Karvanasara — karvanların dayanacaq yeri.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu.
Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.
Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi. Onunla üzbəüz həmin dövrə aid Buxara karvansarası yerləşirdi. Hər ikisi bazar meydanı yaxınlığında idi.
Tədqiqatcılar Azərbaycan ərazisində ən yaxşı karvansaraların Beşbarmaqla Bakı Salyan arasındakı ticarət yolu ustundə olduğunu qeyd edirlər. Bu karvanasaralar su quyuları (ovdan), yonma daşdan horulmuş hasarları və kumbəzvari dam ortukləri ilə fərqlənir.
This article uses material from the Wikipedia Azərbaycanca article Karvansara, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.