Ömər Xəyyam

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars.

Ömər Xəyyam
عَمَرْ خَىاَمْ
Ömər Xəyyam
Doğum adı غیاث الدین ابو الفتح عمر بن ابراهیم خیام نیشاپوری
Doğum tarixi 18 may 1048
Doğum yeri Nişapur, Xorasan,
Vəfat tarixi
Vəfat yeri Nişapur
Vətəndaşlığı Böyük Səlcuq İmperiyası
Elm sahələri astronomiya
riyaziyyat
Elmi rəhbəri Bəhmənyar Azərbaycani
Tanınmış yetirmələri Nizami Əruzi
Tanınır şair
filosof
astronom
riyaziyyatçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Səlcuq dövlətinin Xorasan vilayətinin NeyŞahBur-Nişapur(perscə deyilişi) şəhərində anadan olmuşdur.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. Bəhmənyarın şagirdi olaraq Xorasan Azərbaycanlısıdır. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.

Ömər Xəyyam 
Rübayyət kitabı

Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.

Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.

Həm Şərqdə və ələlxüsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.

Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.

Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.

Ömər Xəyyam 
Osmanlı dövründə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda tikilmiş Morića Han karvansarasında üzərində Ömər Xəyyamın şeiri yazılan kitabə

Xəyyamın elmi-fəlsəfi irsi

Ömər Xəyyam 
Buxarestdə Ömər Xəyyamın büstü

İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini — "Varlıq və zərurilik haqqında traktat"ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlərinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.

Ömər Xəyyamın rübailərindən seçmələr Əkrəm Cəfər tərəfindən fars dilindən tərcümə edilmiş, kitab "Rübailər" adı ilə 1984-cü ildə çap edilmişdir.

Əsərləri

Ömər Xəyyam müxtəlif elm sahələrində müxtəlif əsərlər yazmışdır. Onun əsərlərindən 18-nin adı bilinir:

  • Ziyc-i Məlikşahi (Astronomiyatəqvimə aid, Məlikşaha ithaf edib)
  • Kitabün fi'l Burhan ül Səhhət-i Turuk ül Hind (Cəbrə aid)
  • Risalətün fi Berahin İl Cəbr ve Mukabele (Cəbrriyaziyyata aid)
  • Müşkülat'ül Hesab (Həndəsəyə aid)
  • Elm-i Külliyyat (Ümumi elmlərə aid)
  • Novruznamə (Təqvim və yeni ilin müəyyən edilməsinə aid)
  • Risaletün fil İhtiyal li Mərifət (qızılgümüşdən düzəldilmiş bir cisimdə qızıl və gümüşün miqdarının bilinməsinə dair, Almaniyada Qota kitabxanasında bir nüsxəsi mövcuddur.)
  • Risalətün fi Şərhi ma Eşkəle min Musadərat (Evklidin bir məsələsinin həll edilməsi metoduna aid, Niderlandın Leyden kitabxanasında bir nüsxəsi vardır. Frants Voepcke fransız dilinə tərcümə edib.)
  • Risalətün fi Vücud (Fəlsəfədə antologiya haqqında, Britaniya Milli Kitabxanasında bir nüsxəsi mövcuddur.)
  • Muhtasarun fi't Təbiiyət
  • Risalətün fi'l Kevn vet Təklif (Fəlsəfəyə aid)
  • Ləvazim'ül Emkinə (məskunlaşılan yerlərin iqliminə aid)
  • Fil Cavab Səlasəti Məsâil və fi Kəşfil Hicab (Üç məsələyə cavab və aləmdə zidliyin vacib olduğuna aid)
  • Mizan'ül Hikəm (zinət əşyalarının daşlarını çıxarmadan qiymətini tapmağın üsulu haqqında)
  • Abdurrahman'əl Nəseviyə Cavab (Allahın aləmləri yaratmasının və ibadətlə şərəfləndirməsinin hikməti haqqında)
  • Nizamülmülk (dostu olan vəzirin bioqrafiyası)
  • Əş'arı bil Arabiyyə (ərəbcə rübailəri)
  • Fil Mutayat (elm prinsipləri)

İstinadlar

Xarici keçidlər

Tags:

Ömər Xəyyam HəyatıÖmər Xəyyam Xəyyamın elmi-fəlsəfi irsiÖmər Xəyyam ƏsərləriÖmər Xəyyam İstinadlarÖmər Xəyyam Xarici keçidlərÖmər XəyyamAstronomFars diliFilosofRiyaziyyatçıŞair

🔥 Trending searches on Wiki Azərbaycanca:

SourGöbələklərQızılcaAlternativ enerjiƏbülfəz ElçibəyƏvəzlikQubaBaloğlan ƏşrəfovXristianlıqTaunKəmaləddin HeydərovKompüter oyunuQurban bayramıAzərbaycan Respublikasının KonstitusiyasıƏhalisinə görə ölkələrin siyahısıASAN xidmətTəbii fəlakətAzərbaycan banklarının siyahısıOnurğa beyniCanavarQurban QurbanovTerminologiyaƏfqanıstanNyuton qanunlarıTolerantlıqRiyaziyyatBakcellƏziz Əliyev (dövlət xadimi)Möminə Xatun türbəsiRusiyaFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)YanıqBraziliyaTərəzi (astrologiya)Göytürk xaqanlığıBMWAzərbaycan kinosuAnar ƏləkbərovCahangir Əsgərovİnkişaf etmiş ölkəAvtomobilin tarixiCeyhun CəlilovOral seksAzərbaycan rəqsləriRəcəb Tayyib ƏrdoğanMisirQızıl yel xəstəliyiAsiyaKlaviaturaHepatit CXaçmaz rayonuDalğa ArenaYelo BankİtaliyaYazƏqrəb (astrologiya)Bərpa olunan enerjiİlham ƏliyevSəlib yürüşləriBöyrəkUran (planet)XXXTentacionRusiya–İran müharibəsi (1804–1813)Türkmənçay müqaviləsiAzərbaycan manatıI AbbasGübrəQanaxmaLəzgilərSözün həqiqi mənasıKarles PuçdemonTəbiət🡆 More