Jül Vern

Jül Qabriel Vern (fr.

Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir.

Jül Vern
fr. Jules Gabriel Verne
Jül Vern
Doğum adı Jules Gabriel Verne
Doğum tarixi 8 fevral 1828(1828-02-08)[…]
Doğum yeri
Vəfat tarixi 24 mart 1905(1905-03-24)[…] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəkərli diabet
Dəfn yeri
  • Madlen qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti nasir, dramaturq
Fəaliyyət illəri 1850-1905
Əsərlərinin dili fransız dili
Janr Elmi fantastika
İlk əsəri Beş həftə hava şarında
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları Jül Vern Jül Vern
İmza
Vikimənbənin loqosu Jül Vern Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.

Uşaqlığı

8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub. Varlı bir vəkil olan Pierre Verne ilə həyat yoldaşı Sophie Henriette Allotte de la Fuyenin beş uşağından ən böyüyüdür. Qış aylarında sıx trafik bir liman şəhəri olan Nantda yaz aylarında isə Loire çayı sahilində yelkənli gəmiləri izləyərək keçirdiyi uşaqlığı, səyahət və macəra üstünə xəyallarını odladı. 12 yaşında ikən köç etmək üzrə bir gəmiyə minib evdən qaçmağa cəhd edən kiçik Jül Vern, atası tərəfindən tutulub gəmidən çıxarılır. "Bundan sonra tək xəyal dünyasında səyahət edəcəyinə" dair ailəsinə söz verdiyinə rəvayət edilər. Bu hekayənin həqiqəti haqqında şübhələr vardır. Jül Vernin dəniz və macəra ehtirasını qardaşı Paulla da paylaşırdı; Paul, sonunda bir dəniz mühəndisi oldu. Jul Vern qısa hekayələr və şeirlər yazmağa başladığı internat məktəb dövrünün ardından 1846-cı ildə atasının işini davam etdirə bilmək üçün hüquq təhsili görmək üzrə Parisə getdi.

Gənclik illəri

Jül Vern, Parisə getdikdən sonra qısa müddətdə hüquq diplomunu aldı ancaq bu müddət içində ədəbiyyat həvəsinin hüquqa marağında daha böyük olduğunu fərqinə vardı. Əmisi vasitəsilə Paris ədəbiyyatı ilə ətraflı tanış oldu. Şəxsən tanıdığı Viktor Hüqo, Aleksandr Düma kimi yazarların təsirində teatr oyunları qələmə aldı; "Bohem bir həyat davam etdirdi". Ata-peşəsini davam etdirmək yerinə teatr və ədəbiyyata yönəlməsinə əsəbləşən atası maddi dəstəyini kəsdikdə dolanışını yazaraq qarşılamaq məcburiyyətində qaldı. Yazıçılığa, yoldaşı musiqiçi Jean Louis Aristide Hignard ilə birlikdə teatr oyunları yazaraq başladı. İlk teatr əsəri 12 iyun, 1850-ci ildə səhnəyə qoyuldu. 1852–1855-ci illərdə bir Paris teatrında katiblik etdi; komediyalar, operettalar yazdı; qısa hekayələr qələmə alıb jurnallarda yayınlamağa başladı. Çoxu Parisdə çıxan "Musée des familles" adlı jurnalda nəşr olundu. Amerikalı yazıçı Edqar Allan Ponun əsərlərini oxuduqdan sonra onun böyük bir pərəstişkarı olan Jül Vern, Po təsirindən yazılar çıxarmağa başladı. Bir gəmi ilə dünyanı gəzmiş olan Fransız səyyah Jak Arago ilə dost oldu. Bu dostluq ona, Parisdən daha geniş və maraqlı dünyalar haqqında yazılar yazması üçün ilham verdi; Fransa xaricinə heç çıxmamış olsa da xəyal gücünü istifadə edərək, başqa dünyaları izah etdi.

Səyahətləri

Jül Vern 1859-cu və 1861-ci ildə yoldaşı Aristide Hiqnard ilə etdiyi ilk xarici səyahətlərində sonra 1867-ci ildə qardaşı Paul ilə birlikdə Amerika qitəsinə səyahət etdi. Vernenin bu səyahətinin 26 günü gəmidə keçmiş oldu. Yalnız səkkiz günündə Nyu-Yorku və Niaqara Şəlaləsini görə bildi. Ancaq bu səfər, "Üzən Şəhər" adlı kitabına "20 000 lye su altında" adlı romanındakı çox fikirə ilham təmin etdi. Yazar, 1872-ci ildə həyat yoldaşının doğulduğu şəhər olan Amiensə yerləşdi. Kitablarından əldə etdiyi qazancla "St. Michel" adı verdikləri bir yaxta aldı və öz həyatında da kitablarındakı kimi macəralar yaşamaq üzrə yaxta ilə səyahətlərə çıxdı. Səyahətləri yeni kitabları üçün ilham təmin etdi. 1872-ci ildə London və Vulidç, 1871–1873-cü illər arasında nəşiri Hertzelin dəvətiylə Manş Adalarına gəzintilər etdi, 1876-cı ildə İngiltərə sahillərini gəzdi. 1878-ci ildə yaxta ilə uzun bir gəzintiyə çıxaraq Lissabon, Tanca və Cəbəllütariqi gəzdi. 1881-ci ildə Hollandiya, Danimarka, Almaniyanı ziyarət etdi. 1884-cü ildə yenidən yaxtla Aralıq dənizi gəzintisinə çıxaraq Əlcazair, Malta, İtaliyanı gəzdi. 1883-cü ildə nümayiş və məkan olaraq Osmanlı torpaqlarını seçdiyi "İnadçı Keraban" adlı kitabındakı ətraflı İstanbul təsvirlərindən ötəri yazarın Türkiyəyə də səyahət etmiş olduğu düşünülür ancaq bunun da Vernenin həqiqətdə heç Türkiyədə olmadığı, bunun da onun haqqındakı əfsanə və söz-söhbətlərdən biri olduğu deyilər.

