İyirmi Min Lye Su Altında: Jül Vern'in romanı

İyirmi min lye su altında (fr.

Roman ilk dəfə Alfons de Neuville və Eduard Riou tərəfindən nəşr edilmişdir. Əsərdə hadisələr Kapitan Nemo onun sualtı gəmisi Nautilus və alim Piyer Aronaksın ətrafında cərəyan edir.

İyirmi min lye su altında
fr. Vingt mille lieues sous les mers
İyirmi Min Lye Su Altında: Jül Vern'in romanı
Müəllif Jül Vern
Janr macəra
Orijinalın dili fransızca
Ölkə
Orijinalın nəşr ili 20 mart 1869
Növ Kitab
Əvvəlki Kapitan Qrantın uşaqları (roman)
Sonrakı Sirli ada
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İyirmi Min Lye Su Altında: Jül Vern'in romanı
Nautilus sualtı gəmisinin dənizin dibində dəfn mərasimini izləməsi.

Məzmunu

Əsər yazıldığı dövrdə müasir sualtı gəmilər mövcud deyildi. Əsərin başlanğıc mövzusu narval adlı əcinə haqqındadır. Narval müxtəlif ölkələrə aid olan gəmilər tərəfindən qeydə alınmışdır. Əcinənin gəmilərə hücum etməsindən sonra, Amerika hökuməti Narvalın tutulması üçün işçi qrupu hazırlamışdır. İşçi qrupuna alimlər, dənizçilər və hərbçilər qoşulur. Pyer Aronaks məşhur alim kimi işçi qrupuna dəvət olunur. Alimin işçi qrupuna gəlməsi, burada yeni bir canlanma yaradır. O burada, su altında gördükləri qarşısında çox məəttəl qalır. Buradakı fikirlər o dövrdə Yazıçının necə fantastik fikirlər irəli sürdüyünün sübutudur. Burada professorun nökəri, əslində isə ən yaxın dostu Konsel çox müsbət bir sürətdir. Çünki o dostluqda sədaqət haqqında fikirləşməyə kömək edir. Burada çəngəlçi Ned Lend surəti də vardır ki,o bir qədər qəribə xüsusiyyəti ilə diqqəti cəlb edir. O, acgözlükdən hətta ac qalsa, insan əti yeməyə belə razı olar, özü də məmnuniyyətlə. Burada kapitan Nemo öz bilikləri ilə çox seçilir. Hətta o, elə işlər görmüşdü ki, professor onların qarşısında məəttəl qalır. Əsərin bir hissəsində kapitan Nemonun matroslarından biri ölümcül yaralanır. Və o, matrosa baxmaq üçün professordan kömək istəyir. Professor bunu məmnuniyyətlə qəbul edir. Bunu qəbul etməkdə onun iki məqsədi var idi:

  1. Xəstəni xilas etmək
  2. Ən mühümü isə "Nautilus"da baş verən o sirli hadisəni öyrənmək.

O bunların heç birisində uğurlu ola bilmədi. Xəstə ölümcül yaralanmışdı. O professorun vəd etdiyi kimi 2 saat ərzində öldü. Kapitan Nemo onu su altında özünün xüsusi qəbirstanlığına basdırdı. Həmçinin, bu əsərdə elmlərin çoxu ilə qarşılaşmaq mümnkündür. Məsələn, riyaziyyat, coğrafiya, biologiyanın müxtəlif şöbələri, kimya, fizika kimi elmlərlə çox əlaqəli bir əsərdir. Burada professor öz yaşını anlatmaq üçün özünün də dediyi kimi "çox çətin yolla" izah etdi, riyazi yolla. Konsel isə öz bioloji elmləri ilə həddindən artıq seçilirdi. O, qarşısındakı bütün bitkiləri qruplaşdırırdı. Burada "Nautilus"un keçdiyi yerlər haqda çox maraqlı faktlar da verilirdi. Gəminin içərisində onun harda olduğunu müəyyən etmək üçün xüsusi koordinat göstəricisi də var idi. Həmçinin burada Kapitan o qədər cihaz toplamışdı ki, bu cihazların yarısını professor tanımırdı. Burada diqqəti cəlb edən Nemonun soyuqqanlılığı olmuşdur. Gəmi Torres boğazında keçən zaman qumda oturmuşdu. Və bundan xilas olmaq üçün 4 gün müddətində gözləməli idilər. Bu müddətdə Ned Lend, Konsel və professor Nemodan icazə alaraq quruya getmişdilər. Onların ağlından ən çoxda Ned Lendin ağlından gəmiyə qayıtmamaq keçirdi ki, birdən ətrafı vəhşilərin bürüməsi ilə onlar məcbur tələsik gəmiyə qayıtdılar. Kapitan Nemo hətta,gəminin ətrafını vəhşilər, "insan əti yeyənlər" basdıqda belə professorun təlaşına fikir vermədən çox sakit şəkildə işini, müşahidələrini davam etdirirdi. Gəminin qapıları açıldıqda isə vəhşilər içəri girməyə cəhd göstərirdilər. Lakin burada "Kapitan Nemonun ildirımı" işə düşdü. Onlar qapıya yaxınlaşdıqda ildırımla arxaya sıçrayırdılar. Hətta Ned Lend də bu tələyə düşdü. Və ildırıma tutuldu. Professoru və oxucunu maraqlandıran ən mühüm sual isə hələ cavabsız idi.

Xarici keçidlər

Tags:

1870FransızFransız diliJül VernRomanSualtı gəmi

🔥 Trending searches on Wiki Azərbaycanca:

XəmsəKartofQuduzluqAtXocalı soyqırımıQarışqalarMüstəqil Dövlətlər BirliyiEnerjiKvadrat metrƏnvər MəmmədxanlıSözün həqiqi mənasıKadi (futbolçu)Vüqar BiləcəriİnternetKondensator (elektrik)Türkmənçay müqaviləsiDərman bitkiləriMilli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıAlp ArslanAzərbaycan xalçalarıƏmir TeymurİqtisadiyyatŞuşa rayonuQızılca (xəstəlik)Musa QurbanlıADA UniversitetiAğ atlı oğlan (film, 1995)ErmənistanAzərbaycan milli futbol komandasıBöyük Səlcuq imperiyasıAzərbaycan manatıBirinci Dünya müharibəsiBumeranqGoogleLaçınBabaNitq hissəsiGürcüstanTofiq Bəhramov adına Respublika StadionuAzərbaycan Respublikasının KonstitusiyasıƏsr namazıCabir NovruzGöbələklərKleopatraMetaforaPambıq (bitki)ƏncirƏqəbliStatistikaKəbəXristianlıqUEFA Avro 2024Azərbaycan Respublikası yol nişanlarıƏkinçi (qəzet)Karles PuçdemonLənkəranQulançarFrankfurt məktəbiPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Şəki xanlığıCümləBakı Dövlət UniversitetiAzərbaycanda Stalin repressiyalarıƏli XameneiHeydər ƏliyevGədəbəy rayonuİqaməXBT-10 sinfinin siyahısıKoroğlu dastanıAdi tülküToxumaGöygölXəzər Lənkəran FKƏhməd CavadHəşəratlarGəncə xanlığı🡆 More