Amerika Yenotu

Amerika yenotu (lat.

Amerika yenotu
Amerika Yenotu
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
İnfradəstə:
Arctoidea
Fəsiləüstü:
Musteloidea
Fəsilə:
Yarımfəsilə:
Procyoninae
Triba:
Procyonini
Yarımtriba:
Procyonina
Cins:
Növ:
Amerika yenotu
Beynəlxalq elmi adı

Xarici görünüşü

Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər. Yenot ön pənçələri ilə əşyaları tutur və saxlayır, həmçinin qidasını yuyur. Xəzi sıx olub, qəhvəyi-boz rəngdədir.

Yayılması

Amerika yenotu Panama boğazından Kanadanın cənub əyalətlərinə qədər Şimali Amerikada geniş yayılmışdır. Növün iqlimləşdirilməsi ilk dəfə Almaniyada və keçmiş SSRİ ərazisində aparılmışdır. Daha sonra buraxıldığı məntəqələrdən Fransaya və digər Avropa ölkələrinə daxil olmuşdur. Azərbaycanda növün iqlimləşdirilməsi uğurla[nə?] başa çatmışdır. Rütübətli və meşəli düzənlik hüdudlarında yenotun yayılması və arealın genişlənməsi sürətlidir. Hazırda yenot Zaqatala-İsmayıllı və Lənkəran massivlərində geniş yayılıb.

Amerika yenotu Azərbaycanda istilaçı növdür. O, yerli biomüxtəlifliyə və xüsusilə Qırmızı Kitaba düşmüş heyvan növlərinə zərər verir.

Həyat tərzi

Yaşlı koğuşlu ağacları, həmçinin su hövzələri və bataqlıq ərazilər olan qarışıq meşələr yenot üçün daha əlverişlidir. İynəyarpaqlı meşələrdə, həmçinin su hövzələri olmayan meşələrdə rast gəlinmir. Ağac koğuşlarından sığınacaq kimi istifadə edir. Antropogen landşaftlara asanlıqla uyğunlaşaraq, tarlalarda, bağlarda, çox zaman şəhərlərdə və şəhərətrafı ərazilərdə məskunlaşır. Yenot yuvasını ağacların koğuşunda düzəldir. Məcburi hallarda yerüstü sığınacaqlardan – qayalardakı yarıqlardan, porsuqların yuvalarından istifadə edir, özü yuva qaza bilmir.

Alaqaranlıq-gecə həyat tərzi keçirir, gündüzlər yuvalarında gizlənir. Alaqaranlıq düşəndə ova qida axtarışı üçün öz ərazisini gəzir. Yenot nadir hallarda öz sığınacağından 1,5 km-ə qədər uzaqlaşır. Yenot ağaclara asanlıqla dırmanır. Tutucu barmaqları, ona düz budaqlardan tutaraq, sallanmaq imkanı verir. Gecə görməsi və vibrissaları sahəsində yenot tamamilə qaranlıqda da asanlıqla hərəkət edir. Yenotlar fəsiləsinin qış yuxusuna gedən yeganə nümayəndəsidir. Yuxu dərin deyil, fasiləlidir. Kanadada qış yuxusu 4–5 ay davam edir, cənub rayonlarında isə ümumiyyətlə qış yuxusuna getmirlər.

Yenot həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanır. Onun qidası fəsildən asılı olaraq dəyişir. Yazda və yayın əvvəlləri onun rasionunda heyvani qidalar (həşəratlar, qurbağalar, sürünənlər, yengəc və xərçənglər, balıqlar, gəmiricilər və quş yumurtaları), yayın ikinci yarısı və payızda isə bitki qidaları (meyvələr və giləmeyvələr, qozalar) üstünlük təşkil edir. Yeməzdən əvvəl qidasını suda yuyur.

Yenot çox möhkəm heyvandır. O infeksion və invazion xəstəliklərə qarşı çox dözümlüdür və yırtıcılardan aqressiv şəkildə müdafiə olunur. Əgər təhlükədən qaça və ya gizlənə bilmirsə, özünü ölülüyə vurur. Xaraktercə çox aktiv, hər şeyi bilməyə həvəsli, dalaşqan, cəsarətli heyvandır. ABŞ-də və bir sıra digər ölkələrdə yenotları əhliləşdirilmiş heyvan kimi evdə saxlayırlar. 20 ilə qədər yaşayır.

Cütləşmə fevral-mart aylarında baş verir. Boğazlıq dövrü 62 gün davam edir. 3–7 bala verir. Balalaları kör doğulur, 10–20 gündən sonra gözləri açılır. İllər boyu nəzarətsiz aparılan ov nəticəsində vəhşicəsinə məhv olunur. Dişilər bir yaşlarında cinsi yetkinliyə çatırlar. Amerika yenotu qiymətli xəz- dəri heyvanıdır. Əti yeməlidir. Piyi də yeməli olub, həm də xeyirlidir.

İstinadlar

Həmçinin bax

Tags:

Amerika Yenotu Xarici görünüşüAmerika Yenotu YayılmasıAmerika Yenotu Həyat tərziAmerika Yenotu İstinadlarAmerika Yenotu Həmçinin baxAmerika YenotuAnimaliaCarnivoraChordataLatın diliMammaliaProcyonProcyonidae

🔥 Trending searches on Wiki Azərbaycanca:

Zolaqlı kaftarXəmsəFutbolMirzə Fətəli AxundovNovruz bayramıAbbasqulu ağa BakıxanovKvadrat metrAzərbaycan rəqsləriİlk tibbi yardımQazaxıstanPaleolitMorfologiya (linqvistika)YunanıstanƏhalisinə görə ölkələrin siyahısıMasallı rayonuDaun sindromuMədəaltı vəziPakistanUzunluq (fizika)Bronxial astmaParasetamolMasturbasiyaŞahrudin MəhəmmədəliyevCavanşir Məmmədov (general)XarıbülbülTəbii fəlakətCinsi əlaqəAzərbaycanlıların Ermənistandan deportasiyasıAbdulla ŞaiqWhatsAppŞimali AmerikaAğıllı evlərBiləsuvar rayonuŞəkiSinqapurFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Əli ƏsədovSəudiyyə ƏrəbistanıMilli Məclis (Azərbaycan)Azərbaycan gerbiAzərbaycanın Milli QəhrəmanıAzərbaycan rəssamlarının siyahısıSeks təhsili (teleserial)CümləTural AbbaslıHüseyn CavidBirləşmiş Millətlər TəşkilatıNüşabə ƏləsgərliAzərbaycandakı quşların siyahısıŞirQazax rayonuRəqsanəMannaMəhdud məsuliyyətli cəmiyyətMənsubiyyət (qrammatika)Cəfər CabbarlıYaponiyaMenstruasiyaAzərbaycanın Qırmızı KitabıSpirtlərAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Milli Müdafiə Universiteti (Azərbaycan)ÇevrəAzərbaycan Ərəb xilafətinin tərkibindəKoroğluAzərbaycan Respublikasının KonstitusiyasıƏlifbaQorxmaz SücəddinovAmerika Birləşmiş ŞtatlarıRum rəqəmləriCəlil MəmmədquluzadəQaraciyərBirləşmiş Ərəb ƏmirlikləriAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti🡆 More