Yaradıcılığı

Jül Vern 
Jül Vern öz əsərlərinin qəhrəmanlarının əhatəsində

Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və əfsanəvi "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir.

Jül Vern özünün "Sen-Mişel I", "Sen-Mişel II" və "Sen-Mişel III" yaxtalarında səyahətlərə çıxmış, 1859-cu ildə İngiltərə və Şotlandiyaya, 1861-ci ildə Skandinaviyaya səfər etmişdir.

1867-ci ildə "Greyt İstern" paroxodunda ABŞ-yə səyahət etmiş, Nyu-Yorkda və Niaqara şəlaləsində olmuşdur.

1878-ci ildə "Sen-Mişel III" yaxtasında Aralıq dənizi boyunca böyük səyahətə çıxmış, Lissabon, Tanjer, Cəbəllütariq və Əlcəzairdə olmuşdur. 1879-cu ildə həmin yaxtası ilə yenidən İngiltərə və Şotlandiyada olmuşdur. 1881-ci ildə Niderland, Almaniya və Danimarkaya səfər etmişdir.

1884-cü ildə son böyük səyahətinə çıxmış, "Sen-Mişel III" yaxtasında Əlcəzairdə, Malta, İtaliya və digər Aralıq dənizi ölkələrində olmuşdur. Bu səfərlərin bir çoxu sonradan onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil etmişdir – "Üzən şəhər" (1870), "Qara Hindistan" (1877), "Yaşıl şüa" (1882), Lotereya bileti (1886) və s. Onun "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunmuşdur.

Jül Vernin bir neçə tarixi romanı da var. "Arxipelaq alovlanır" əsəri onun tarixi romanlarının zirvəsi hesab olunur.

Əsərləri

Jül Vern 
"Dünyanın sonundakı mayak" Jül Vernin ədəbi səhnəsinin ən yaxşı romanlarından biri hesab olunur.

Xarici keçidlər

  • Jül Vern. İyirmi min lye su altında /Tərcümə edənləri: M. Təhmasib, M. Mustafayev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.
  • Jül Vern. Arxipelaq alovlanır /Rus dilindən tərcümə ed. və ön sözün müəll. Ə. Ağayev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.
  • Jül Vern. Kapitan Qrantın uşaqları /Tərcümə edəni: Cabbar Məcnunbəyov; Ön sözün müəllifi: Əziz Gözəlov..- B.: Öndər , 2004.-552 s.
  • Jül Vern. Sirli ada /tərc. ed. İ. Nəfisi, Z. Adbullayev, Ə. Məmmədxanlı; ön söz. C. Nağiyev.- B.: Şərq-Qərb, 2007.- 528 s.

Tags:

Jül Vern UşaqlığıJül Vern Gənclik illəriJül Vern SəyahətləriJül Vern YaradıcılığıJül Vern ƏsərləriJül Vern Xarici keçidlərJül Vern1828190524 mart8 fevralAmyenArzular DəniziElmi fantastikaFransız diliKosmosKraterNantd:Q33977

🔥 Trending searches on Wiki Azərbaycanca:

TitanikNaxçıvan Muxtar RespublikasıAzərbaycanın sərhədləriİngiltərəAzərbaycanın dövlət bayramları və xüsusi günləriBallistik raketÇinAzərbaycan–İran sərhədiŞəkilçiHeydər ƏliyevArzu ƏliyevaDəmir QübbəBayram namazıOperaRuhullah XomeyniDağlıq QarabağQəbələ rayonuKurikulumBakteriyalarUral çayıQubaİlanlarFikrət ƏmirovÇay (coğrafiya)İsmin hallanmasıTərəqqi medalıŞuşa qalasıKöməkçi nitq hissələriTabesiz mürəkkəb cümlələrAnemiyaTorpaqAzərbaycan müğənnilərinin siyahısıDövlətİsrail coğrafiyasıYuxu kimiƏməliyyat sistemiAnar ƏləkbərovOrxan SultanovMoskvaMakedoniyalı İsgəndərDurğu işarələriTacikistanNatiq ŞirinovHüseyn CavidSübh namazıAzərbaycanlılarŞəkərDinİsgəndərnaməÜslubiyyat (Azərbaycan dili)ZəncirotuAzərbaycan Silahlı QüvvələriCümləRəşad DağlıNazpəri DostəliyevaİranMonqol imperiyasıSovet Sosialist Respublikaları İttifaqıTabeli mürəkkəb cümləŞirvanşahlar dövlətiQərbi AzərbaycanAdəmMilli Müdafiə Universiteti (Azərbaycan)Soyuq günəş (film, 2020)Rövşən NəcəfCəlilabad rayonuSahə (ölçü parametri)Azərbaycan Respublikasının əməkdar artistiXristianlıqPatogenLerik rayonuİslam İnqilabı Keşikçiləri KorpusuQarabağBöyrəkMarketinqAzərbaycandakı ən yüksək dağ zirvələriFatihə surəsiSilindr🡆 More