Wiki Aydın Əlizadə" virtual ensiklopediyasında 300-dən çox məqalələrin təsisçisi və redaktorudur.

İstinadlar

Tags:

Aydın Əlizadə Elmi fəaliyyətiAydın Əlizadə Elmi nailiyyətləriAydın Əlizadə Müəllimlik fəaliyyətiAydın Əlizadə İctimai fəaliyyətiAydın Əlizadə İstinadlarAydın ƏlizadəAbutalıb Abdullayevİskəndər Əliyev

🔥 Trending searches on Wiki Azərbaycanca:

SelRum rəqəmləriUşaqlıq (anatomiya)TolerantlıqQorxmaz SücəddinovAzərbaycanın Milli QəhrəmanıHacı ŞahinAzərbaycan Xalq CümhuriyyətiPolad HəşimovÇevrəƏvəzlikQaraqanLeksikaCavanşir MəmmədovLatın ifadələriCümlə üzvləriTovuz rayonuMədəniyyət Nazirliyi (Azərbaycan)ADA UniversitetiArif HeydərovYasəmənBərdə rayonuAvropa İttifaqıTriqonometriyaMarketinqBronxial astmaGərginlik (elektrik)Azərbaycan kinosuDünya ölkələrinin siyahısıBiologiyaSilindrSalamBirinci Dünya müharibəsiNizami GəncəviLionel MessiVətən Müharibəsi Qəhrəmanlarının siyahısıQitəDövlətAzərbaycan Silahlı QüvvələriDünya okeanıBakının inzibati bölgüsüBağayarpağıNepalHeydər ƏliyevSahibkarlıqKvadrat metrSasanilər imperiyasıAzərbaycan gerbiI İsmayılTürk xalqlarıMöminə Xatun türbəsiAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiİnfeksiyaDərman zəncirotuMələkxanım EyubovaAlmaPrizmaEmin ƏmrullayevAlternativ enerjiƏdəbiyyatAzərbaycan Ərəb xilafətinin tərkibindəKəlmeyi-şəhadətLəzgilərYuxu kimiAvtomobilFonetikaÇinQuran surələrinin siyahısıGünəş sistemiAzadlıq Prospekti metrostansiyasıElektrik müqavimətiQazax rayonuXalqlar Dostluğu metrostansiyasıÇilov adasıKoroğlu metrostansiyasıNərgiz PaşayevaGicitkən🡆 More